Icma.az
close
up
RU
Təhsil İnstitutunun biabırçı olimpiadası 30 sualdan 9 u səhvdir

Təhsil İnstitutunun biabırçı olimpiadası 30 sualdan 9 u səhvdir

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Rəşid Əliyev,

Riyaziyyat elmləri doktoru, professir

İstedadlı gənclərin aşkarlanmasında fənn olimpiadalarının böyük rol oynadığını bilməyən yoxdur. Fənn olimpiadası qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu respublikamızda fənn olimpiadalarına necə böyük diqqət yetilirdiyinin bariz nümunəsidir. İnformatika və riyaziyyat fənləri üzrə Respublika Fənn Olimpiadası (RFO) qaliblərinin yüksək rəqabətli İT ixtisaslarına müsabiqədənkənar qəbulu isə bu fənlər üzrə keçirilən olimpiadaları daha da populyar edir.

Respublikamızda fənn olimpiadalarının təşkili Azərbaycan Respublikası Təhsil İnstitutuna (ARTİ) həvalə edilib. Bu tədris ilində də 8 fənn üzrə RFO-nın keçirilməsinə başlanılıb. 22, 28 və 29 dekabr 2024-cü il tarixlərində RFO rayon (şəhər) mərhələsi, 15, 16 və 23 fevral 2025-ci il tarixlərində isə RFO Respublika mərhələsinin yarımfinal turu keçirilib. 23 fevral 2025-ci il tarixdə ARTİ tərəfindən təşkil olunan riyaziyyat fənni üzrə RFO Respublika mərhələsinin yuxarı yaş qrupu üzrə yarımfinal turu isə tarıxə düşəcək qədər bərbad təşkil olunub. Belə ki, olimpiada iştirakçılarına təqdim olunan 30 tapşırıqdan 7-si (!!!) səhv, 2-si isə 2024-2025-ci tədris ili üçün Riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadalarının proqramına daxil edilməyən mövzulardan tərtib olunub. Deməli, 30 tapşırıqdan 9-u (!!!) səhvdir.

İndiyə qədər respublikamızda və dünyada keçirilmiş yüz minlərlə olimpiadanın yəqin ki, heç birində olimpiada iştirakçılarına bu qədər səhv tapşırıq verilməyib.

Təbriklər, ARTİ daha bir dünya rekordu qırdı. Müraciət olunsa yəqin ki, Ginnesin rekordlar kitabına düşər.

Əvvəlcə qeyd edim ki, olimpiadanın sual kitabçası ilə https://arti.edu.az/wp-content/uploads/2025/03/Riyaziyyat_Az_YYQ_2025.pdf linki, 2024-2025-ci tədris ili üçün Riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadalarının proqramı ilə https://arti.edu.az/wp-content/uploads/2024/01/RFO-Riyaziyyat-proqram.pdf linki vasitəsilə tanış ola bilərsiniz.

Adı çəkilən olimpiadada təqdim olunmuş səhv tapşırıqlara keçək:

1-ci tapşırıqda doğru cavab 4320-dir. Lakin cavab variantları arasında bu cavab yoxdur. 4-cü tapşırıqda üçbucağın itibucaqlı və korbucaqlı olmasından asılı olaraq, iki fərqli cavab var. 11-ci tapşırıqda nöqtələrin parça daxilində və xaricində götürülməsindən asılı olaraq, cavab çoxqiymətlidir. 13-cü tapşırıqda üç müxtəlif cavab var: 7, 11 və 82. 14-cü tapşırıqda sual düz qoyulmayıb. Belə ki, parametri sərbəstdirsə, onda verilən tənliyin dəyişəninə nəzərən sonsuz sayda tam həlli var. 17-ci tapşırıqda doğru cavab 369-dur. Lakin cavab variantları arasında bu cavab yoxdur. 28-ci tapşırığın şərtlərində əskikliklər var. Verilən şərtlər daxilində dostların görüşmə ehtimalını tapmaq olmaz. Çünki, dostların kafeyə gəlmə ehtimallarının necə paylandığı və dostların kafeyə mütləq 18.00 ilə 20.00 arasında gələcəkləri bilinmir. Bundan əlavə məsələ həndəsi ehtimal vasıtəsilə həll olunur ki, bu mövzu da 2024-2025-ci tədris ili üçün Riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadalarının proqramına daxil edilməyib. 2-ci və 5-ci tapşırıqlar Loqarifm mövzusundan istifadə edilməklə həll edilir. Loqarifm mövzusu isə 2024-2025-ci tədris ili üçün Riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadalarının proqramına daxil edilməyib.

Maraqlıdır ki, ARTİ tərəfindən təşkil olunan bu olimpiadalarda iştirakçıların apellyasiya hüququ da yoxdur. Görəsən, bu qədər səhv tapşırığın tərtib olunması və iştirakçıların apellyasiya hüququnun pozulmasında məqsəd nədir? Ümid edək ki, burada şəxsi mənafelər yoxdur.

Qeyd edim ki, çoxsaylı müraciətlərdən sonra Olimpiadanın Təşkilat Komitəsi 4 tapşırığın (1, 13, 14 və 17 nömrəli tapşırıqların) səhv olduğunu etiraf edərək, bu tapşırıqlar üzrə olimpiada iştirakçılarının hər birinin cavabını doğru qəbul edib. Hətta Təşkilat Komitəsinin qəbul etdiyi kimi 4 səhv tapşırığın olması belə (əslində isə onların sayı 9-dur) Olimpiadanın nə qədər bərbad təşkil olunduğunun göstəricisidir.

İndi isə bir qədər də 15, 16 fevral 2025-ci il tarixlərində ARTİ tərəfindən təşkil olunan informatika fənni üzrə RFO Respublika mərhələsinin aşağı və yuxarı yaş qrupları üzrə yarımfinal turlarından bəhs edək. Yuxarıda qeyd etdiyim kimi, informatika fənni üzrə RFO qaliblərinin yüksək rəqabətli İT ixtisaslarına müsabiqədənkənar qəbulu, həmçinin DİM tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanlarına informatika fənninin əlavə edilməsi respublikamızda informatika fənninə marağı xeyli artırıb. Bunun nəticəsidir ki, bu il informatika fənni üzrə RFO Respublika mərhələsinin yarımfinal turuna əvvəlki illərdən xeyli artıq sayda şagird vəsiqə qazanıb. Yarımfinal turuna vəsiqə qazanan şagirdlərin çoxluğu Təşkilat Komitəsini məcbur edib ki, əvvəlki illərdən fərqli olaraq builki Olimpiadaları daha çox sayda universitetdə təşkil etsinlər. Bu universitetlərin isə heç də hamısında kompüterlərin proqram təminatı uyğun tələblərə cavab verməyib. Belə ki, ADA Universiteti, BANM və BMU kimi universitetlərdə yüksək proqram təminatlı müasir kompüterlərdən istifadə olunsa da, məsələn, AzMİU kimi olimpiadanı ilk dəfə qəbul edən universitetlərdəki kompüterlərdə tələb olunan proqram təminatları olmayıb. Bu isə yarış və müsabiqələrin keçirilməsinin əlifbası olan bütün iştirakçılara bərabər şərait yaradılması müddəasının pozulmasına gətirib çıxarıb. Çoxsaylı müraciətlərdən sonra Təşkilat Komitəsi güzəştə gedərək aşağı yaş qrupu üzrə final mərhələsinə vəsiqə qazanan iştirakçıların sayını 2 dəfəyədək artırsa da, yuxarı yaş qrupu üzrə heç bir güzəşt tətbiq etməyib.

Bunlar isə onu göstərir ki, Riyaziyyat fənni və İnformatika fənni üzrə RFO Respublika mərhələsinin yuxarı yaş qrupu üzrə yarımfinal turunun nəticələri ləğv olunmalı, Olimpiada daha peşıkar və ədalətli şəkildə yenidən təşkil olunmalıdır.

P.S. 2024-cü ildə Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycan yığma komandası 75-ci yeri tutub. Bu, Azərbaycan yığma komandasının bütün dövrlərdəki ən zəif göstəricisidir. Səbəblər, məncə, hamıya aydın olur.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 Aprel 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri