Tehranda İİV in “üçüncü dalğası“: Narkotik aludəçiləri və hamilə qadınlar arasında artım qeydə alınır
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın Tehran şəhərinin cənubundakı Azadegan avtomagistralı rayonunda narkotik istifadəçiləri və hamilə qadınlar arasında İİV-ə (insanın immunçatışmazlığı virusu) yoluxma hallarında artım müşahidə olunur.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, virusun yayılması sosial dəstək mexanizmlərinin zəifləməsi və qorunmasız cinsi əlaqələrin artması səbəbindən sürətlənib.
Narkotik aludəçiləri arasında cinsi əlaqələrin və arzuolunmaz hamiləliklərin artması Tehranda İİV-in "üçüncü dalğası"nı formalaşdırır. Bir çox narkotik aludəçisi gecələmə üçün sığınacaq, yemək və ya geyim müqabilində cinsi əlaqəyə girir.
Mənbələrin məlumatına görə, özlərini qorumağa çalışarkən belə, insanlar yüksək yoluxma riski altında qalırlar.
Vəziyyətin pisləşməsinin qarşısını almaq üçün şəhərin bu rayonunda maarifləndirici proqramların və sosial dəstək tədbirlərinin həyata keçirilməsi zəruridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 01 Dekabr 2025 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















