Icma.az
close
up
RU
İran bu ölkəni tam itirdi: “Şiə hilalı” batdı

İran bu ölkəni tam itirdi: “Şiə hilalı” batdı

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Səddam Hüseyndən sonra İraqda yaranan boşluqdan istifadə edərək şiə qruplaşmaları arasında nüfuzunu artıran İran hökuməti sürətlə bu nüfuzu itirməkdədir. Rəsmi Bağdadın tərəfsiz milli siyasət yürütməyə başlaması ilə eyni vaxtda İran təsiri altında olan qruplaşmalar da Tehrandan uzaqlaşmağa başlayıblar. Bu, həm də İran-Amerika və İran-İsrail qarşıdurmaları nəticəsində İraqın zərbələrdən yayınması üçün vacib amillərdən biri hesab edilir.

Xüsusən son zamanlar Tehranın zəifləməsi, ABŞ və İsrail qarşısında acizliyi, yeni siyasi dövr və strategiyanın tətbiqinə başlayan Bağdadın vəziyyətdən istifadə edərək İranın təsir dairəsindən çıxmaqda, ərəb ölkələri ilə münasibətlərini daha da genişləndirməkdə qərarlı olduğu görsənir.

Suriyada Bəşar Əsəd rejiminin süqutu, İranın dəstəklədiyi HƏMAS və Hizbullahın ağır zərbələr alması və Yəmən husilərinin gücünün azalması İraqda yeni nəsil siyasətçilərin İran hegomonluğuna qarşı çıxmalarına şərait yaradıb. Bununla da bu ölkədə İranın ən güclü təsir amili olan "Həşd əş-Şabi" silahlı qruplaşmasının qurduğu şəbəkə çökməkdə, qruplaşma liderləri isə ölkə qanunları çərçivəsində seçkilərə qoşulmağa üstünlük verməkdədirlər.

Son vaxtlar SEPAH komandirlərindən daha çox iranlı siyasətçilərin, rəsmi şəxslərin Bağdada səfərləri də "Həşd əş-Şabi"nin nüfuzunun azalması və İranın hərbi təsir imkanlarını itirdiyi üçün siyasi təsir göstərməyə çalışdığına dəlalət edir.

Hadisələrin gedişatı göstərir ki, 2025-ci ildə İraqda baş verən proseslər Yaxın Şərq düzənində yeni bir mərhələnin başlanğıcıdır. Uzun illər boyu böyük maliyyə və hərbi xərclər hesabına Tehrandan Aralıq dənizinə qədər "Şiə hilalı"nı genişləndirməyə çalışan İran hökuməti indi hər yerdə uğursuzluqla üzləşir. Xüsusən İraqda yeni müstəqil siyasi dövrün başlaması, İranın Suriyadan sonra ən böyük ideoloji səngərlərindən birinin əldən çıxması və "Şiə hilalı" layihəsinin tamamilə iflasa uğraması deməkdir.

Bununla yanaşı, Pakistan və Əfqanıstan hökumətləri də İrana bağlı "Zeynəbiyyun" və "Fatemiyyun" qruplaşmalarına qarşı ciddi tədbirlər görməyə başlayıblar.

Qeyd olunan bölgələrdə ideoloji məğlubiyyətdən sonra Əli Xameneinin nəzarətində olan siyasi cərəyan və SEPAH Orta Asiya və Cənubi Qafqazda fəallaşmağa çalışsa da, vəziyyətdən irəli gələn məcburiyyətlərə görə hazırkı hakimiyyətin bunu reallaşdırmağa gücü və marağının olmadığı hiss olunur. Xüsusən Məsud Pezeşkian hökumətinin məcburiyyət qarşısında da olsa, qonşularla münasibətlərdə yeni mərhələnin başladılması istiqamətindəki səyləri Tehranın yeni siyasi-ideoloji səngərlər qurmasının çətin olacağından xəbər verir.

Bu gün isə İraq hökumətinin İrana bağlı Livan Hizbullahı və Yəmən husilərini terrorçu təşkilatlar siyahısına salmasını elan etməsi İraqda keçirilən son parlament seçkisindən sonra İranın bölgədə daha çox təcrid olunması və Tehranın Bağdad qarşısında xallarının sürətlə azalması deməkdir. Bu, həm də İranda mollaların hakimiyyətə gəlişindən sonra başlayan 8 illik müharibə və ondan sonrakı dövrlərdəki keşməkeşlərdən yorulan iraqlıların İran müdaxilələrinə etirazlarının təzahürüdür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://axar.az
archiveBu xəbər 05 Dekabr 2025 07:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri