Icma.az
close
up
RU
Təhsil İnstitutunun təşkilatçılığı ilə konfrans keçirilib

Təhsil İnstitutunun təşkilatçılığı ilə konfrans keçirilib

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dekabrın 9-da Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: təcrübələr və yeni yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mətbuat.az xəbər verir ki, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə açılış nitqi ilə çıxış edərək ümumi təhsildə keyfiyyətin artırılmasının dövlətin uzunmüddətli inkişaf strategiyasındakı mühüm rolundan danışıb. Nazir müavinin sözlərinə görə, məqsədyönlü və məntiqli şəkildə icra olunan islahatlar Azərbaycan təhsilini yeni və yüksək transformasiya mərhələsinə hazırlayıb. Görülən işlərin nəticəsində 1,3 milyondan çox şagirdin təlim və təhsil şəraiti yaxşılaşdırılıb. Eyni zamanda, son illərdə təhsil sistemi üçün vacib olan mühüm strategiyalar və dövlət proqramları qəbul olunub.

Konfransda London Universitet Kollecinin (UCL) Təhsil liderliyi və idarə edilməsi üzrə dosenti Devid Qodfrey “Peşəkar inkişaf və məktəb inkişafı üçün birgə öyrənmə” mövzusunda çıxış edib.

Təhsil İnstitutunun direktoru vəzifəsini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev isə “Metodik dəstək – keyfiyyətin yüksəldilməsi aləti kimi” mövzusunda təqdimatla çıxış edərək yeni metodik dəstək modelinin mahiyyəti və təhsil müəssisələrində metodik dəstək mexanizmlərinin gücləndirilməsinin əhəmiyyəti barədə danışıb.

Beynəlxalq ekspert, Məktəb İnspektorluqlarının Daimi Konfransının (SİCİ) inkişaf üzrə rəhbəri Erik De Bou isə “İnspeksiya prosesində aydın çərçivə və inkişafyönümlü ünsiyyətin məktəb fəaliyyətinin obyektiv dəyərləndirilməsinə və məktəb inkişafına verdiyi töhfə” mövzusunda məruzə təqdim edib. Növbəti məruzəçi məktəb inspeksiyasında akademik rəhbər - Aysel Əzimova “Azərbaycanda məktəb liderliyi praktikalarının formalaşmasında keyfiyyət monitorinqlərinin rolu “mövzusunda çıxış edib.Tədbir yerli və xarici məruzəçilərinin panel müzakirələri və vörkşoplarla davam edib.Tədbir çərçivəsində “Məktəblərdə keyfiyyət mədəniyyətinin formalaşdırılması” və “Məktəblərdə dayanıqlı və real inkişaf strategiyaları” adlı panel müzakirələr, “Məktəblərarası əməkdaşlıqda birgə öyrənmə və inkişaf yanaşmaları”, “Tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə milli qiymətləndirmə nəticələrindən istifadə” adlı vörkşoplar keçirilib. Vörkşoplarda iştirakçılar interaktiv tapşırıqlar vasitəsilə mövzular üzrə real yanaşmaları müzakirə etmək imkanı əldə ediblər.Vörkşop və seminar formatında təşkil olunan bu sessiyalarda iştirakçılar məktəblərarası əməkdaşlıqda birgə öyrənmə, inkişafyönümlü ünsiyyət və motivasiya, eləcə də milli qiymətləndirmə nəticələrindən istifadəyə dair praktik müzakirələr aparıblar. İştirakçılar interaktiv tapşırıqlar vasitəsilə mövzular üzrə real yanaşmaları müzakirə etmək imkanı əldə ediblər.

Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd ümumi təhsil sistemində keyfiyyətin artırılması istiqamətində həyata keçirilən islahatların, beynəlxalq təcrübələrin və yeni yanaşmaların müzakirəsi, həmçinin məktəb liderləri, inspektorlar və təhsil mütəxəssisləri arasında peşəkar dialoqun gücləndirilməsi olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 09 Dekabr 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri