Icma.az
close
up
RU
Menu

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

Təhlükəli coğrafiyada təhlükəsizlik adası

Təhlükəli coğrafiyada təhlükəsizlik adası

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Son günlərin gündəmi çox sıx və dəyişkəndir. Çox mühüm hadisələr bir-birini sürətlə əvəz edir. Ona görə də belə vəziyyətdə bəzi önəmli məlumatlar, olaylar kölgədə qalır, diqqətdən qaçırılır. Bunlardan biri də “Global Terrorism Index 2025” (GTI) hesabatıdır.

Doğrudur, bu hesabatla bağlı mediada məlumatlar var. Ancaq bu sənəd gözlənildiyindən və ya layiq olduğundan daha az diqqət gördü.

GTI dünya dövlətlərinin ərazisində terror təhlükəsinin səviyyəsini araşdıran çox əhəmiyyətli bir layihədir. BMT də daxil olmaqla, dünyanın əksər nüfuzlu strukturları, eləcə də, elm mərkəzləri bu hesabata istinad edirlər. GTİ, məsələn, Dünya Bankı üçün mötəbər qaynaqdır. GTİ İqtisadiyyat və Sülh İnstitutu (İEP)tərəfindən hazırlanır və yayılır.

Belə bir hesabatda Azərbaycan terror təhlükəsi aşağı olan ölkələr sırasındadır.

Bu indeks 1-dən 100-ə qədər artan sıralama üzrə müəyyənləşir. Məsələn, dünyada terror təhlükəsi ən çox olan ölkə Burkina Fasodur. Daha sonra Pakistan və Suriya gəlir. Bu ölkələrdən ikisi - Pakistan və Suriya Azərbaycandan o qədər uzaqda deyillər. Eyni zamanda Azərbaycan potensial və real terror təhlükəsinin yüksək olduğu başqa ölkələrlə qonşudur.

Baxın, Azərbaycanın yerləşdiyi bölgənin hər üç böyük dövlətində- Rusiyada (16-cı yer), İranda (18-ci yer) və qardaş Türkiyədə (32-ci yer) terror təhlükəsi daha böyükdür. Azərbaycan bu ölkələrlə həmsərhəddir. Təbii ki, Ermənistan da (79-cu yer) bu baxımdan Azərbaycandan xeyli geri qalır. Azərbaycan ötən hesabat dövrünə nisbətən daha bir pillə irəliləyib və 90-cı yerdə qərarlaşıb. Bu isə o deməkdir ki, Azərbaycan öz qonşularından fərqli olaraq terror təhlükəsizliyinin yüksək olduğu bir ölkədir.

Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında, müsahibələrində bunu xüsusi vurğulayıb və Azərbaycanı "sabitlik və təhlükəsizlik adası" adlandırıb.

Bu, doğrudan da, belədir. Azərbaycanla heç bir bağlılığı, hər hansı bir asılılığı olmayan nüfuzlu beynəlxalq təşkilatın sözügedən hesabatı da ölkə prezidentinin "təhlükəsizlik adası" ifadəsini doğrulayır. Hesabatı diqqətlə incələdikdə, görürük ki, Azərbaycan terror təhlükəsizliyinə görə, ABŞ, Yaponiya, Fransa və sair böyük dövlətləri qabaqlayır. Eləcə də, hər zaman nisbətən təhlükəsiz ölkələr sayılan Danimarka, Niderland, Norveç, Finlandiya, Baltikyanı ölkələr Azərbaycanla müqayisədə xeyli geridədirlər. Bu ölkələr, həmçinin Cənubi Koreya kimi iqtisadi inkişaf baxımından kifayət qədər öndə olan dövlətlər öz ölkəsini, əhalisini terror təhlükəsindən daha az qoruyur, nəinki Azərbaycan.

ABŞ, Fransa, Almaniya, Böyük Britaniya kimi ölkələr öz demokratiyaları ilə, iqtisadi, siyasi, hərbi, demoqrafik və sair güc parametrləri ilə qürur duyurlar. Ancaq bu güc terrordan qorunmaq üçün düzgün istifadə olunmur. Hər halda GTİ bunu deməyə əsas verir.

Azərbaycanın terror təhlükəsizliyinə görə çox yaxşı vəziyyətdə olması təkcə ona görə deyil ki, təhlükəsizlik və kəşfiyyat xidmətləri, hüquq-mühafizə orqanları, polis və sair yaxşı işləyir. Hərçənd bu, ən önəmli faktorlardan biridir. Dünyanın hər bir ölkəsində (bu, ABŞ olsun, yaxud həmin Burkina Faso, fərq etməz) hüquq-mühafizə orqanları arasında, polislə xüsusi xidmət orqanları arasında, hətta xüsusi xidmət orqanlarının öz arasında həmişə rəqabət var. Bu, qorxulu deyil, öz həddindədirsə, hətta faydalıdır. Hər struktur çalışır ki, başqasının edə bilmədiyini etsin. Ancaq bir çox ölkələrdə bu strukturlar dövlətin siyasi qərarlarına təsir üçün yarışır. Bir çox hallarda bu, yarış həddini də aşıb, qarşıdurmaya çevrilir. O zaman dövlət daha da sarsılır və ölkədə kriminogen vəziyyət daha da pisləşir.

Azərbaycan isə bu baxımdan istisnalardandır; burada xüsusi xidmət strukturları, hüquq-mühafizə orqanları həm bir-biri ilə sıx kordinasiyalı çalışır, həm də ölkədə sabitliyi və təhlükəsizliyi daha yaxşı qorumaq üçün yarışır. Buna görə də istər Dövlət Təhlükəsizliyi Xidməti, istər Daxili İşlər Nazirliyi, istərsə də başqa əlaqəli strukturlar permanent olaraq terrorla, transmilli mütəşəkkil cinayətkarlıqla, o cümlədən, bu tip cinayətlərin maliyyələşdirilməsi ilə çox aktiv və effektiv mübarizə aparırlar. Bunu keçirilən əməliyyatların təhlili də göstərir.

Yaxşıya yaxşı demək lazlmdır. Müstəqilliyin 34 ili ərzində belə bir mürəkkəb coğragiyada - Rusiya və İran kimi dövlətlərin arasında, üstəlik dünyanın bütün qlobal güclərinin geosiyasi və geostrateji maraqlarının kəsişdiyi, hətta çox zaman toqquşduğu bölgədə ölkənin daxili sabitliyini və təhlükəsizliyini qorumaq asan iş deyil. Azərbaycan olaraq, iki dəfə müharibə, deməli, əlavə iki dəfə də postmüharibə dövrləri yaşamışıq. Belə zamanlarda silahlar təkcə legitim güc strukturlarında olmur, həm də cəmiyyətin müəyyən qismi istər-istəməz silahlanmış olur. Əhali arasında yayılmış silahlar istənilən halda kriminogen vəziyyətə mənfi təsir edir, ölkədə terror təhlükəsini artırır.

Bu qədər çətin vəziyyətlərdə belə təhlükəsizlik orqanları və polis daxili sabitliyi qoruyub saxlamağı bacarıb.

Onu da əlavə edim ki, 44 günlük müharibə, eləcə də, antiterror tədbirləri, sonrakı hadisələr isbat etdi ki, təkcə ordu sıralarında olan hərbi qulluqçular deyil, DİN, DTX, Dövlət Sərhəd Xidməti, Xarici Kəşfiyyat Xidməti, bir sözlə, dövlətin bütün legitim gücləri yüksək peşəkarlıq və təbii ki, fədakarlıq göstəriblər. Bu qədər əməliyyatlar keçirildi. İstər hərbi, istər xüsusi xidmət, istərsə, polis əməliyyatları olsun, bunların heç birində hər hansı qüsura yol verilmədi, mülki əhaliyə və mülki infrastruktura zərər vurulmadı.

