Icma.az
close
up
RU
Təhsil eksperti ikinci turla bağlı narahatlığını bölüşdü, DİM ə təklif verdi: Elə abituriyentlər olur ki...

Təhsil eksperti ikinci turla bağlı narahatlığını bölüşdü, DİM ə təklif verdi: Elə abituriyentlər olur ki...

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"Birinci ixtisas qrupunda müəyyən plan yerləri ayrılıb. Müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayı isə göz qabağındadır".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Ramin Nurəliyev ali təhsil müəssisələrində boş qalan qəbul yerlərindən danışarkən bildirdi.

"İkinci qrupda da müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayı ilə verilən boş plan yerlərinin sayı tamamilə fərqlidir. Subbakalavrların qəbul şansı daha çox olacaq. Çünki bir abituriyent qəbul olmadığı təqdirdə subbakalavrların qəbul olma imkanları daha da genişlənir, daha da çoxalır. Üçüncü qrupda da vəziyyət çox pisdir. Üçüncü qrupda plan yeri azdır, amma müsabiqə şərtini ödəyən abituriyentlərin sayı çoxdur. İllərdir Dövlət İmtahan Mərkəzinə təklif eləyirik. Dövlət İmtahan Mərkəzi birinci qəbul olan abituriyentlərin portal qeydiyyatından sonra boş qalan yerləri ikinci tura keçirsin. Elə abituriyentlər olur ki, yüksək balla xaricə qəbul olub, yüksək balla Azərbaycanda da yoxlayır. Hal-hazırda mənim bildiyim, tanıdığım abituriyentlər var. Məsələn, Naxçıvana tibbə qəbul olub, amma Naxçıvana getmək istəmir. Stomatologiyaya qəbul olub, getmək istəmir. Yaxud da başqa ixtisaslara qəbul olanlar olur. Xaricə də qəbul olduğuna görə, xaricdən qəbul gəldiyinə görə həmin ixtisasa getmir. O yer boş qalır".

Onun sözlərinə görə, hal-hazırda 600 bal toplayan 10 abituriyent var ki, ali təhsil müəssisəsinə qəbul ola bilməyib:

"Onlardan biri üçüncü qrupdur. Üçüncü qrup abituriyentin ikinci turda müraciət edə biləcəyi yalnız bir ixtisas var. Amma portal qeydiyyatından sonra boş qalan yerlər abituriyentlərin seçiminə buraxılarsa, həqiqətən uğurlu olacaq. Bu istiqamətdə Dövlət İmtahan Mərkəzi artıq müvafiq addım atmalıdır. Boş qalan yerlərin ümumi olaraq portal qeydiyyatından sonra verilməsi yüksək bal toplayan abituriyentlərin də rahatlıq, yaxşı bir yerə qəbul olmasına imkan yarada bilər. İnsandır, abituriyentdir, səhv, xəta edib. Yəni bu xətasının geri dönüşü üçün müəyyən qədər Dövlət İmtahan Mərkəzi də güzəştlər tətbiq eləməlidir. Bu güzəştin heç bir zərəri yoxdur. Keçid ballarında müəyyən dəyişiklik ola bilər. O da Dövlət İmtahan Mərkəzi ikinci turun keçid ballarındakı dəyişikliyi diqqətə almayacaq. Birinci turdakı keçid balları əsas sayılacaq".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Sentyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri