Icma.az
close
up
RU
İnsan alverində dini təhsil faktoru TƏHLİL

İnsan alverində dini təhsil faktoru TƏHLİL

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Xarici ölkəyə dini təhsil adı ilə aparılanlar bəzən cinsi istismar edilir

Dövlətin nəzarətindənkənar dini təhsil müəssisələrində fəaliyyətin insan alveri riskini artırdığı bildirilir. Milli Məclisn dünən keçirilən “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın müzakirəsində deputat Fazil Mustafa deyib ki, Azərbaycanda insan alverinə qarşı mübarizədə DİN tərəfindən çox ciddi intensiv fəaliyyət həyata keçirilir.  Deputat bildirib ki, insan alveri ilə bağlı sahə artıq kibercinayətkarlıq səviyyəsində artıb, buna nəzarət mexanizmi də xeyli çətinləşib: “Hesab edirəm ki, Azərbaycanda əsasən bunun öhdəsindən gəlinə bilir”.

Komitə sədri qeyd edib ki, dövlətin nəzarətindən kənarda harada dini təhsilə cəlb edilən insanlar varsa, bu da insan alveri kimi qiymətləndirilməlidir: “İnanclarına görə insanlar dini təhsil ala bilər, amma bunu mütləq dövlətin nəzarəti altında olan müəssisələrdə edə bilər. Qanunvericilikdə bununla bağlı dəyişiklik edilməlidir, bunun üçün müraciət olunsa, bu cür cinayətlər də insan alveri kimi qiymətləndirilməlidir”.


Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı  Tural İrfan da “Sherg.az”a açıqlamasında deyib ki, ölkədə dini təhsil yalnız dövlət nəzarəti ilə həyata keçirilməlidir. Bunu zəruri edən bir çox amillərin olduğunu vurğulayan ilahiyyatçı bildirib ki, dövlət nəzarətindən kənar dini təhsilin zərərli olduğunu təcrübə də sübut edir:

 “Dövlət nəzarətindən kənar dini təhsil çox zaman məzhəbçilik, xurafatçılıq, qeyri-ənənəvi inanclar, mövhumat və radikalizm yayaraq xarici təsirləri təbliğ vasitəsi kimi qiymətləndirilir. Millət vəkili Fazil Mustafa tamamilə doğru vurğulayıb ki, dini təhsil hökmən dövlət nəzarəti altında həyata keçirilməlidir.

Şübhəsiz ki, nəzarət olmayan yerdə dini təhsil adı altında, yaxud xalqımızın milli ənənəsinə zidd olan, qanunlarımıza müxalif olan təbliğat aparıla bilər, bunun nəticəsində də nəinki insan alveri, ondan daha betər mənfur əməllər təzahür edə bilər. Ölkədə dini təhsil almaq üçün bütün şərait var, Azərbaycan İlahiyyat İnstitutu, İlahiyyat Kolleci fəaliyyət göstərir. Bütün məscidlərdə din xadimləri xütbə və moizələrində maarifləndirmə işləri aparır. Bunun müqabilində gizli, yaxud aşkar dövlət nəzarətindən kənar hər hansısa təhsilin, yaxud təhsil adı altında təbliğatın aparılmasına ehtiyac yoxdur. İnsanları psixoloji təsirə salıb inanc vasitəsilə istismar etmək dində də haramdır, qanun da buna yol vermir. Ölkədə hesab edirəm ki, dini azadlıqlar normaldır və hətta bəzən normadan artıq həddə çatır. Bu da həmin azadlıqdan sui-istifadə edənlərin din adı altında xurafat, mövhumat, ikitirəlik, cəhalət yaymasına səbəb olur. Ona görə dövlət nəzarəti çox vacibdir. Hörmətli komitə sədrinin qaldırdığı məsələ dini azadlıqların məhdudlaşdırılmasına deyil, əksinə, real təhlükələrin qarşısını almağa, dini zəmində sosial həyatın sağlamlaşdırılmasına yönələn addımdır.

Mümkündür ki, dini təhsil adı altında insanları istismar edərək mənfi niyyətlər üçün istifadə etsinlər”.

Dini təhsilin yalnız ölkə daxilində, dövlətin ciddi nəzarətində olmasının vacibliyini vurğulayan T.İrfan hesab edir ki, ölkəmizdə təxribatçı planlar həyata keçirmək istəyən bəzi xarici maraqlılar əsasən bunu din, məzhəb adı altında etməyə çalışırlar: “Bir boşluq axtarıb həmin boşluqdan istifadə edirlər. Faktlar var ki, dini təhsil adı ilə xarici ölkəyə aparılmış tələbələr cinsi istismara məruz qalıblar. Onları bu yolla insan alverinin qurbanına çevirib sonra da öz ölkəsinə qarşı istifadə etməyə çalışıblar. İstər ölkə daxilində, istərsə də xaricdə dini təhsil məsələsinin dövlət nəzarətindən kənar qalmasının əziyyətini hələ də çəkirik. Vaxtilə müxtəlif xarici ölkələrdə dini təhsil adı altında gedib həmin ölkələrin ideoloji, siyasi proqramlarının təsirinə düşüb gələnlər bu gün də ölkədə dini abu-havanı zəhərləməklə məşğuldurlar.

Qeyri-rəsmi yollarla dini təhsil adı ilə xarici ölkəyə aparılıb orada hansı təsirlərə, yaxud insan alverinə məruz qalan insanların olmaması üçün mütləq nəzarət olmalıdır. Ələlxüsus da ölkəmizdə bütün dini təhsil tələblərinə cavab verən ali dərəcəli təhsil ocaqları fəaliyyət göstərir. Bir çox müsəlman ölkəsində olmayan dövlət dəstəyi var. Vətəndaşların dini təhsil alması üçün dövlət nəzarətindən kənar müəssisələrə cəlb edilməsi təhlükəlidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 May 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see367

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see316

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see257

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see253

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see251

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see245

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see237

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see202

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see194

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see191

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see189

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see186

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see184

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see178

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see172

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see160

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see160

Venera retroqrada başladı: Bu 4 bürc daha çox təsirlənə bilər

04 Oktyabr 2026 07:22see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri