Icma.az
close
up
RU
Təhsil haqqı artırıldı: onlara güzəşt olunacaq Ekspret

Təhsil haqqı artırıldı: onlara güzəşt olunacaq Ekspret

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda bəzi universitetlərdə təhsil haqlarının artırılması xüsusilə yeni qəbul olan tələbələr və onların valideynləri arasında narazılığa səbəb olub. Artan təhsil haqları fonunda sosial həssas qruplara hansı güzəştlərin tətbiq oluna biləcəyi də gündəmə gəlir.

Bəs təhsil haqqının ödənilməsində kimlərə güzəşt edilə bilər?

Axar.az xəbər verir ki, Globalinfo.az-a danışan Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənlinin fikrincə, burada əsas məsələ yalnız təhsil haqqının artırılması deyil, artımın əsaslandırılması və tələbəyə təqdim olunan təhsilin həmin məbləğə adekvat olub-olmamasıdır:

“Universitet təhsil haqqını artırırsa, tələbə də haqlı olaraq soruşur ki, bu artımın qarşılığında təhsilin keyfiyyətində, müəllim heyətində, laboratoriyalarda, resurs və imkanlarda, təcrübə proqramlarında, karyera dəstəyində nə dəyişəcək? Güzəşt məsələsində isə sosial həssas qruplara xüsusi yanaşma vacibdir. Hazırda qanunvericiliyimizdə şəhid ailəsi üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, müəyyən əlillik kateqoriyalarına aid şəxslər, müharibə veteranları və digər sosial qruplar üçün təhsil haqqından azadolmalar nəzərdə tutulur”.

Əmrah Həsənli deyib ki, maddi çətinlik yaşayan tələbələr üçün təhsil təqaüdü mexanizmi də mühüm alternativdir:

“Amma universitetlərin daxili imkanları hesabına akademik göstəricilərə, sosial vəziyyətə, ailənin maddi durumuna görə əlavə endirimlər tətbiq etməsi də təşviq olunmalıdır. Məsələn, yüksək nəticə göstərən tələbəyə təqaüd, aztəminatlı ailədən olan tələbəyə sosial güzəşt, qardaş və bacılar eyni universitetdə təhsil alırsa, ailə güzəşti və ya təhsil haqqının hissə-hissə ödənilməsi kimi mexanizmlər tətbiq edilə bilər”.

Təhsil haqqının təhsil səviyyəsinə uyğunluğu məsələsinə gəldikdə isə, ekspert bildirib ki, bütün universitetlər haqqında eyni fikir söyləmək olmaz:

“Eyni məbləğdə təhsil haqqı ödəyən tələbələr eyni keyfiyyətdə təhsil almırsa, burada ciddi bir problem yaranır. Universitetlər təhsil haqqının formalaşmasına təsir edən amilləri daha şəffaf izah etməlidirlər. Tələbə bilməlidir ki, ödədiyi məbləğ hansı xidmətlərə, hansı akademik resurslara və hansı imkanlara yönəlir. Hesab edirəm ki, növbəti mərhələdə universitetlər üçün əsas meyar sadəcə “təhsil haqqını nə qədər artırmaq olar?” sualı yox, “artırılan təhsil haqqının qarşılığında biz tələbəyə hansı əlavə dəyəri təqdim edirik?” sualı olmalıdır. Təhsil haqqı artırılırsa, bunun tələbə üçün real və ölçülə bilən keyfiyyət artımı ilə müşayiət olunması da olduqca vacibdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://axar.az
archiveBu xəbər 29 Avqust 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri