Icma.az
close
up
RU
“Təhsil haqları həddən artıq yüksəkdir” Ekspertdən nazirə sərt etiraz

“Təhsil haqları həddən artıq yüksəkdir” Ekspertdən nazirə sərt etiraz

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Mən nazir Emin Əmrullayevin Azərbaycanda təhsil haqlarının aşağı olması ilə bağlı səsləndirdiyi fikirlə razı deyiləm. Dünyanın elə ölkələri var ki, orada ali təhsil pulsuzdur. Bu o deməkdir ki, həmin ölkələrdə zəif mütəxəssislər yetişdirilir? Bu paradoksal fikirdir”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında sabiq deputat, professor Etibar Əliyev deyib. O bildirib ki, tələbələrin təhsil haqlarının 80 faizi müəllimlərin əməkhaqqına xərclənir:

“Azərbaycanda indiki təhsilin keyfiyyətinə görə təhsil haqları həddən artıq yüksəkdir. Məsələn, ali məktəblərin normal kampusu yoxdur. Əksər ali məktəblərdə yataqxanalar yoxdur. Yataqxana olmadığı üçün, tələbə valideynləri xeyli xərc çəkir. Kirayə haqları olduqca bahadır. Toyuqlu pizza

Bu mənada təhsil haqqını artırmaqla təhsilin keyfiyyətində heç bir ciddi dönüş yaratmaq mümkün deyil. Nazir bilməlidir ki, dünyanın əksər universitetləri tək tələbə köçürmələri ilə maliyyələşmir. Universitetlər layihələrdən, elmi tədqiqatlardan böyük gəlirlər əldə edirlər ki, bu gəlir tələbə ödənişlərindən 100 dəfə çox olur.

Bizim universitetlərimizin sənaye və digər təsisatlarla iş birliyi olmadığı üçün, hamı tələbələrin təhsil haqqına gözünü tikib. Tələbələrin təhsil haqlarının 80 faizi müəllimlərin əməkhaqqına xərclənir. Digər tərəfdən, dövlət sifarişi ilə təhsil alan tələbələrin sayında artımın olması çox yaxşı haldır. Ancaq dövlətin vəsaiti keyfiyyətli təhsilə xərclənməlidir. Lakin bu vəsait keyfiyyətli təhsilə xərclənmir.

“Təhsil haqqında” qanunun 42-ci maddəsinə görə, vətəndaş keyfiyyətsiz təhsilə görə məhkəməyə müraciət edə bilər. İndiyədək 1 nəfərin qanunun bu maddəsindən istifadə etdiyinin şahidi olmusunuzmu? Eyni zamanda məzunların işlə təminatı ilə bağlı çox ciddi problemlər var. Valideyn 1 tədris ilində külli miqdarda vəsait xərcləyir. Sonra isə övladı işsiz qalır. Bu, birmənalı olaraq, keyfiyyətsiz təhsillə bağlıdır”.

Ekspert əlavə edib ki, nazirin tələbə sayının azaldılması ilə bağlı səsləndirdiyi fikirlər təzad təşkil edir:

“Universitetlərin köçürülməsi prosesi təxminən 15-20 il bundan əvvəl həyata keçirilməli idi. Artıq bu proses böyük vəsait tələb edir. Məncə universitetlərin köçürülməsi prosesi baş tutmayacaq.

Nazirin digər fikri də olduqca paradoksal xarakter daşıyır. Deyir ki, bunun üçün tələbələrin sayını azaltmaq lazımdır. Bir nəfər soruşmur ki, 3-4 il bundan qabaq bəyan edirdiniz ki, tələbə sayını 75 minə çatdıracam. Bəli, son 2 tədris ilində tələbə sayını artırdılar. Tələbə sayını artırandan sonra gördülər ki, həm müəllim çatışmazlığı var, həm də keyfiyyətsiz mütəxəssislər yetişdirmək tendensiyası ortaya çıxıb. İndi də deyir ki, tələbələrin sayını azaltmaq lazımdır.

Dünya ölkələrində hər 100 min nəfərə düşən tələbə statistikası var. Azərbaycan bu statistikada aşağı pillələrdə dayanır. Bu gün özəl ali məktəblərin məzunları demək olar ki, əmək bazarında özlərinə uyğun iş tapa bilmirlər. Özəl ali məktəblərə ögey münasibət var. Bəzi qurumlar bu məsələdə müəyyən dərəcədə haqlıdır. Çünki onlar mövcud durumdan xəbərdardır.

Birdən-birə çox sayda tələbənin təhsil aldığı ali məktəblərdə tələbə sayını kəskin şəkildə necə azaltmaq olar? Tələbə sayı aşağı düşəndə təhsil haqları da azalacaq və bu müəllimlərin ixtisarına gətirib çıxaracaq. Təhsil sahəsi bu cür paradokslar içərisindədir”.

Qeyd edək ki,  Elm və təhsil naziri Emin Əmrullayev ötən gün yerli mətbuata verdiyi müsahibəsində bildirib ki, təhsil nə qədər ucuzdursa, keyfiyyətin təmin edilməsi bir o qədər çətinləşir:

“Azərbaycanda, nə qədər həssas səslənsə də, bir tələbənin təhsil haqqı digər ölkələrlə müqayisədə çox aşağıdır.  Əgər biz iki min manata kompüter mühəndisi hazırlamaq istəyiriksə, təbii ki, tələbə üçün bunun ucuz olması yaxşıdır. Amma təhsil nə qədər ucuzdursa, keyfiyyətin təmin edilməsi bir o qədər çətinləşir. Əgər ucuz və yüksək keyfiyyətli kadr hazırlığının universal üsulunu tapsaq, bütün dünya bizə müraciət edər.  Keyfiyyəti artırmaq üçün maliyyələşməni artırmağa məcburuq”.

Nazir həmçinin deyib ki, Bakıdakı universitetlərin regionlara köçürülməsi gündəmdə deyil. Bunun əvəzinə, paytaxt universitetlərində tələbə kontingentinin optimallaşdırılması, təhsil keyfiyyətinin yüksəldilməsi və regionlardakı ali təhsil müəssisələrinin gücləndirilməsi istiqamətində iş aparılır. Nazirin sözlərinə görə, məqsəd tələbələrin regionlarda təhsil almağa marağını artırmaq, ali təhsil imkanlarını ölkə üzrə daha balanslı bölüşdürmək və Bakıda yaranan sıxlığı azaltmaqdır.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 İyun 2026 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri