Icma.az
close
up
RU
TDT coğrafiyasının strateji əhəmiyyəti artdıqca təhdidlər də artır

TDT coğrafiyasının strateji əhəmiyyəti artdıqca təhdidlər də artır

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türk Dövlətləri Təşkilatının gündəliyi çox zəngindir və üzv ölkələr təhlükəsizlik sahəsində də əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır. İnformasiya müharibələri, hibrid təhdidlər, transmilli cinayətkarlıq, dini ekstremizm, kiber risklər və müxtəlif ideoloji təsir mexanizmləri dövlətlərin milli təhlükəsizliyinin mühüm elementlərinə çevrilib. Prezident İlham Əliyevin ötən gün TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər də bu dəyişən reallıqlar fonunda təşkilatın təhlükəsizlik əməkdaşlığının daha sistemli xarakter almasının vacibliyini təsdiqləyir.Dövlət başçımızın çıxışında diqqət çəkən əsas məqamlardan biri təhlükəsizlik anlayışının genişləndirilməsi və ideoloji təhdidlərin ayrıca istiqamət kimi önə çəkilməsidir. Cənab Prezidentin də söylədiyi kimi, “ardıcıl inkişaf və konstitusiya quruluşunun qorunmasını təmin etmək üçün ölkələrimizə və xalqlarımıza zidd hər cür ideoloji təxribatlara qarşı birgə mübarizə aparmaq lazımdır.” Bu yanaşma göstərir ki, müasir dövrdə dövlətlərin sabitliyinə təhlükə sərhəddən keçən silahlı qüvvə və ya ənənəvi təhlükəsizlik riski ilə yanaşı informasiya məkanında yayılan manipulyativ məzmun, xaricdən maliyyələşən təsir şəbəkələri, dezinformasiya və cəmiyyətdə parçalanma yaratmağa yönələn kampaniyalar da dövlətlərin dayanıqlılığına təsir göstərir.Bakıda keçirilən TDT ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı məhz geniş müstəvidə müzakirəsi baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyevin toplantı iştirakçılarına müraciətində beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər və kritik infrastrukturun mühafizəsi kimi istiqamətlər xüsusi qeyd olunur. Bu, TDT daxilində təhlükəsizlik sahəsində əməkdaşlığın yalnız ayrı-ayrı ölkələrin təcrübə mübadiləsi, həmçinin ortaq risklərin müəyyənləşdirilməsi və onların qarşısının alınması üçün koordinasiya mexanizmlərinin gücləndirilməsi məsələsini gündəmə gətirir.“Təhlükəsizlik Şuraları katiblərinin mütəmadi əsasda toplaşaraq aktual təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparması ortaq qlobal və regional təhdid və risklərin müəyyənləşdirilməsi və onların neytrallaşdırılması yollarının araşdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir”-deyə Prezident İlham Əliyev vurğulayıb.Burada əsas məqam preventiv yanaşmadır. Belə ki, riskləri əvvəlcədən müəyyənləşdirmək və koordinasiyalı şəkildə qarşısını almaq bu gün əsas məsələlərdən biridir.Prezident İlham Əliyev həmçinin beynəlxalq hüququn üstünlüyünün qorunmasına da diqqət çəkdi. Bildirdi ki, dünya siyasətində baş verən proseslər TDT coğrafiyasının strateji əhəmiyyətini artırır. Buna görə də təşkilat beynəlxalq məsələlərdə daha fəal rol oynamalıdır.Dövlət başçısının da söylədiyi kimi, “biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın.”Çıxışın ayrıca diqqət çəkən hissəsi milli-mənəvi dəyərlər və gənc nəslin tərbiyəsi ilə bağlıdır. Prezident İlham Əliyev TDT ölkələrinin oxşarlıqları sırasında milli prinsiplərə, milli özünüdərkə və mənəvi dəyərlərə bağlılığı xüsusi qeyd etdi.Qloballaşan informasiya məkanında gənclərin müxtəlif ideoloji və informasiya təsirlərinə daha açıq olması dövlətlər qarşısında yeni vəzifələr yaradır. Burada əsas məsələ gənclərin milli kimlik, tarix, dil və mədəniyyət barədə biliklərinin artırılması, eyni zamanda informasiya savadlılığının gücləndirilməsidir.Dövlət başçımızın da söylədiyi kimi, təhlükəsizlik şuraları arasında əməkdaşlıq TDT məkanında ortaq təhlükəsizlik arxitekturasının formalaşdırılmasına xidmət edir. Hesab edirəm ki, Bakıda aparılan müzakirələr effektiv nəticələr verəcək və təşkilat çərçivəsində təhlükəsizliyi daha da möhkəmləndirəcək.

Nigar Məmmədova
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Sentyabr 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri