Icma.az
close
up
RU
Tehran yolunu dəyişir: İran ABŞ la danışıqlara qayıdır

Tehran yolunu dəyişir: İran ABŞ la danışıqlara qayıdır

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

İsraillə 12 günlük müharibədən iki ay sonra İranın ali rəhbərliyi ABŞ-la nüvə proqramı üzrə danışıqları bərpa etmək imkanını müzakirə etməyə başlayıb. 

Qaynarinfo xəbər verir ki, Qərb agentliklərinin məlumatına görə, bu qərara səbəb, İslam Respublikasının siyasi sisteminin növbəti genişmiqyaslı hərbi qarşıdurmaya tab gətirə bilməyəcəyi və 2015-ci il nüvə sazişi çərçivəsində ləğv edilmiş BMT Təhlükəsizlik Şurası sanksiyalarının bu il yenidən tətbiq olunması ehtimalıdır. İran siyasi elitasının mülayim qanadı vətəndaş qarşıdurmasının və hakimiyyətin dağılmasının qarşısını almaq üçün daha dərin siyasi islahatlar təklif edir.

"Reuters” agentliyinin məlumatına görə, İranın ali rəhbərliyi diplomatiyanı ABŞ və İsraillə gələcək hərbi toqquşmadan qaçmaq və siyasi sistemin sabitliyini qorumaq üçün yeganə çıxış yolu hesab edir. Ali lider Ayətullah Əli Xamenei artıq ölkənin dini rəhbərləri ilə bu məsələdə konsensus əldə edib. Qərb diplomatlarının sözlərinə görə, 12 günlük müharibə nəticəsində hərbi potensialın tükənməsi, Yaxın Şərqdəki müttəfiq qrupların zəifləməsi və iqtisadi böhran səbəbindən Tehran hazırda ən zəif mövqedədir.

"The Telegraph”ın yazdığına görə, bu məsələ üzrə daxili müzakirələr İran Ali Milli Təhlükəsizlik Şurasının təşəbbüsü ilə başlanıb. Şura prezident Məsud Pezeşkianın administrasiyasına "gec olmadan danışıqlara yol tapmaq” çağırışı edib. Əsas narahatlıq isə Avropa üçlüyünün (Böyük Britaniya, Almaniya, Fransa) "snapback” mexanizmindən istifadə edərək BMT Təhlükəsizlik Şurasının əvvəlki sanksiyalarını bərpa edə biləcəyi ilə bağlıdır. Bu imkan yalnız 18 oktyabr 2025-ci ilə qədər qüvvədədir və Avropa ölkələri danışıqlar bərpa olunmasa, bundan istifadə edəcəklərini bildiriblər. Mənbənin sözlərinə görə, yenidən tətbiq ediləcək sanksiyalar İsraillə müharibədən daha ağır zərbə vura bilər.

İranda son günlər danışıqların bərpası çağırışları güclənib. 12 avqustda birinci vitse-prezident Məhəmməd Rza Aref "ölkənin maraqlarını qorumaq üçün bərabər şərtlərlə danışıqlara hazır olduqlarını” bəyan edib. O, ABŞ-ın uranın zənginləşdirilməsi proqramından tam imtina tələbini isə "zarafat” adlandırıb. 10 avqustda prezident Pezeşkian sərt xətt tərəfdarlarına müraciət edərək bildirib: "Siz ABŞ administrasiyası ilə danışmaq istəmirsiniz? Bəs nə etmək istəyirsiniz? Müharibəyə başlamaq? Danışıqlara qatılmaq təslim olmaq demək deyil!”

13 avqustda sabiq prezident Həsən Ruhani də gərginliyin azaldılmasını zəruri adlandırıb: "Əgər Avropa, qonşularımız, Şərq və Qərblə, hətta ABŞ-la münasibətləri yaxşılaşdırmaq və gərginliyi azaltmaq ölkəmizin maraqlarına uyğundursa, niyə də olmasın? Bu, təkcə pis deyil, əksinə, bizim borcumuzdur". Ruhani həmçinin daxili və xarici siyasətdə ciddi islahatlara çağıraraq xəbərdarlıq edib ki, bunlar olmadan ölkə yeni böhranlarla üz-üzə qala bilər.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Avqust 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see387

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see375

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see316

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see290

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see283

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see277

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see271

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see258

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see252

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see250

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see249

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see246

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see238

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see236

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see225

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see224

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see219

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see209

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see200

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri