Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Təhsil proqramlarının məzmun və strukturu yenidən nəzərdən keçirilməlidir Professor

Təhsil proqramlarının məzmun və strukturu yenidən nəzərdən keçirilməlidir Professor

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Ali təhsil müəssisələrinin müəyyən qisminin regionlara köçürülməsi yalnız paytaxtdakı tıxacı tənzimləmək üçün və ya struktur dəyişikliyi üçün olmamalıdır. Bu prosesin strateji əhəmiyyəti vacibdir ki, tədris prosesi daha səmərəli təşkil edilsin və ixtisasa uyğun kadr hazırlanmasında birbaşa təcrübi əhəmiyyət daşısın, daha çevik, innovativ və cəmiyyətin real ehtiyaclarına cavab verən ali təhsil modelinin formalaşdırılması üçün mühüm fürsət kimi dəyərləndirilsin".

Bu fikirləri Redaktor.az-a açıqlamasında professor, filologiya elmləri doktoru Vüsalə Ağabəyli səsləndirdi. Onun fikrincə, universitetlərin regionlara köçürülməsi və ya regionlarda yeni ali təhsil müəssisələrinin yaradılması yalnız coğrafi yerləşmənin dəyişməsi ilə məhdudlaşmamalıdır, eyni zamanda təhsil proqramlarının məzmun və struktur baxımından yenidən nəzərdən keçirilməsini zəruri edən kompleks bir transformasiya prosesi kimi qiymətləndirilməlidir:

"Bu baxımdan, ali təhsil proqramlarında aparılacaq dəyişikliklər həm qlobal akademik tendensiyalar, həm də konkret regionların sosial-iqtisadi və mədəni xüsusiyyətləri əsasında formalaşdırılmalıdır. Təhsil proqramlarındakı dəyişikliklər isə, bildiyimiz kimi, beş ildən bir aparılır və mütləq şəkildə standartlara əsaslanır. Bu baxımdan, yenidən işlənməli olan təhsil proqramları müvafiq zamana uyğun əvvəlki illərin təhlili və ixtisas fənn blok istiqamətində yeni coğrafi əraziyə uyğun şəkildə yenidən gözdən keçirilməlidir".

Həmsöhbətimiz vurğuladı ki, hər bir regionun özünəməxsus iqtisadi profili, resurs bazası və inkişaf prioritetləri mövcuddur:

"Məsələn, aqrar potensialı yüksək olan bölgələrdə kənd təsərrüfatı texnologiyaları, aqrobiznes və davamlı kənd təsərrüfatı üzrə proqramların gücləndirilməsi, turizm imkanları geniş olan regionlarda isə turizm menecmenti, mədəni irsin qorunması və xidmət sektoruna yönəlik ixtisasların inkişafı məqsədəuyğun olardı. Bu yanaşma ali təhsilin əmək bazarı ilə inteqrasiyasını gücləndirməklə yanaşı, məzunların region daxilində əmək bazarına uyğun olaraq məşğulluq imkanlarını da artıra bilər. Digər mühüm istiqamət interdisiplinar və tətbiqyönümlü təhsil modelinin genişləndirilməsidir. Müasir dövrdə əmək bazarı yalnız nəzəri biliklərlə kifayətlənən deyil, müxtəlif sahələri əlaqələndirə bilən, problem həll etmə bacarıqlarına malik mütəxəssislərə ehtiyac duyur. Bu səbəbdən, təhsil proqramlarında layihə əsaslı öyrənmə "project-based learning", praktik təcrübə, startap yönümlü fəaliyyətlər və sənaye ilə əməkdaşlıq komponentləri daha geniş yer ala bilər. Bu da öz növbəsində, regionlarda yerləşən universitetlər üçün yerli müəssisələrlə birbaşa əməkdaşlıq imkanları bu baxımdan xüsusi üstünlük yaradır".

Vüsalə Ağabəylinin sözlərinə görə, rəqəmsallaşma və innovasiya komponentlərinin bütün ixtisas proqramlarına inteqrasiyası da vacib məsələdir:

"Süni intellekt artıq demək olar ki, hər bir sahədə bizimlə birgə addımlayır. Açıq-aydın müşahidə edirik ki, süni intellekt, məlumat analitikası, rəqəmsal iqtisadiyyat və texnoloji sahibkarlıq kimi sahələr artıq yalnız texniki ixtisaslarla məhdudlaşmır, humanitar və sosial elmlərdə də mühüm rol oynayır. Buna görə də, istənilən ixtisas üzrə təhsil alan tələbələrin rəqəmsal savadlılığının artırılması proqramların əsas prioritetlərindən biri olmalıdır. Eyni zamanda, regionlara köçürülən və ya yeni yaradılan universitetlərdə dil və mədəniyyət komponentlərinə xüsusi diqqət yetirilməsi də zəruridir. Xüsusilə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, xarici tələbələrin cəlb edilməsi və akademik mobilliyin artırılması üçün çoxdilli təhsil mühiti formalaşdırılmalıdır. Bu kontekstdə, həm ingilis dilində tədrisin genişləndirilməsi, həm də regionların mədəni irsini əks etdirən lokal komponentlərin təhsil proqramlarına daxil edilməsi balanslı yanaşma kimi də rol oynaya bilər. Düşünürəm ki, bu dəyişikliklərin ümumiləşdirilməsi üçün müvafiq ixtisaslar üzrə işçi qruplar və komissiyalar səmərəli fəaliyyət göstərəcək, seçmə fənlərin genişləndirilməsi, modul əsaslı proqramların tətbiqi və tələbəyönümlü təhsil modellərinin inkişafı tələbələrin fərdi maraq və karyera hədəflərinə uyğun inkişafına şərait yaradacaq".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Aprel 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see314

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see313

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see294

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see293

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see293

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see290

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see286

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see286

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see280

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see280

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see256

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see255

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see252

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see251

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see246

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see245

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see245

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see241

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see237

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri