Icma.az
close
up
RU
Tehranın Zəngəzur dilemması: Pezeşkianla mühafizəkarlar üz üzə

Tehranın Zəngəzur dilemması: Pezeşkianla mühafizəkarlar üz üzə

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“İranın ali dini rəhbəri Xameneinin müşaviri Əliəkbər Vilayəti Tehranın Zəngəzur dəhlizinə qarşı olduğunu növbəti dəfə tirajlayıb. Ümumiyyətlə, Azərbaycanla bağlı olan hər hansı bir məsələyə Tehranın fars molla rejimi belə ağrılı yanaşır və sərt mövqe sərgiləməyə çalışır. Başqa sözlə, rəsmi Tehran hər zaman Azərbaycanla əlaqədar layihələri bloklamağa çalışır”.

Bunu Ölkə.az-a açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib.

O bildirib ki, biz bunu Zəngəzur dəhlizi ilə bağlı məsələdə də görürük: “İran Bəndər-Abbas limanı vasitəsilə Avropa və Aralıq dənizinə çıxış əldə etməyi hədəfləyir. Bununla da Şərq–Qərb marşrutu üzərində aparıcı qurum kimi qalmaq istəyir. Ona görə də rəsmi Tehranın mühafizəkar rejimi bu məsələlərin əleyhinə çıxır.

Tehranın mühafizəkar fars molla rejiminin Zəngəzur dəhlizinə qarşı olduğunu növbəti dəfə dilə gətirməsi İranla Azərbaycan arasındakı münasibətlərin normallaşdırılması üçün təşəbbüslərin fəallaşdığı dövrə təsadüf etməsi diqqətçəkən məqamdır. Bu açıqlama adı çəkilən məsələyə münasibətdə İranın siyasi elitası daxilində Pezeşkian administrasiyası ilə fars molla rejimi arasında ziddiyyətlərin təzahürü də sayıla bilər.

Belə ki, Pezeşkian administrasiyası bir tərəfdən İranla Azərbaycan arasındakı münasibətlərin normallaşdırılması istiqamətində cəhd göstərir. Digər tərəfdən isə Zəngəzur dəhlizini (“Tramp marşrutu”nu) İranın həyati maraqlarına zidd hesab etmədiyini ifadə edir, dolayısı ilə həmin dəhlizin imkanlarından İranın da yararlanmasına nail olmaq üçün diplomatik fəallığını artırır. Məhz bir neçə gün əvvəl İranın Xarici İşlər naziri Əraqçının Azərbaycana səfəri də bu diplomatik fəallıq kontekstində nəzərdən keçirilməlidir. Bu səfər regionda mövcud geosiyasi reallıqlar şəraitində Azərbaycanın real gücünün daha da artdığını, regional layihələrdə İranın maraqlarının nəzərə alınması və dəhlizin imkanlarından yararlanması üçün ilk növbədə Azərbaycanla müzakirələrin labüdlüyünün Pezeşkian administrasiyası tərəfindən etiraf olunduğunu göstərir”.

Q.Əlibəyli hesab edir ki, Vilayətinin açıqlamalarının Pezeşkian administrasiyasının bu mövqeyinə qarşı olduğu şübhəsizdir: “Görünür, İranın mühafizəkar rejimi Zəngəzur dəhlizinə qarşı Rusiya ilə birlikdə hərəkət etmək, Azərbaycanla münasibətlərin normallaşmasına mane olmaq, daxildə isə Pezeşkian administrasiyasına təzyiqləri gücləndirmək niyyətindədir. Diqqətçəkən məqamlardan biri də bundan ibarətdir ki, mühafizəkar fars molla rejiminin “qırmızı xətt” elan etdiyi Ermənistan dəhliz məsələsində Azərbaycan, Türkiyə və ABŞ-la demək olar ki, eyni mövqeni bölüşür.

Görünən odur ki, Tehranın mühafizəkar rejiminin nümayəndələrinin bu kimi açıqlamaları regionda geosiyasi balansı dəyişmək məqsədi daşıyır. Lakin İranın indiki şəraitdə bu prosesə qarşı çıxaraq Zəngəzur dəhlizi ilə bağlı proseslərin gedişinə təsir göstərmək gücündə deyil və bunun üçün rıçaqları yoxdur. Zəngəzur dəhlizi açılacaq, mühafizəkar rejim isə İranı bu prosesdən kənarda qoyacaq”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:34
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Dekabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see267

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see187

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see180

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see174

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see160

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see158

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see155

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see149

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri