Tehranda səs küylü qətl: “Bəsic” komandiri KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İranın paytaxtı Tehranda “Bəsic” mülki-hərbi qüvvələrinin komandiri Məhəmməd Əli Atariya öldürülüb. İran mənbələrinin verdiyi məlumata görə, hadisə Tehranın Baxner küçəsində yerləşən nəzarət-buraxılış məntəqəsində baş verib.
KONKRET.az xəbər verir ki, müxalif resurslar Atariyanın paytaxtda keçirilən etiraz aksiyalarının yatırılmasında və gənc nümayişçilərin ölümündə birbaşa iştirak edən əsas şəxslərdən biri olduğunu iddia edirlər. Onun öldürülməsi şəhərdə təhlükəsizlik tədbirlərinin daha da sərtləşdirilməsinə səbəb olub.
Məlumata görə, hadisədən dərhal sonra ərazi gücləndirilmiş nəzarətə götürülüb və hücumu həyata keçirənlərin axtarışına başlanılıb. Rəsmi Tehran hələlik hadisənin təfərrüatları və qatillərin kimliyi barədə geniş açıqlama verməyib, lakin bu qətl ölkədəki daxili gərginliyin yeni bir mərhələyə keçdiyini göstərir.\\Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 23 Mart 2026 22:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















