Emin Əmrullayev: PISA nəticələri təhsil islahatlarının qiymətləndirilməsi üçün vacibdir
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 8 sentyabr, AZƏRTAC
PISA nəticələri təhsil siyasətinin formalaşdırılması və həyata keçirilən islahatların nəticələrinin qiymətləndirilməsi baxımından mühüm göstəricidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri PISA 2025 - Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, PISA şagirdlərin bilik və bacarıqlarını tətbiq etmək imkanlarını obyektiv şəkildə ölçən beynəlxalq qiymətləndirmə vasitəsidir.
“PISA elə bir şkaladır, elə bir ölçüdür ki, vərdişlər, biliklər tətbiq olunubsa, hansı faktların olmasından asılı olmayaraq, bu, artıq kiminsə rəyi, kiminsə subyektiv fikrinə yol vermədən, rəqəmlər üzərində və təhlil olunmuş faktlar əsasında aparılır. PISA nəticələri dərin təhlil aparmaq, təhsil siyasətini araşdırmaq, yeni islahatları müəyyənləşdirmək, o cümlədən əvvəlki islahatların hansının necə işləməsi ilə bağlı nəticəyə gəlmək baxımından vacibdir”, - deyə nazir bildirib.
Emin Əmrullayev qeyd edib ki, təhsil siyasəti yalnız rəqəmlərə və statistik göstəricilərə əsaslanmamalı, eyni zamanda, müəyyən prinsiplər və qaydalar üzərində qurulmalıdır.
Müxbir – Nərmin Muradzadə
Fotoqraf – Orxan Kərimov
Videooperator – İlham Nadirov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 08 Sentyabr 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















