Icma.az
close
up
RU
Təhsil alırlar, amma imam ola bilmirlər Dini təhsil müəssisələrini bitirən qadınlar harada işləyirlər?

Təhsil alırlar, amma imam ola bilmirlər Dini təhsil müəssisələrini bitirən qadınlar harada işləyirlər?

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

İslam dininə görə, qadının din xadimi, imam və ya müctəhid olması mümkün deyil.
Azərbaycanda dini təhsili olan və ya dini ayinləri bilən, icra edən qadınlar, əsasən, yas mərasimlərinin qadınlar üçün təşkil olunan hissəsində mərsiyə deyib, ölən şəxsin ruhuna dualar oxuyurlar.
Ölkəmizdə İlahiyyat İnstitutu, bundan əlavə İslam kolleci də daxil olmaqla 5 dini təhsil müəssisəsi fəaliyyət göstərir. Yəni bu təhsil müəssisələrində kişilərlə yanaşı, qadınlar da təhsil alır. Bu da gələcəkdə onların da bu sahədə işlə təmin olunmalı, fəaliyyət göstərməli olduğuna əsas yaradır.
Bəs sözügedən təhsil müəssisələrini bitirən qadınlar harada işləyirlər?
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sonuncu, yəni 2023-cü ildəki fəaliyyəti barədə hesabatında qeyd edilib ki, İslam dininə aid ibadət yerləri (məscidlər) üzrə elan edilən müsahibədə 244 namizəd iştirak edib. 2023-cü il fevral ayında keçirilən müsahibədən 18-i qadın olmaqla 66 nəfər uğurla keçib. Məscidlərdə müxtəlif vəzifələrə təyin olunan 56 nəfərin 17-si qadın olub.
Ümumilikdə, komitənin 2022-2023-cü illərdə təşkil etdiyi müsahibələrdən 277 nəfər uğurla keçib.
Onlardan 35-i qadın olmaqla, 231 nəfəri məscidlərdə müxtəlif vəzifələrə təyin ediliblər.
Komitənin ötən ildə elan etdiyi müsahibə isə bu ilin fevralında başa çatıb. Qurumdan verilən məlumata görə, qadın dini ayinlərin icraçısı vəzifəsi üçün 1 vakant yer üzrə imtahanda iştirak edən 35 namizəddən 13-ü müsahibədən uğur qazanıb.
Ümumiyyətlə isə məscid və ziyarətgahlarda imam, imam müavini və dini ayinlərin icraçısı vəzifəsi mövcuddur. Qadınlar isə qadın dini ayinlərin icraçısı vəzifəsinə sahiblənə bilərlər. Yəni qadınlar imamın tapşırığı ilə hansısa məscidə qatılıb, dini ayinləri icra edə biləcəklər.
Mövzuya münasibət bildirən ilahiyyatçı Tural İrfan Bizim.Media-ya deyib ki, İslamda kişiyə nisbətən çox üstünlük verildiyi üçün qadınlara bu işlər həvalə olunmur:
“İslamda din xadimi anlayışı və vəzifəsi ənənəsi yoxdur. Bu, sonradan zamanın tələblərinə uyğun, bir qədər də dinin təhrif olunması, başqa dinlərdən keçməsi nəticəsində formalaşıb. Bu da əsasən İslamda kişiyə qadından çox üstün verildiyinə, peyğəmbərlər də kişilərdən olduğuna görə əsas din xadimi kişilər hesab edilib.
 

Bir çox dinlərdə belədir, təbii ki, xristinalıqda rahibələr var, İslamda da din xadimlərinin köməkçi qismində qadınlar var. İslam dininə görə, qadınlar imam ola bilməzlər, məsciddə məscid rəhbəri ola bilməzlər, namazda kişilərə ibadətdə öncüllük edə bilməzlər. Amma qadın qadın dindarlara öncüllük edə bilər. Buna icazə verilib”.

O bildirib ki, dini təhsil alan qadınlar imam köməkçisi kimi işlə təmin olunurlar:
“İlahiyyat İnstitutunda qadınlar da oxuyur, sonradan onlar məscidlərə tələbata uyğun olaraq müxtəlif vəzifələrə təyinat ala bilirlər. İmamların köməkçisi, yardımçısı, qadınlarla əlaqədar ayinlərin yerinə yetiriməsində iştirak edirlər. Azərbaycan heç bir məsciddə qadın imam ola bilməz. Bu, heç də gender bərabərliyinin pozulması, qadının kişidən aşağı tutulması deyil. Bu, məsuliyyətin ağırlığıdır. Çünki məscidə rəhbərlik etmək bir qədər ağır məsələdir. Ona görə də o yük qadının boynuna qoyulmayıb”.
Onun sözlərinə görə, ölkədə qadın ilahiyyatçılar azdır:
“Qadın ilahiyyatçılar təəssüf ki, barmaqla sayılacaq qədərdir. Bu da bəzi boşluqlardan irəli gəlir. Vaxtilə Bakı İslam Universiteti fəaliyyət göstərirdi, orada da kifayət qədər qadın milli ruhda təhsil alırdı. Sonradan Təhsil Nazirliyi hansısa səbəblə onların diplomlarını tanınmadı. Ona görə də o insanlar kişili, qadınlı ruhdan düşdülər və bu sahədən tamamilə ayrıldılar. Ona baxmayaraq, xaricdə təhsil və təsir görmüş bəzi adamlar var və ya xaricdə olmayıb, burada xarici təsirlərə düşmüş insanlar var ki, ilahiyyatçı kimi fəaliyyət göstərməyə can atırlar. O səbəbdən bizim milli qadın ilahiyyatçılara çox böyük ehtiyac var”.
Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Oktyabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see211

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see186

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see148

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri