Icma.az
close
up
RU
Təhlükəli insanı aşkar edən 5 qorxulu bədən dili siqnalı

Təhlükəli insanı aşkar edən 5 qorxulu bədən dili siqnalı

Icma.az bildirir, Lent az portalına istinadən.

Bədən dili üzrə ekspert Terri Von qeyri-səmimi və ya potensial təhlükəli insanı tanımağa kömək edən beş əsas siqnalı açıqlayıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ekspertin sözlərinə görə, bu siqnallar həmsöhbətin səmimi və xeyirxah olub-olmadığını anlamağa kömək edə bilər.

Ekspertin qeyd etdiyi 5 əsas siqnal bunlardır:

Üzün sol və sağ hissəsində fərqli emosiyalar

Terri Von bildirir ki, həqiqi emosiyalar daha çox üzün sol tərəfində əks olunur. Sağ tərəf isə müəyyən hallarda rol oynaya  və saxta ifadə yarada bilər. Əgər üzün iki yarısı arasında emosional uyğunsuzluq hiss olunursa, bu, qeyri-səmimiliyin göstəricisi ola bilər.

Gülümsəmə zamanı göz ağlarının həddindən artıq görünməsi

Səmimi təbəssüm adətən göz ətrafındakı əzələləri də hərəkətə gətirir və gözlər bir qədər qısılır . Əgər insan gülümsəyərkən göz ağları geniş şəkildə görünürsə, bu, qorxu, qəzəb və ya daxili gərginlik əlaməti ola bilər.

Gərilmiş və ya geriyə çəkilmiş dodaqlar

Təbii olmayan, dartılmış və ya tərsinə təbəssüm insanın narahatlıq, qorxu və ya emosiyalarını gizlətməyə çalışdığını göstərə bilər. Belə ifadə daxili diskomfortun siqnalı sayılır.

Aşağı salınmış göz qapaqları və ya sıxılmış dodaqlar

Bu cür mimikalar bəzən təkəbbür, snobizm və ya özünü üstün tutma kompleksinin əlaməti kimi qiymətləndirilir. Həmsöhbətin emosional olaraq qapalı və ya yuxarıdan aşağı baxdığını göstərə bilər.

Həyəcan zamanı qəfil donub qalma

Ekspertə görə, güclü emosional gərginlik zamanı insanın qəfil hərəkətsiz qalması yığılmış enerjinin göstəricisidir. Bu enerji sonradan gözlənilməz və kəskin reaksiya ilə partlaya bilər ki, bu da potensial təhlükə siqnalıdır.

Terri Von vurğulayır ki, ən vacib məqam intuisiya hissinə güvənməkdir. Xüsusilə tanımadığınız və ya riskli situasiyalarda bu siqnallardan, hətta biri belə, ehtiyatlı davranmaq üçün kifayət qədər əsas sayıla bilər. Diqqətli olmaq və şəxsi təhlükəsizliyi ön planda saxlamaq hər zaman vacibdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Mart 2026 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see304

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see295

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see292

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see288

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see287

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see284

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see274

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see272

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see266

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see265

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see245

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see238

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see236

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see235

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see232

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see226

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see225

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see223

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri