Icma.az
close
up
RU
Təhlükə addımaddım İrana yaxınlaşır: “Şiə hilalı”nın son həlqəsi də dağılacaq

Təhlükə addımaddım İrana yaxınlaşır: “Şiə hilalı”nın son həlqəsi də dağılacaq

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

İraqda İrana bağlı “Həşd əş-Şabi” qüvvələri (Şiə milis dəstələri) Suriya ilə sərhədə döyüşçülər və hərbi texnika göndərib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Həşt əş-Şabi”nin media ilə əlaqələr bürosu məlumat yayıb. Rəsmi məlumatda adıçəkilən hərbi birləşmənin Nineva bölgəsindəki əməliyyatlar çərçivəsində, eləcə də bölgədə pis hava şəraiti və kəskin soyuq olması ilə əlaqədar sərhədi möhkəmləndirmək üçün göndərildiyi bildirilir. 

Ancaq açıqlamanın sonrakı hissəsi əslində, Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra əməliyyatın İran tərəfindən həyata keçirildiyini göstərir. İsrail və ABŞ-nin hazırda Yəməndəki İran tərəfindən yaradılmış “Ənsərullah” terror təşkilatını məhv etdikdən sonra “Həşd əş-Şabi”ni hədəfə alacağı gözlənilir. Bu məsələdə israr edən İsrailə ABŞ-nin yeni Prezidenti Tramp hərbi və siyasi dəstək verə bilər. 

ABŞ-nin İraq hökumətinə siyasi təsir imkanlarının güclü olduğunu nəzərə alsaq, böyük ehtimalla rəsmi Bağdad “Həşd əş-Şabi”nin ləğvi məsələsində Vaşinqtona qarşı çıxmayacaq. İranın “Həşd əş-Şabi” qüvvələrini İraq-Suriya sərhədinə göndərməkdə məqsədi sözügedən silahlı qruplaşmanı İsrailin hücumundan qorumaqdır. Bunu “Həşd əş-Şabi”nin yaydığı press-reliz də təsdiq edir. 

Məlumatda qeyd edilir ki, bu cür tədbirlər İraq-Suriya sərhədinin təhlükəsizliyini təmin etmək səylərinin bir hissəsidir və İraqın milli təhlükəsizliyini və sabitliyini pozmağa yönəlmiş hər hansı düşmən cəhdlərinin qarşısını almaq məqsədi daşıyan ehtiyat tədbirləri kimi xarakterizə edilə bilər. 

Qeyd edək ki, “Hizbullah”ın hərbi strukturlarının darmadağın edilməsindən və Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra İraq sərhədinə yaxın ərazidə İranın mövcudluğunu qoruyub saxlayan yeganə proksi qüvvəsi “Həşd əş-Şabi”dir. Benyamin Netanyahu hökuməti Yəməndə husilərə qarşı əməliyyatlar başa çatdıqdan sonra “Həşd əş-Şabi”ni məhv etmək istəyini gizlətmir. 

Bu isə İranın sərhədlərinə ən yaxın məsafədə yerləşən və İsrail istiqamətində təhlükəsizlik çəmbəri rolunu oynayan silahlı qruplaşmanın ləğvi deməkdir. Belə olarsa, İsraillə münaqişə İranın sərhədlərinə dayanacaq. 

Hər iki ölkə həmsərhəd olmasa da, İranın Yaxın Şərqin daha bir müsəlman ölkəsindən vurulub çıxarılması baş verə bilər. Bununla da İranın yaratdığı “Şiə hilalı”nın son həlqəsi də dağılacaq. 

Nəticədə, İran Yaxın Şərqdəki strateji dərinliyini tamamilə itirmiş olar. Bu isə perspektivdə İrana qarşı hərbi əməliyyatları reallaşdırmaq imkanlarını asanlaşdıra bilər. 2016-cı ildə İraq parlamenti “Həşd əş-Şabi”ni bu ölkənin silahlı qüvvələrinin tərkib hissəsi kimi tanısa da həmin vaxt İŞİD-ə qarşı mübarizədə İŞİD terror qruplaşmasına qarşı qarşı mübarizənin vacibliyi mühüm rol oynamışdı.

Lakin Donald Trampın birinci prezidentliyi dönəmində ABŞ “Haşd əş-Şabi”ni terror təşkilatı kimi tanıyıb. 2020-ci il yanvarın 3-də Bağdad hava limanında ABŞ-nin endirdiyi raket zərbəsi ilə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin komandanı Qasim Süleymani və “Həşd əş-Şabi”nin komandan müavini Mehdi əl-Mühəndisi də məhv edilmişdi. 

“Həşd əş-Şabi” İraq Müdafiə Nazirliyinin strukturuna daxil edilsə də, şiə milis dəstələrinin maliyyə və silah dəstəyinin İran tərəfindən təmin olunduğu hər kəsə məlumdur. İran Suriyada vətəndaş müharibəsi başladıqdan sonra Bəşər Əsəd rejimini qorumaq üçün “Həşd əş-Şabi” yaraqlılarından istifadə edib. 

Suriyada diktaturanın devrilməsindən və müxalifətin hakimiyyətə gəlməsindən sonra “Həşd əş-Şabi”nin sağ qalan silahlıları ölkədən qaçıb. Suriyada Bəşər Əsəd hakimiyyətinə son qoyan “Heyət Təhrir əş-Şam” təşkilatı isə “Həşd əş-Şabi”ni və İranı düşmən elan edib. 

Hətta Suriyanın yeni rəhbərliyi “Həşd əş-Şəbi”yə qarşı hərbi əməliyyatlarda hava məkanını İsrail qırıcılarına aça bilər. Ona görə də İranın “Həşd əş-Şabi” yaraqlılarını İraq-Suriya sərhədinə göndərməsi mümkün təhlükənin qarşısını almaq məqsədi daşıyır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Dekabr 2024 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see328

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see248

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see237

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see215

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see195

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see190

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see187

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see176

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see176

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see167

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see166

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see157

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see157

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see136

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see132

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see132

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see130

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see128

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see127

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri