Icma.az
close
up
RU
Təhlükə SSRİ bayrağından deyil, burdan gəlir Deputatdan xəbərdarlıq

Təhlükə SSRİ bayrağından deyil, burdan gəlir Deputatdan xəbərdarlıq

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İmişlidəki məlum hadisənin hay-küyü səngimir. Rayonun Sarıxanlı kəndində 9 may günü baş verənlər hələ də müzakirə edilir. Qələbə Günü münasibətilə keçirilən tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasını rəmzi olan “Georgi lenti” ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun davranışı onu tənqid hədəfinə çevirib. Onun Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılması ilə bağlı qərar verilsə də, bu hadisə fonunda Ağsaqqallar Şurasının ümumi fəaliyyəti də ictimai qınaq mövzusuna çevrilib. İmişlidəki hadisədən sonra Ağsaqqallar Şurasının aparatına yerli bölmələrin fəaliyyətinə nəzarətin artırılması barədə tapşırıqlar verilib.

Milli Məclisin deputatı Fazil Mustafa Globalinfo.az-a bildirib ki, Ağsaqqallar Şurası ümumilikdə normal fəaliyyət göstərir və öz işinin öhdəsindən gəlməyi bacarır:

“Rayonlarda bu cür epizodlar ola bilər. Burada xüsusi ajiotaj yaratmağa ehtiyac yoxdur. Əgər bu məntiqlə yanaşsaq, ümumiyyətlə, 9 May Qələbə Gününü qeyd etməməliyik. Bu gün siyasi baxımdan həmrəylik rəmzi kimi qəbul edilir. Lakin mahiyyət etibarilə 9 Mayda Azərbaycan xalqı ciddi itkilər verib. Sovet ordusu tərəfindən azərbaycanlıların hazırlıqsız şəkildə döyüşə göndərildiyinə dair kifayət qədər faktlar mövcuddur. Buna baxmayaraq, ümumi qələbənin bir hissəsi kimi tariximizdə bu günü qeyd edirik”.

Fazil Mustafa

Deputatın fikrincə, bu gün “Georgi lenti” və SSRİ bayrağı Azərbaycan üçün birbaşa təhlükə yaratmır:

“Əslində, bu gün üçün əsas təhlükə dini xurafatla bağlı müxtəlif mənbələrdən gələn təhdidlərdir. Bu məsələlərin üzərinə ciddi şəkildə getmək lazımdır. Həmin bölgələrdə gündəmə gələn bu kimi epizodlara da səssiz qalmaq düzgün deyil. 9 Mayda bəzi yürüşlər keçirilir və bu, insanlara fərdi olaraq müəyyən emosional bağ yaşadır. Kiminsə babası, yaxınları həmin dövrdə həlak olubsa, onların bu günü qeyd etməsi başa düşüləndir. Amma qeyd etməliyik ki, bu tarix sovet sisteminə bağlı olduğundan, mahiyyətcə biz artıq bundan uzaqlaşmalı idik”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 May 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri