Icma.az
close
up
RU
Tehranın Zəngəzur dəhlizi qorxusu

Tehranın Zəngəzur dəhlizi qorxusu

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.

Azərbaycan Rusiyanın Ukraynadakı müharibəsi nəticəsində yaranan geosiyasi proseslərdən, ABŞ administrasiyasındakı dəyişikliklərdən və Türkiyənin bölgədə qazandığı uğurlar qarşısında İranın geri çəkilməsindən istifadə edərək öz yanaşmasını yenidən nəzərdən keçirir.

Missiya.Az xəbər verir ki, bu barədə İranın “Tabnak” xəbər portalı yazı dərc edib.

Bildirilib ki, Təhrir əş-Şamın (HTŞ) Suriyada hakimiyyətə gəlməsi Türkiyənin ambisiyalarının ərəb ölkələrindən kənara, xüsusilə də Cənubi Qafqaza doğru genişlənməsinə dair narahatlığı artırıb.

İddia edilib ki, Tehranın nöqteyi-nəzərindən əsas narahatlıq doğuran məsələ Azərbaycanın Türkiyənin dəstəyi ilə mübahisəli Zəngəzur dəhlizinin açılması üçün Ermənistanın cənubundakı Zəngəzura qəfil hücum ehtimalıdır:

“Tehranın qəti şəkildə etiraz etdiyi bu tranzit layihəsi İran və Ermənistan arasında quru sərhədini kəsərək Azərbaycan ilə Naxçıvan, eləcə də Türkiyə arasında əlaqə yaradacaq. İranın Suriyadakı tərəfdaşlarına təchizat marşrutlarının təhlükə altında olduğu bir vaxtda Zəngəzur dəhlizinin yaradılması İslam Respublikasının Cənubi Qafqazdakı rolunu marginallaşdıra bilər”, - deyə vurğulanıb.

Qeyd olunub  ki, Azərbaycanın Türkiyəyə birbaşa marşrut yaratmaq planı Ermənistan və İranla gərginliyə səbəb olub, çünki hər iki ölkə bu marşrutun onların quru sərhədini kəsəcəyinə inanır. Layihə Ankara ilə Tehran arasında da qarşıdurmaya yol açıb. 

Mənbənin sözlərinə görə, Zəngəzur dəhlizi gerçəkləşərsə, İranın Qafqazdan keçməklə Avropa və Rusiyaya uzanan tranzit marşrutları tamamilə Azərbaycanla Türkiyə arasındakı müttəfiqliyin xoş niyyətlərindən asılı olacaq. 

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://missiya.az
archiveBu xəbər 17 Fevral 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri