Icma.az
close
up
RU
Tehran üçün ciddi təhlükə Liviya modeli işə düşür

Tehran üçün ciddi təhlükə Liviya modeli işə düşür

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Tehranı rəsmi Vaşinqtonun nüvə təklifini qəbul etməyə çağırıb. Əks halda İranı olduqca çətin vəziyyətin gözlədiyi ilə bağlı anonslar verilməkdədir.

İran buna razılıq verəcəkmi? Nüvə proqramı ilə bağlı məsələ nə yerdədir?

Globalinfo.az-a danışan politoloq Zaur İbrahimli bildirib ki, İranda ABŞ-ın irəli sürdüyü təkliflərlə bağlı iki əsas yanaşma mövcuddur:

“Birinci yanaşma sabiq prezident Həsən Ruhaninin fikirlərinə əsaslanır. Bu baxışa görə, İran beynəlxalq birliklə qarşıdurmadan uzaq durmalıdır, çünki bu, iqtisadi cəhətdən ölkəni geri salır. Neft ixracından asılı vəziyyətdə olan İran öz inkişaf potensialını reallaşdıra bilməyəcək. Bu, Tehran üçün ciddi təhlükədir, uzunmüddətli inkişaf mümkünsüz olur, daxili iqtisadi problemlər isə siyasi böhranlara çevrilir. Molla rejimi beynəlxalq təcrid və sanksiyalar altında qalaraq problemləri həll etməkdə çətinlik çəkəcək, rəqib ölkələr isə bundan üstünlük qazanacaq.

Bu baxımdan, Tehran üçün əlverişli sövdələşmələrə getmək, xarici siyasətdə transformasiyaya nail olmaq və aparıcı Qərb ölkələri, xüsusilə ABŞ-la anlaşmaq daha məqsədəuyğundur. Beləliklə, İran dinc nüvə proqramını davam etdirə, texnoloji yeniliklərə çıxış əldə edə və xarici sərmayələr cəlb edə bilər”.

Zaur İbrahimli

Politoloqun sözlərinə görə, ikinci yanaşma isə mühafizəkarların mövqeyidir:

“Mühafizəkarlar hesab edirlər ki, ABŞ-ın təklifləri İranın suverenliyini məhdudlaşdıracaq. Onlar ölkənin dinc nüvə proqramı və raket inkişafında müstəqil qərar qəbul edə bilməyəcəyindən narahatdırlar. Bu, İranın Qərbdən asılı vəziyyətə düşməsinə səbəb olacaq. Onların fikrincə, Tehran fərqli yol seçməlidir”.

Zaur İbrahimli vurğulayıb ki, hazırda İranın hansı strategiyanı üstün tutacağını demək çətindir. Ancaq islahatçı qanadın mövqeləri son zamanlar daha çox səslənir:

“Həsən Ruhaninin son çıxışlarından da məlum oldu ki, onun vaxtilə əldə etdiyi razılaşmaların həyata keçməsinə qəsdən mane olunub. Bu, daha çox İranın ali rəhbəri Ayətullah Xamaneinin ətrafındakı mühafizəkarları hədəf alır. İranın Suriyada yaşadığı ağır məğlubiyyətlər, proksi qüvvələrinin İsrail tərəfindən sıradan çıxarılması və ABŞ-ın artan təzyiqləri rəsmi Tehranın manevr imkanlarını məhdudlaşdırıb”.

Politoloq qeyd edib ki, İran üçün əsas məsələ növbəti sanksiyalardan yayınmaq və nüvə proqramında müstəqilliyini qoruyub saxlamaqdır:

“İsrail və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı fikir ayrılığı mövcuddur. İsrail İranın nüvə fəaliyyətini dayandırmaq üçün Liviya modelinin tətbiqini istəyir, yəni proqramı tamamilə məhv etmək niyyətindədir. ABŞ isə daha yumşaq mövqe tutaraq İranın uranı müəyyən həddə qədər zənginləşdirməsinə icazə verilməsini təklif edib. Hazırkı zənginləşdirilmiş uranın İranda saxlanılması qadağandır və o, üçüncü ölkəyə, ehtimal ki, Rusiyaya göndərilməlidir. Ümumilikdə, İran Vaşinqtonun irəli sürdüyü bu şərtləri qəbul edə bilər, əks halda onun üçün vəziyyət çox çətinləşəcək. Beynəlxalq mühit İranın nüvə silahı əldə etməsinə qarşı ciddi müqavimət göstərir”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 İyun 2025 20:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri