Təhsil ocağında xatirə günü
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakının Binəqədi rayonundakı Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Respublika konfransı keçirilib. Tədbir BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsi ilə birlikdə təşkil edilib.
Məktəbin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Almaz Həsrət ümummilli lideri Heydər Əliyevin xatirəsinin həmişə hörmətlə yad edildiyini söyləyib. O qeyd edib ki, məhz Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin təməllərini qoyub, onun bu günlərə gəlib çatması üçün strateji uzaqgörənliklə çalışıb.
Daha sonra çıxış YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova və başqaları Ulu öndərin uzaqgörənliyi, onun layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyəti bu gün Azərbaycanı qalib dövlətə çevirdiyini bildiriblər.
BDU-nun kafedra müdiri Knyaz Aslan, dosentlər Rasim Süleymanov, Nailə Mehrəliyeva, BAYRAQDAR MEDİA-nın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət müvafiq mövzularda məruzələr ediblər.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 13 Dekabr 2024 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















