Icma.az
close
up
RU
Sürücülərin 5 təhlükəli VƏRDİŞİ

Sürücülərin 5 təhlükəli VƏRDİŞİ

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Sürücülər arasında daha çox müşahidə olunan bəzi təhlükəli vərdişlər açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev danışıb.

R.Tağıyev bildirib ki, yol hərəkətində təhlükəsizlik təkcə qaydaların mövcudluğu ilə deyil, həmin qaydalara əməl olunması ilə təmin edilir:

“Təəssüf ki, bəzi hallarda sürücülər tərəfindən yol verilən diqqətsiz və məsuliyyətsiz davranışlar yollarda riskli vəziyyətlərin yaranmasına səbəb olur. Bəzən sürücülər bu davranışların təhlükəli olduğunu hiss etməsələr də, məhz belə vərdişlər bir çox yol-nəqliyyat hadisələrinin baş verməsinə bilavasitə zəmin yaradır”.

Şöbə rəisinin sözlərinə görə, yol hərəkətində təhlükəsizlik yalnız bir nəfərin deyil, bütün hərəkət iştirakçılarının məsuliyyətindən asılıdır: “Sükan arxasında verilən hər qərar, edilən hər manevr həm sürücünün özünün, həm də digər insanların həyatına birbaşa təsir göstərir. Bu baxımdan bəzi vərdişlər var ki, onlar xüsusilə riskli hesab olunur və yollarda təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur”.

O, sürücülər arasında daha çox rast gəlinən təhlükəli vərdişləri sadalayıb:

- Sükan arxasında telefondan istifadə etmək - mesaj yazmaq, sosial şəbəkələrə baxmaq və ya telefonla danışmaq sürücünün diqqətini yoldan yayındırır və qəza riskini əhəmiyyətli dərəcədə artırır.

- Ara məsafəsini düzgün saxlamamaq - xüsusilə sıx hərəkət şəraitində nəqliyyat vasitələrinin bir-birinə həddindən artıq yaxın məsafədə hərəkət etməsi çox vaxt toqquşmalarla nəticələnir.

- Sürət həddini aşmaq - yüksək sürət nəqliyyat vasitəsi üzərində nəzarəti çətinləşdirir, eyni zamanda hadisə baş verdiyi zaman nəticələrin daha ağır olmasına səbəb olur.

- Yorğun və yuxusuz halda avtomobil idarə etmək - uzun müddət fasiləsiz sükan arxasında olmaq sürücünün diqqətinin zəifləməsinə, reaksiya vaxtının gecikməsinə və təhlükəni vaxtında qiymətləndirə bilməməsinə səbəb olur.

- Riskli və tələsik manevrlər etmək - zolaqları tez-tez dəyişmək, təhlükəli ötmə hərəkətləri etmək və digər hərəkət iştirakçılarının hərəkətini nəzərə almamaq yolda ciddi təhlükə yaradır.

R.Tağıyev qeyd edib ki, yol hərəkəti hər birimizin iştirak etdiyi ümumi bir sistemdir və bu sistemdə təhlükəsizlik hər kəsin məsuliyyətli davranışından asılıdır. O qeyd edib ki, sükan arxasında diqqətli və intizamlı olmaq təkcə şəxsi təhlükəsizliyin deyil, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığının qorunmasına xidmət edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Mart 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see581

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see262

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see249

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see239

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see230

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see220

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see215

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see211

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see202

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see200

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see194

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see190

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see189

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see183

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see179

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see177

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see175

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see171

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri