Icma.az
close
up
RU
Tehran: “Cavab hazırlanır”

Tehran: “Cavab hazırlanır”

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AzVision.az xəbər verir ki, İranın Xarici İşlər naziri Abbas Əraqçi ABŞ-nin İranın nüvə obyektlərinə hücumunu şərh edərkən hücumunun “uzunmüddətli nəticələrə səbəb olacağını” bildirib. O, həmçinin İranın öz suverenliyini və milli maraqlarını müdafiə etmək hüququnu özündə saxladığını vurğulayıb.
Bundan əvvəl SEPAH-ın Telegram-kanalı İranın Yaxın Şərqdə ABŞ-yə cavab zərbələri endirməyə hazırlaşdığını açıqlayıb.
İranın daimi nümayəndəliyi isə, ABŞ-nin İrana zərbələrinin “beynəlxalq hüququn kobud şəkildə pozulması” olduğunu vurğulayaraq, Tehranın BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb etdiyini bildirib.
“CNN” telekanalının məlumatına görə isə, İranda ABŞ Hərbi Dəniz qüvvələrinin (HHQ) gəmilərinə raket zərbələrinin endirilməsinə və neft nəqli üçün əsas marşrut olan Hörmüz boğazının bağlanılmasına çağırış edilib.
ABŞ İrana zərbələr endirib | VİDEO Bundan əvvəl özünü Ali Rəhbər Ayətullah Əli Xameneinin “nümayəndəsi” kimi qələmə verən “Kayhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari “Amerikanın Fordo nüvə obyektinə hücumundan sonra növbə bizimdir” deyə xəbərdarlıq edib.
“Biz tərəddüd etmədən və ya gecikmədən, ilk addım olaraq Bəhreyndə yerləşən Amerika donanmasına raket zərbələri endirməli, eyni zamanda Hörmüz boğazını Amerika, Britaniya, Almaniya və Fransa gəmiçiliyi üçün bağlamalıyıq”, - nəşrin Teleqram-kanalı Şəriətmədaridən sitat gətirir.
Lakin İranın ali dini lideri ABŞ-nin hücumuna rəsmi reaksiya verməyib.
Eyni zamanda, İranın Atom Enerjisi Agentliyi (İAEA) ABŞ-nin hücumundan sonra uranın zənginləşdirilməsini dayandırmaq niyyətində olmadığını açıqlayıb.
- İranın nüvə infrastrukturunu nəzərdə tutan İAEA ölkənin “sənaye inkişafının” dayandırılmasına icazə verməyəcəyini bildirib. Agentlik həmçinin ABŞ-nin hücumlarını beynəlxalq hüququn pozulması kimi qiymətləndirdiyini və İranın məhkəməyə müraciət etməyi planlaşdırdığını bildirib”, - “Reuters” agentliyi yazıb.
İAEA ABŞ-nin nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra heç bir radioaktiv sızma aşkar etmədiyini di söyləyib. İranın Dövlət teleradio şirkətinin direktor müavini Həsən Abediniyə istinad edən “BBC”-nin Fars xidməti də ABŞ tərəfindən vurulan üç nüvə obyektinin əvvəlcədən boşaldıldığını vurğulayıb. Abedinin sözlərinə görə, təxliyə “bir müddət əvvəl” həyata keçirildiyinidən zənginləşdirilmiş uran ehtiyatları irəlicədən nüvə mərkəzlərindən çıxarılıb və radiasiyanın yayılma riski yoxdur.
Bu arada Səudiyyə Ərəbistanının Nüvə və Radiasiya idarəsinin bəyanatında da bildirilir ki, ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələr nəticəsində Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinin ətraf mühitinə heç bir radioaktiv təsir qeydə alınmayıb.
Bununla belə, radiasiya ilə bağlı məlumatların açıqlanmadığına diqqət çəkən İranın müxalifət kanalları vətəndaşlara yaxınlıqdakı ərazilərdən dərhal çıxmağı tövsiyə edir.
Xatırladaq ki, iyunun 22-nə keçən gecə İranın Natanzda, İsfahanda və Fordoda yerləşən nüvə obyektlərinə Amerikanın B-2 təyyarələri ən azı altı 15 tonluq bunker bombaları atıb, sualtı qayıqlar isə onlara 30-a yaxın “Tomahawk” qanadlı raketi buraxıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://azvision.az
archiveBu xəbər 22 İyun 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see456

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see324

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see302

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see273

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see243

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see243

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see241

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see239

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see232

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see219

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see217

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see204

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see204

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see203

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see201

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see197

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see196

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see195

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see193

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri