Təhsil müəssisələrində ilk dərs günü bu mövzuya həsr ediləcək
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Təhsil müəssisələrində ilk dərs günü “Konstitusiya və Suverenlik İli”nə həsr ediləcək.
Axar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planında öz əksini tapıb.
Tədbirlər Planında qeyd olunub ki, il ərzində yeniyetmələr və gənclər üçün olimpiadaların, müsabiqələrin, marafonların, debatların və təlimlərin keçirilməsi, “Zəfərin izi ilə” layihəsi çərçivəsində məktəblilərin, tələbələrin və könüllülərin işğaldan azad edilmiş ərazilərə səfərlərinin təşkili, təhsil müəssisələrində ilk dərs gününün “Konstitusiya və Suverenlik İli”nə həsr edilməsi, xüsusi dərslərin və mühazirələrin təşkili həyata keçirilsin.
Qeyd olunan tədbirlərin təşkili üçün icraçı orqanlar Prezident Administrasiyası, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Miqrasiya Xidməti, Gənclər Fondu, Medianın İnkişafı Agentliyi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri və Konstitusiya Məhkəməsi (tövsiyə olunur) müəyyən edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 11 Fevral 2025 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















