Icma.az
close
up
RU
Elmikütləvi, mədənimaarif, təhsil proqramlarının hazırlanması

Elmikütləvi, mədənimaarif, təhsil proqramlarının hazırlanması

Icma.az, Manset portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Elmi-kütləvi, mədəni-maarif və təhsil proqramları ölkənin güclənməsi baxımından ən vacib faktorlardandır. İlk növbədə ona görə ki, həmin proqramlar inkişaf proqramları hesab olunur. Məhz buna görə də elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanmasına xüsusi diqqətin ayrılması başadüşüləndir. Bu baxımdan da təsadüfi deyil ki, digər inkişaf proqramları kimi, elmi-kütləvi, mədəni-maarif və təhsil proqramları da dövlətimizin daim diqqət mərkəzindədir.

Azərbaycanda elmi-kütləvi və mədəni-maarif proqramlarının hazırlanması və tətbiqi təhsilin və cəmiyyətin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə bu istiqamətdə bir sıra addımlar atılsa da, bu sahədə fəaliyyətlərin həm həcmi, həm də təsir dairəsi kifayət qədər geniş deyil.

Mövzu ilə bağlı Manset.az-a danışan Təhsil Eksperti Kamran Əsədov bildirir ki, elm və təhsil sahəsində inkişafı təşviq etmək üçün elmi-kütləvi proqramların hazırlanması və geniş ictimaiyyətə çatdırılması sistemli şəkildə həyata keçirilməlidir:

“Dünya təcrübəsinə nəzər saldıqda, bu sahədə ən uğurlu modellərdən biri Finlandiyada tətbiq olunur. Finlandiya təhsil sistemi yalnız məktəblərə fokuslanmır, həm də cəmiyyətdə elmi biliklərin və mədəni dəyərlərin yayılması üçün mədəni-maarif layihələr həyata keçirir. Məsələn, elmi muzeylərdə və kitabxanalarda interaktiv təhsil proqramları, açıq ictimai müzakirələr və seminarlar təşkil olunur. ABŞ-da isə mədəniyyət və təhsil proqramlarının inkişafı əsasən qeyri-kommersiya təşkilatları tərəfindən maliyyələşdirilir. Bu proqramlar əhalinin bütün təbəqələrinə yönəlib və müxtəlif mövzuları əhatə edir. Məsələn, Smithsonian İnstitutu ölkə daxilində elmi və mədəni maarifləndirmə işləri görür və milyonlarla insana təhsil resursları təqdim edir. İngiltərədə isə elmi-kütləvi proqramlar BBC kimi media qurumları vasitəsilə geniş auditoriyaya çatdırılır. Bu modellərdən Azərbaycanda da, xüsusən də mədəniyyət və elm sahələrinin inteqrasiyası baxımından istifadə edilə bilər, ”.

Kamran Əsədov hesab edir ki, Müasir mətbuat Azərbaycanda maarifləndirmə proqramlarının təbliğində mühüm rol oynaya bilər:

“Hazırda bəzi televiziya kanalları və onlayn platformalar elmi və təhsil mövzularına diqqət ayırsa da, bu sahədə sistemli fəaliyyət mövcud deyil. Mətbuatda təhsil və mədəniyyət məsələlərinin təbliği üçün daha mütəşəkkil yanaşma tələb olunur. Məsələn, müasir dövrdə sosial medianın təsiri böyükdür və maarifləndirici məzmunun sosial şəbəkələrdə yayımlanması gənclərə daha yaxşı çatdırıla bilər. Bununla yanaşı, təhsil kanallarının yaradılması və ya mövcud kanallarda maarifləndirici proqramların sayının artırılması məqsədəuyğun olardı. Dünya təcrübəsində bu yanaşmanın uğurlu nümunələri mövcuddur. Hindistanın Doordarshan kanalı və ABŞ-ın PBS kanalı maarifləndirmə və təhsili mətbuat vasitəsilə təşviq etməkdə nümunədir".

Təhsil eksperti Kamran Əsədov qeyd edir ki, işğaldan azad olunmuş ərazilərdə elmi-kütləvi maarifləndirmə proqramlarının tətbiqi xüsusi əhəmiyyət kəsb edir:

“Bu ərazilərdə məktəblərin bərpası, yeni təhsil mərkəzlərinin qurulması və əhalinin maarifləndirilməsi böyük önəm daşıyır. Hazırda bu sahədə müəyyən irəliləyişlər müşahidə olunur, lakin bu irəliləyişlərin daha təsirli və davamlı olması üçün əlavə səylərə ehtiyac var. Məsələn, Qarabağda elmi və mədəni mərkəzlərin yaradılması, bu bölgələrdə yaşayan gənclərin STEAM və digər innovativ proqramlarla tanış edilməsi vacibdir. Ümumilikdə, elmi-kütləvi və mədəni-maarif proqramlarının ölkəmizdə uğurlu həyata keçirilməsi üçün daha geniş koordinasiya, dövlət və qeyri-dövlət sektorlarının əməkdaşlığı, həmçinin dünya təcrübəsindən istifadə edilməlidir. Bu sahədə fəaliyyətlər yalnız paytaxtla məhdudlaşmamalı, regionlara və hətta ən ucqar kəndlərə qədər çatdırılmalıdır. Maarifləndirmə fəaliyyətlərinin həm məzmunu, həm də forması yerli ehtiyaclara uyğun şəkildə planlaşdırılmalı və həyata keçirilməlidir. Beləliklə, bu proqramlar həm təhsil sisteminin keyfiyyətini artırar, həm də cəmiyyətin ümumi maarifləndirmə səviyyəsini yüksəldər”.

GÜLÇİN ASLANLI

6.3.16. Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 23 Dekabr 2024 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri