Qadınların dini təhsil imkanları genişləndiriləcək
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dini biliklərin düzgün mənimsənilməsi və xurafatla sağlam dini düşüncənin fərqləndirilməsində qadınların fəal iştirakı xüsusi əhəmiyyət kəsb edir.
Modern.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan qadınının cəmiyyətin həyatında fəal iştirakı ölkənin ictimai fikrində və dövlətçilik ənənəsində dərin tarixi əsaslara malikdir.
Komitə sədri ailədə uşaqların dünyagörüşünün formalaşmasında qadınların rolu vurğulayıb:
"Bu istiqamətdə maarifləndirmə işlərinin daha geniş ictimai nəticələr doğurduğunu aydın görmək olar. Bu sahədə fəaliyyətimizin əsas istiqamətlərindən biri qadınların sağlam və akademik əsaslara söykənən dini təhsil alma imkanlarının genişləndirilməsidir" – o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 24 Noyabr 2026 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















