Icma.az
close
up
RU
“Təhsil Nazirliyinin bu yanaşması qadınlara ikinci dərəcəli insan kimi...”

“Təhsil Nazirliyinin bu yanaşması qadınlara ikinci dərəcəli insan kimi...”

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İki məsələ ilə bağlı Təhsil Nazirliyinindən açıqlama istəyirəm. Təhsil Nazirliyi çox qəribə və izahı çətin bir qərar qəbul edib: D. Deyl Karneginin (Donna Deyl Karnegi — Deyl Karneginin qızıdır) “Yeniyetmə qızlar: Dostları necə qazanmalı və insanlara necə təsir etməli” kitabının məktəb kitabxanalarına alınmasına qadağa qoyulub. Nazirlik yanında fəaliyyət göstərən hansısa komissiya (?) bu kitabı məqsədəuyğun hesab etməyib. Açığı, bu qərar mənə nəinki qəribə, hətta anti-insani və qızlara qarşı ədalətsiz bir addım kimi təsir etdi”. 

Adalet.az xəbər verir ki, bunu “Qanun” nəşriyyatının direktoru, naşir Şahbaz Xuduoğlu deyib. 

Onun sözlərinə görə, Karneginin əsərləri uzun illərdir ki, bütün dünyada insan münasibətlərini, sosial bacarıqları, yumşaq gücü və şəxsi inkişafı öyrədən əsas mənbələrdən biridir:

“Onun kitabları demək olar ki, bütün dillərə tərcümə olunub və geniş istifadə edilir. Mən əminəm ki, Təhsil Nazirliyində çalışan mütərəqqi insanlar da Karnegidən yararlanıblar. Bəs indi nə baş verdi? Bu qadağa niyə və hansı məntiqlə tətbiq olunur? Əgər kitab “yeniyetmə qızların” deyil, “oğlanların necə dost qazanması” haqqında olsaydı, yəqin ki, belə qadağa qoyulmazdı. Bu, Təhsil Nazirliyinin qadınlara ikinci dərəcəli insan kimi yanaşması görüntüsünü yaratmırmı? 

İkinci məsələ — Nəşriyyatlardan kitab alışı Dövlət büdcəsindən kitab adı ilə ən çox vəsait məhz Təhsil Nazirliyinə ayrılır. Amma mənim 35 illik naşirlik fəaliyyətim dövründə “Qanun” nəşriyyatından cəmi 15–20 adda kitab alınıb — o da yalnız Mikayıl Cabbarov dövründən sonra. Əvəllər “Qanun” nəşriyyatı hər il 400–500 adda kitab nəşr etsə də hər yerdə körməzdən gəliblər. Bəs məktəblərdə “məktəbdənkənar mütaliə” necə təşkil olunur? Şagirdlərə hansı kitablar təklif edilir? Bu siyahını kim və nə əsasında müəyyən edir? Eşitdiyimə görə, bu il Təhsil Nazirliyi 17 müxtəlif nəşriyyatdan kitab alır. Sual yaranır: - Bu nəşriyyatlar nə vaxt yaranıblar? - Onların hansı təcrübəsi və hansı yeni nəşrləri var? - Hansı əsasla “qəfil” siyahıya düşə biliblər?

Acı təcrübə göstərir ki, süni şəkildə yan nəşriyyatlar yaradılmaqla dövlət büdcəsindən vəsaitlərin silinməsi praktikası mövcuddur. Təhsil Nazirliyinə suallarım: 

1.Seçim kriteriyalarınız nədən ibarətdir? 
2.Meyyarlar hansı sənəddə təsbit olunub? 
3.Bizim nəşrlərin hansı standartlara uyğun gəlmədiyi barədə rəsmi açıqlamanız varmı? 
4.Niyə alqı-satqı prosedurları məxfi saxlanılır? 
5.Niyə şəffaflıq təmin edilmir? 
6.Kitablar haradan, hansı qiymətə, hansı tirajla alınır — niyə ictimaiyyət bunu bilmir? Mən Təhsil Nazirliyindən həm Karnegi kitabına qoyulan qadağa, həm də məktəb kitabxanaları üçün kitab seçimi ilə bağlı aydın, əsaslı və şəffaf açıqlama gözləyirəm. Bu iki məsələ — həm gender yanaşması, həm də dövlət vəsaitinin istifadəsi — cəmiyyətin birbaşa marağındadır”.

Vasif ƏLİHÜSEYN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://adalet.az
archiveBu xəbər 26 Noyabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri