Təhsil islahatlarının məqsədi cəzalandırmaq deyil, inkişaf etdirmək olmalıdır
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çox aktual və düşündürücü yazıdır. Təhsildə keyfiyyətin artırılması hər birimizin ortaq məqsədidir və bu istiqamətdə peşəkar olmayan müəllimlərin müəyyənləşdirilməsi vacibdir. Lakin eyni zamanda unutmamalıyıq ki, müəllim də insandır və onun peşəkar inkişafı yalnız imtahanla deyil, davamlı dəstək, təlim və ədalətli qiymətləndirmə ilə təmin olunmalıdır.Sertifikasiya prosesi təkcə nəticəyə hesablanmamalı, həm də həmin nəticəyə aparan yolun qanunauyğun, şəffaf və humanist olmasını təmin etməlidir. Əgər müəllim illərlə sistemli şəkildə inkişaf imkanlarından məhrum edilibsə, onu yalnız bir neçə saatlıq imtahanla qiymətləndirmək müəyyən suallar doğurur. Təhsil islahatlarının məqsədi cəzalandırmaq deyil, inkişaf etdirmək olmalıdır.Digər mühüm məsələ isə bütün proseslərdə qanunun aliliyinin və bərabər yanaşmanın təmin edilməsidir. Sertifikasiya da daxil olmaqla istənilən islahat şəffaf, obyektiv və hər kəs üçün eyni meyarlarla həyata keçirilməlidir. Müəllim özünü daim təzyiq altında deyil, dövlət tərəfindən dəstəklənən və dəyər verilən bir peşə sahibi kimi hiss etməlidir.Ümid edirəm ki, gələcək mərhələlərdə müəllimlərin peşəkar inkişafına daha çox investisiya qoyularaq, mentorluq sistemi gücləndiriləcək, psixoloji dəstək mexanizmləri genişləndiriləcək və qiymətləndirmə yalnız test nəticələri ilə deyil, müəllimin gündəlik fəaliyyəti, pedaqoji bacarığı və şagirdlərin inkişafına verdiyi töhfə əsasında aparılacaq.Təhsilin gələcəyi müəllimi qorxutmaqla deyil, onu gücləndirməklə qurulur. Güclü müəllim isə güclü məktəb, güclü məktəb isə güclü dövlət deməkdir
Bu mövzuda digər xəbərlər:“Sertifikasiya müəllimi cəzalandırmaq üçün deyil, inkişaf etdirmək üçündür” TƏHSİL EKSPERTİ
07 İyul 2026 16:52
“Məqsəd kimisə cəzalandırmaq deyil, təhsil sistemində keyfiyyəti artırmaqdır”
01 May 2026 18:22
“Ölkədə təhsil islahatlarının elmi təminatı yoxdur...” Ekspert
19 Dekabr 2024 18:55
Təhsil haqları aşağı olmalıdır Ekspert
24 İyul 2025 17:55
Emin Əmrullayev: PISA nəticələri təhsil islahatlarının qiymətləndirilməsi üçün vacibdir
08 Sentyabr 2026 12:15
Baxış sayı:97
Bu xəbər 03 İyul 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















