Icma.az
close
up
RU
Ölkənin rəqəmsal gələcəyini formalaşdıran strateji sənəd ŞƏRH

Ölkənin rəqəmsal gələcəyini formalaşdıran strateji sənəd ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə ölkənin rəqəmsal transformasiya mərhələsində mühüm hadisə kimi qiymətləndirilir. Müşavirədə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəqəmsallaşmanın dövlət idarəçiliyində, iqtisadiyyatın şaxələndirilməsində və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılmasında strateji rol oynadığını vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, müasir dövrdə rəqəmsal texnologiyalar yalnız texniki yenilik deyil, həm də idarəetmə fəlsəfəsinin yenilənməsidir. Dövlət qurumları arasında məlumat mübadiləsinin sürətləndirilməsi, vahid platformaların yaradılması və süni intellekt əsaslı həllərin tətbiqi şəffaflığın və operativliyin artırılmasına xidmət edəcək. Bu istiqamətdə vahid fəaliyyət planı bütün dövlət strukturlarının koordinasiyalı şəkildə fəaliyyət göstərməsini təmin etməlidir.

Dövlər başçısı çıxışıda kibertəhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetirib. Prezident İlham Əliyev bildirib ki, rəqəmsal infrastrukturun inkişafı ilə yanaşı, milli məlumat bazalarının qorunması və informasiya təhlükəsizliyinin gücləndirilməsi prioritet istiqamətlərdəndir. Bu məqsədlə yerli mütəxəssislərin hazırlanması, beynəlxalq təcrübənin öyrənilməsi və qabaqcıl texnologiyaların tətbiqi vacib hesab olunur.

Ölkə başçısı həmçinin rəqəmsal iqtisadiyyatın inkişafının qeyri-neft sektorunun genişlənməsinə töhfə verəcəyini vurğulayıb. Startap ekosisteminin gücləndirilməsi, innovasiya mərkəzlərinin yaradılması və gənclərin texnologiya sahəsinə cəlb olunması ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas tərkib hissəsidir. Prezidentin sözlərinə görə, rəqəmsal transformasiya Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin möhkəmlənməsinə də müsbət təsir göstərəcək.

Müşavirədə dövlət xidmətlərinin tam rəqəmsallaşdırılması, “ağıllı hökumət” modelinin tətbiqi və regionlarda rəqəmsal infrastrukturun genişləndirilməsi ilə bağlı konkret tapşırıqlar verilib. Qeyd olunub ki, vahid rəqəmsal arxitektura məlumatların təkrarlanmasının qarşısını alacaq, bürokratik maneələri azaldacaq və vətəndaş məmnunluğunu artıracaq.

Sonda Prezident İlham Əliyev vurğulayıb ki, rəqəmsal inkişaf yalnız texnoloji deyil, həm də institusional və kadr potensialının gücləndirilməsi ilə müşayiət olunmalıdır. Bu baxımdan dövlət qurumlarının məsuliyyəti, koordinasiyası və nəticəyönümlü fəaliyyəti əsas şərt kimi müəyyən edilib.

Beləliklə, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” vahid fəaliyyət planı ölkənin rəqəmsal gələcəyini formalaşdıran strateji sənəd kimi qiymətləndirilir və Azərbaycanın innovativ, çevik və şəffaf idarəetmə modelinə keçidində mühüm mərhələ hesab olunur.

Çingiz İbrahimov

YAP Göyçay rayon təşkilatının əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Fevral 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see433

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see351

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see319

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see317

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see306

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see305

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see305

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see298

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see287

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see278

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see277

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see266

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see262

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see256

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see256

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see247

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see247

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see244

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see235
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri