Icma.az
close
up
RU
“Tehranın “şiə hilalı” planları altüst olur”

“Tehranın “şiə hilalı” planları altüst olur”

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Asif Nərimanlı: “Növbəti hədəf İraq və Yəmən olacaq”

“Əsədin devrilməsi ilə Türkiyə, ABŞ, İsrail qazanan, Rusiya kompensasiya imkanlarını hələ də saxlayan tərəf olsa da, əsas itirən İran oldu. Bunu Tehranın özündə də etiraf edirlər”.
“Xalq Cəbhəsi”nin məlumatına görə, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.
O, bildirib ki, hakimiyyət daxilində əsas ittiham hədəfi xarici işlər naziri Abbas Araqçıdır: “Onun Əsəd devrilməmişdən bir həftə öncə Dəməşqdə “şaurma” (şavarma) yeyəyərək, “hər şey qaydasındadır” mesajı tənqid olunur. Əsas diqqətçəkən məqamlardan biri Suriyadakı uğursuzluğun Araqçının timsalında Pezeşkian hökumətinin üzərinə qoymaq cəhdlərinin də edilməsidir. İslahatçı qanada yaxın olanlar arasında isə Əsədin devrilməsinə “İran xalqının pullarının göyə sovrulmasına son qoyulması” kontekstində sevinənlər var.
Tehranın Suriyada itkilərindən biri “İran xalqının göyə sovurduqları” pullardır. Rəsmi mənbələr bu haqda danışmaqdan qaçsa da, İranın Suriya müharibəsi başlayandan etibarən bu ölkəyə ildə orta hesabla 6 milyard olmaqla indiyə qədər 50 milyard dollar civarında xərclədiyi haqda məlumatlar var. İranın Suriyaya bu qədər pul xərcləməsinin ana səbəbi “müqavimət oxu”nda “qızıl halqa”nı qoruyub saxlamaq məqsədi daşıyırdı. Xameneinin müşaviri Vilayətinin dediyi kimi, “Suriya hökuməti olmasa, bu halqa qırılacaq və İsrailə qarşı müqavimət zəifləyəcək”.
Əsədin getməsi ilə “qızıl halqa” qırıldı və İranın proksi qüvvələrdən ibarət “müqavimət oxu”nda dağılma prosesi başlandı:
- Suriyada məğlubiyyət İrana Hizbullahla (Livan) quru əlaqəsini itirmək təhlükəsini yaradıb;
- Qəzzada HƏMAS-ın, Livanda Hizbullahın ciddi “qan itirməsi”ndən sonra Suriyadakı nəticə “müqavimət oxu”nun koordinasiyasını pozdu;
- İran-İraq-Suriya-Livan xətti Tehranın “şiə hilalı” planlarını alt-üst edir;
Növbəti hədəfin İraq və Yəmən olacağı, bu ölkələrdə İrana bağlı Haşdi Şabi və husilərin sıradan çıxarılmasına start veriləcəyi ehtimalı böyükdür. Husilərin vurulması Tehran üçün təkcə İsraillə yox, həm də dini müstəvidə strateji rəqibi olan Səudiyyə Ərəbistanla mübarizədə də itki, İraqda məğlubiyyət isə dağılma prosesinin İran sərhədlərinə çatması deməkdir. Xüsusilə Trampın Ağ Evdə fəaliyyətə başlamasından sonra İranı daha çətin günlər gözləyir.
Hərçənd, Tehran asanlıqla təslim omayacaq və ata biləcəyi addımları bir neçə kontekstdə təxmin etmək olar.
1. İraqda və Yəməndəki qüvvələrini qorumaq və nə qədər çətin olsam da, Hizbullahı yenidən gücləndirməyə çalışacaq;
2. Proksi qüvvələrini qorumaq üçün Moskva ilə anlaşa, bu qüvvələrin idarəçiliyində Rusiyanın iştirakını qəbul edə və ondan “qalxan” kimi istifadə edə bilər;
3. “Müqavimət oxu”nun zəifləməsi İranın “strateji çəkindiricilik” gücünü də zəiflədir, bu baxımdan, Tehran üçün çıxış yollarından biri nüvə silahını əldə etmək istiqamətində səylərini artırmaq ola bilər;
Bütün bunların fonunda İranın İsraillə birbaşa müharibədən nə qədər yayına biləcəyi də həlledici problemlərdən biri olaraq qalır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 Dekabr 2024 23:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see440

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see404

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see356

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see351

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see338

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see271

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see234

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see221

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see218

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see217

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see213

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see202

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see201

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see200

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see187

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see182

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see174

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see166

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri