Icma.az
close
up
RU
Təhlükələr və imkanlar dünyası: 2025ci ildə Trampdan nə gözləmək olar? analitikdən açıqlama

Təhlükələr və imkanlar dünyası: 2025ci ildə Trampdan nə gözləmək olar? analitikdən açıqlama

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Trampın gözlənilməz davranışı danışıqlarda üstünlük yarada bilər, lakin beynəlxalq sabitlik üçün riskli ola bilər..."

2025-ci il qlobal geosiyasi hadisələr baxımından daha mürəkkəb görünür. Təhlükələrlə dolu bir dünya, kölgə münaqişələrinin açıq müharibəyə çevrilə biləcəyi bir nöqtəyə yaxınlaşır.

Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşrinin keçmiş baş redaktoru, "Financial Times" və ''The Wall Street Journal" nəşrlərinin analitiki Metyu Kaminski yazır.

Analitik 2025-ci ili "misilsiz imkanlar dövrü" adlandırıb: elmi nailiyyətlər və süni intellekt əsasında texnologiyaların inkişafı həyatımızı daha yaxşı istiqamətə dəyişir. Təhlükə ilə potensial arasındakı bu ziddiyyət dünyanın reaksiya verməsini tələb edən əlavə bir amildir.

2024-cü il seçkilərindən Sonra yeni qlobal mənzərə

Əksər demokratik ölkələr seçkilərini başa vurub. Bir çoxunda siyasi liderlər dəyişib: Meksika, Hindistan, Cənubi Afrika, Böyük Britaniya, Fransa və Avropa İttifaqı mühüm siyasi dəyişikliklərin şahidi olub. Eyni zamanda, Çin, Rusiya və İran azadlıqları məhdudlaşdırmağa davam edir, lakin öz daxili problemləri ilə üzləşir.

ABŞ-da Donald Trampın hakimiyyətə qayıtması dönüş nöqtəsi ola bilər, Kaminski yazır. Onun ikinci administrasiyası böyük ambisiyalar, özünəinam və daxili və xarici siyasəti radikal şəkildə dəyişmək istəyilə gəlir. Bu, rəqibləri narahat etsə də, müttəfiqlərə ümid verir.

Avtokratik rejimlərin zəifliyi dünyaya təhlükədir

Çin və Rusiya güclü görünməyə çalışsalar da, zəifləyir. Çinin qlobal iqtisadiyyatda payı azalır, Rusiya isə Ukrayna müharibəsi səbəbindən daha da dərin iqtisadi problemlərlə üzləşir. İran isə Yaxın Şərqdə əsas müttəfiqlərini itirərək ciddi itkilər verib: Əsəd rejiminin devrilməsi və HAMAS ilə "Hizbullah"ın zəifləməsi buna misaldır.

Lakin onların zəifliyi onları daha təhlükəli edir, bu ölkələr daxili sabitliyi qorumaq üçün güc nümayiş etdirməyə çalışır. Bu, Çinin Tayvana hücumu və ya Rusiyanın Ukraynaya qarşı təcavüzünün artması kimi yeni macəralar riskini artırır.

Geosiyasət - ABŞ-ın rolu

ABŞ ili əvvəlkindən daha yaxşı vəziyyətdə başa vurur. Ölkə iqtisadiyyatı güclü göstəricilər nümayiş etdirir, texnoloji və hərbi liderlik isə şəksiz olaraq qalır. Lakin Trampın ikinci prezidentlik dövründə qarşılaşacağı çağırışlar çoxdur. O, Ukrayna, Yaxın Şərq və Asiya kimi üç əsas regionda qətiyyətini sübut etməlidir.

Yaxın Şərqdə ABŞ Əsəd rejiminin devrilməsi və İranın zəifləməsindən istifadə edərək İsrailin Səudiyyə Ərəbistanı ilə münasibətlərini normallaşdıra bilər. Avropada əsas vəzifə Rusiyanı cilovlamaq və Ukraynanı dəstəkləməkdir, çünki Ukraynanın qələbəsi yalnız Avropa üçün deyil, Asiyada Çinin qarşısını almaq üçün də əhəmiyyətlidir.

Kaminski qeyd edir ki, Trampın qayıdışı qarışıq hisslər oyadır. Onun qərarlı və praqmatik yanaşması ABŞ-ı gücləndirə bilər, lakin müttəfiqlər onun etibarlılığına şübhə ilə yanaşır. Onun gözlənilməzliyi danışıqlarda üstünlük yarada bilər, lakin beynəlxalq sabitlik üçün də riskli ola bilər. 

Tramp və müharibə - ABŞ-ın yeni prezidentindən nə gözləmək olar?

Xəbər verildiyi kimi, Qərb mətbuatı məlumatlı mənbələrə istinadən ABŞ-ın yeni seçilmiş prezidentinin "sülh planı"nın Ukraynanın 20 il müddətində NATO-ya üzvlükdən imtinası və cəbhə xəttinin dondurulmasını nəzərdə tuta biləcəyini yazıb. Mənbələrin sözlərinə görə, Tramp hələlik Rusiya prezidenti Vladimir Putini və Ukrayna prezidenti Vladimir Zelenskini danışıqlar masasına əyləşdirməyin yolunu bilmir.

Yeni Geosiyasi Tədqiqatlar Şəbəkəsinin direktoru Mixail Samus hesab edir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya diktatoru Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə iki ayrı memorandum imzalaya bilər. O, həmçinin Trampın müharibəni dondurmağa çalışacağını düşünür, çünki müharibəni tamamilə bitirmək mümkün deyil.

Ukraynanın ABŞ-dakı keçmiş səfiri Oleq Şamşur isə Trampın sülh planının əsas elementlərinin necə olacağını yalnız təxmin etməyin mümkün olduğunu bildirib. "Düzünü desək, bildiklərimiz nəinki nikbinlik vermir, əksinə, dərin bədbinkiyə aparır", - Şamşur qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Yanvar 2025 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see253

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see207

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see194

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see171

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see157

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see140

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see131

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri