Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

“Təhdidlər artdıqca, etimad və hörmət üzərində qurulmuş tərəfdaşlıqlar daha vacib olur” Koaker

“Təhdidlər artdıqca, etimad və hörmət üzərində qurulmuş tərəfdaşlıqlar daha vacib olur” Koaker

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Böyük Britaniyanın Müdafiə naziri Lord Koaker Böyük Britaniya və Azərbaycan arasında müdafiə tərəfdaşlığını gücləndirmək məqsədilə Bakıya səfər edib.

525.az xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfirliyinin səfərlə bağlı yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, səfər zamanı müdafiə və təhlükəsizlik məsələlərinin müzakirəsi diqqətdə olub. Vurğulanıb ki, təhlükəsizlik sahəsində əməkdaşlıq Böyük Britaniya–Azərbaycan strateji tərəfdaşlığının əsas sütunlarından biri olacaq, regional sabitlik və uzunmüddətli sülhün əhəmiyyətinə dair ortaq anlayışı əks etdirəcək. Artan təhdidlər fonunda ölkələr ortaq strateji maraqlar üzrə birgə işləməyə davam edəcəklər.

“Böyük Britaniya və Azərbaycan Cənubi Qafqazda sülh, sabitlik və rifah üçün ortaq məqsəd üzərində birlikdə çalışırlar. Bu məqsədə dəstək olaraq, müdafiə naziri Lord Vernon Koaker 4 dekabr l tarixində Bakıya səfər edib. Bu, 2022-ci ildən bəri Böyük Britaniya müdafiə nazirinin ilk səfəridir. Səfər ikitərəfli münasibətlərdə mühüm inkişaflardan sonra müdafiə sahəsində əməkdaşlığı daha da dərinləşdirir. Bu inkişaflara 2025-ci ilin avqustunda münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi niyyəti daxildir. Müdafiə əməkdaşlığı bu tərəfdaşlığın əsas sütunu olacaq və regional təhlükəsizlik və strateji sabitliyə ortaq sadiqliyi əks etdirəcək”, - açıqlamada vurğulanıb.

Əlavə edilib ki, Böyük Britaniya mart ayında Azərbaycanda ilk rezident hərbi attaşesini təyin edib. Oktyabrda Böyük Britaniya, ATƏT-in Minsk qrupu mexanizmlərinin ləğvinə uyğun olaraq, Azərbaycan və Ermənistana tətbiq olunan silah embarqosunu aradan qaldırıb. Hər iki ölkə 2025-ci ilin oktyabrında Londonda indiyədək ən iddialı ikitərəfli müdafiə əməkdaşlığı proqramını imzalayıb.

Müdafiə naziri Lord Koaker səfərlə bağlı bildirib: “Ölkələrimizin üzləşdiyi təhdidlər artdıqca, bizim kimi etimad və hörmət üzərində qurulmuş tərəfdaşlıqlar daha da vacib olur. Cənubi Qafqazda sülh və rifahı dəstəkləmək üçün Azərbaycanla işləməkdən məmnunam və qarşıdakı aylar və illərdə əməkdaşlığımızı daha da gücləndirməyi səbirsizliklə gözləyirəm”.

Səfər zamanı Lord Koaker Azərbaycan Prezidenti İlham Əliyev, müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Vüqar Mustafayev ilə ikitərəfli görüşlər keçirib, Britaniya–Azərbaycan müdafiə və təhlükəsizlik tərəfdaşlığının inkişafı üçün əlavə imkanları araşdırıb.
Nazir, həmçinin Azərbaycan Ordusunun Təlim və Təhsil Mərkəzində keçirilən Britaniya Hərbi Məsləhət və Təlim Qrupunun “Təlimçi hazırlığı” kursunun məzuniyyət mərasimində iştirak edib. Dörd həftəlik intensiv kursun iştirakçıları Britaniya və Çexiya təlimçiləri tərəfindən Böyük Britaniyanın “Müdafiə Təlimçi Təlimi” yanaşmasına uyğun şəkildə təlim keçilib və mentorluq edilib.

Lord Koaker Şəhidlər xiyabanını və Birlik Dövlətləri Hərbi Memorialını ziyarət edərək ehtiramını bildirib.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Dekabr 2025 00:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see321

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see321

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see315

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see306

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see302

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see300

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see297

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see294

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see290

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see287

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see262

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see261

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see259

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see257

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see252

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see252

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see248

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see247

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see244

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri