Təhsil millətin gələcəyini müəyyənləşdirən strateji istiqamətdir ŞƏRH
Icma.az bildirir, Ses qazeti portalına istinadən.
Biz gələcəyə aydın və mütərəqqi fikirlərlə baxmalıyıq. Bunu məktəb öyrədir. Bura dini inancların və atributların nümayiş etdirilməsi kimi məkan deyil. Öyrənmək, layiqli vətəndaş olmaq həm də dəyərlərimizin mütərəqqiliyinin yerini və rolunu dərk etməyin möhkəm əsasları da buradan başlayır. Lakin hicab örtüyü faktoru ilə yersiz müzakirə cəhdləri gənc nəslin arasında həm də çaşqınlıq yaratmaq məqsədi daşıyır. Təhsil dövlətin və millətin strateji düşüncə mənbəyidir. Onun həyata keçirilməsinə dair qaydalar qanunlarımızda əksini tam mənası ilə tapıb. Dini azadlıq və etiqad qaydaları da həmçinin aydın ifadə olunub.
Bunu da hamımız bilməliyik ki, Azərbaycanda təhsil hüquqi, demokratik və dünyəvi dövlətin tələb etdiyi qaydalar və normalarla davamlı şəkildə inkişaf edir. Təhsil verənlərin və təhsil alanların isə vahid geyimdə təmsil olunması onların cəmiyyətdə nümunə olmalarını, gələcəyin strateji qurucuları kimi yetişməklərini şərtləndirir. Bu da məlumdur ki, dini inanclarımıza da heç bir maneə yoxdur. Cəmiyyətimizdə onun mənəvi saflığımızdakı roluna həmişə önəm verilmişdir.
Sənan Həsənov
İctimai xadim, politoloq
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 13 Oktyabr 2026 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