Bu haqda, əlbəttə, çox yazmaq olar, yazmışıq da. Demək istədiyimiz budur ki, terror təhlükəsizliyinin, ümumiyyətlə, təhlükəsizliyin və asayişin qorunmasında dövlətin legitim güc strukturlarının müstəsna rolu var. Bunu təqdir etmək gərəkdir. Eyni zamanda Azərbaycanda bir çox ölkələrə nümunə ola biləcək vətəndaş sülhü, milli birlik, ictimai konsensus, qarşılıqlı məsuliyyət də var və bu, çox önəmli faktorlardır.

Hər bir normal cəmiyyətdə fikir ayrılıqları, mövqe müxtəlifliyi, eləcə də, hər cür maraqlar, fərqli baxışlar var və bu, təbiidir. Azərbaycan da bu baxımdan istisna bir ölkə, bir toplum deyil. Ancaq bununla yanaşı cəmiyyətin öz "qırmızı xətləri" də var. Bunlar terror, dövlətə silah qaldırmaq, yaxud hakimiyyətin zorla ələ keçirilməsi cəhdləri və sair bu kimi cinayət əməlləridir. Azərbaycan cəmiyyəti özü bu əməllərə qarşıdır. Çox ağır daxili təlatümlərdən və xarici təcavüzün doğurduğu çətin sınaqlardan keçmiş Azərbaycan cəmiyyəti sabitliyin və təhlükəsizliyin necə dəyərli nemət olduğunu özünün acı təcrübələrindən öyrənib. Ona görə bu gün Azərbaycanın "sabitlik və təhlükəsizlik adası" səviyyəsinə çata bilməsinin səbəbləri həm dövlətin, dövlət başçısının danılmaz xidmətidir, həm də cəmiyyətin misilsiz mənəvi keyfiyyətidir.

Mən yazının əvvəlində Azərbaycanın mürəkkəb coğrafiyada yerləşdiyini xüsusi olaraq vurğuladım. Bu, səbəbsiz deyil. GTİ də göstərir ki, bir sıra ölkələrdə terror təhlükəsi çox və həddindən çox yüksəkdir. Qəribədir ki, özü, əhalisi terrordan daha çox əziyyət çəkən bir qism ölkələr elə özləri də terroru, terrorçuluğu, terror təşkilatlarını, eləcə də, terror dövlətlərini dəstəkləyirlər.

Məsələn, Avropanın bəzi ölkələri Türkiyəyə qarşı terroruluq edən PKK-nı onillərdir, bəsləyib saxlayıblar. Amma bu təşkilat elə həmin ölkələrin özlərində də bu cür əməllər törədir. Yaxud Ermənistanın özü. Bu, bir terror dövləti olaraq qurulub. Zamanında Azərbaycana qarşı törədilən terror aktlarının tam əksəriyyətini Ermənistan xüsusi xidmət orqanları təşkil edib və birbaşa həyata keçirib. Bu günkü Ermənistan hökuməti də terror üzərində qurulmuş bu cür dövlət mexanizmini və dövlət siyasətini hələ ki tam demontaj edib, yenidən qura bilmir. Ya da heç istəmir, sadəcə, taktiki manevrlərlə baş qatır.

Hər halda bax, belə dövlətlərin qonşuluğunda terror təhlükəsindən uzaq qalmaq Azərbaycanın çox böyük uğurudur.

P.S. Bunu da deyim: əgər sözügedən “Global Terrorism Index 2025” hesabatında Azərbaycan təqdir yox, tənqid olunsaydı, indi bütün dünya mediası, Ermənistanın təbliğat ruporları və Azərbaycanın başqa xarici və daxili tənqidçiləri səs-səsə verib, bu hesabatı qəzəbli şərhlərlə tirajlayardılar. Ancaq göründüyü kimi, bu haqda israrla susurlar.

Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Mart 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see352

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see350

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see338

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see268

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see237

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see236

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see225

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see223

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see220

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see212

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see191

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see187

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see175

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see174

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see169

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see168

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see165

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see160

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see158

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

14 Oktyabr 2026 00:59see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri