Icma.az
close
up
RU
TƏHLÜKƏ: Sadəcə məlumatlar yox, sən də izlənirsən!

TƏHLÜKƏ: Sadəcə məlumatlar yox, sən də izlənirsən!

Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir neçə gün öncə Əməkdar artist Aybəniz Haşımovanın qızı, tanınmış bloqer Aynişan Quliyeva şəxsi “Instagram” hesabında dələduzluq hadisəsi ilə bağlı ciddi xəbərdarlıq yayımlayıb. Onun paylaşımında bildirilir ki, naməlum bir şəxs onun adından insanlara yazaraq maddi vəsait tələb edib. Həmin şəxs bu yolla etibar qazandığı insanları aldadaraq onların inamından sui-istifadə edib.

Aynişan Quliyevanın sözlərinə görə, dələduz yalnız onun deyil, anası Aybəniz Haşımovanın da etimadını qazanmağa nail olub. Bloqerin vurğuladığına əsasən, bu şəxsin onların şəxsi həyatına dair kifayət qədər məlumatlı olması – məsələn, onun anasının harada olub-olmaması kimi detalları bilməsi – vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir.

Bu kimi hallarda sual yaranır: Dələduz bu cür şəxsi və dəqiq məlumatlara necə yiyələnir?

Yenisabah.az məsələni informasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayevlə müzakirə edib:

“Bu cür dələduzluq halları sosial mühəndislik (social engineering) texnikaları ilə əlaqəlidir. Dələduzlar insanların güvənini qazanaraq şəxsi məlumatları əldə edirlər və sonra bu məlumatlardan istifadə edərək daha çox insanı aldatmağa çalışırlar. Bu vəziyyətdə də, dələduz, tanınmış şəxslərin sosial şəbəkə hesablarına daxil olaraq ya da onlara yaxın şəxslər haqqında məlumatları toplayaraq etibar qazanmaya çalışıb.

Sosial mühəndislik texnikası insanların güvənindən istifadə edərək məlumatlarını əldə etmək və ya onları aldatmaq məqsədilə həyata keçirilən manipulyasiya prosesidir.

Dələduzlar internetdə açıq şəkildə yayılan məlumatlardan (sosial şəbəkələr, bloglar və s.) istifadə edərək çox vaxt qurbanlarının şəxsi həyatı haqqında məlumatlar toplayır və sonra bu məlumatları aldatmaq üçün istifadə edirlər. Bu cür məlumatlar, şəxsi əlaqələr, maraqlar, vərdişlər və hətta gündəlik həyatlarındakı kiçik detalları əhatə edə bilər:

Ekspert oxucularımıza təhlükəsizlik qaydalarını açıqlayıb:

"Sosial şəbəkələrdə, bloglarda və digər onlayn platformalarda şəxsi məlumatlarımızı paylaşarkən diqqətli olmalıyıq. Mümkün qədər şəxsi məlumatları məxfi saxlamaq lazımdır.

Hesablarımızın təhlükəsizliyini artırmaq üçün iki faktorlu doğrulama metodlarından istifadə edək. Bu, hesabımıza giriş etmək üçün həm şifrə, həm də telefonumuza göndərilən bir kod tələb edir. Daha təhlükəsiz etmək üçün iki faktorlu autentifikasiya (2FA) kimi istifadə olunan mobil tətbiqdən istifadə edə bilərik. Bu tətbiqdə istifadəçinin mobil tətbiqində 6 rəqəmli, təsadüfi bir kod təqdim edir. Bu kod hər 30 saniyədə bir yenilənir.

Şübhəli mesajlara diqqət etmək lazımdır. Hətta tanıdığımız birindən gələn mesajlar şübhəli ola bilər. Buna görə istənilən maliyyə tələblərinə cavab verməzdən əvvəl, göndəricinin şəxsiyyətini təsdiqləmək lazımdır.

Şübhəli linklərə klikləməmək lazımdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://pravda.az
archiveBu xəbər 25 Aprel 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see133

Alimlər məşqin xərçənglə mübarizədə təsirini sübut edib

08 İyun 2025 14:47see123

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see120

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see118

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see118

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see117

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see117

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see116

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see116

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see116

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see115

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see115

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see115

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see115

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see114

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see113

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see112

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see112

Qazaxıstan müdafiə nazirini dəyişib...

08 İyun 2025 19:14see112

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri