Icma.az
close
up
RU
İnsan intellektini inkişaf etdirən təhsil sistemi yaratmaq zəruridir Professor

İnsan intellektini inkişaf etdirən təhsil sistemi yaratmaq zəruridir Professor

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ölkədə süni intellekt əsasında “robot repetitor” layihəsi hazırlanır. Bunu Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov bildirib. O qeyd edib ki, virtual müəllimlər vasitəsilə şagirdlər tarix, coğrafiya, riyaziyyat və digər fənləri interaktiv şəkildə öyrənə biləcəklər.

Layihə üçün lazımi məlumat bazasına çıxış əldə olunarsa, 7-8 aya istifadəyə verilə bilər. 

Məsələyə münasibət bildirən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə 525.az-a deyib ki, süni intellekt istəsək də-istəməsək də həyatımıza daxil olub. Hələ biz onun mahiyyətini tam dərinliyinə qədər dərk etməsək də, hər gün əldə etdiyimiz yeni-yeni məlumatlar, gördüyümüz hadisələr vasitəsi ilə süni intellekt öz “sirrlərini” bizə açır. Hələlik bir mənalı olaraq, onu deyə bilərik ki, süni intellekt həyatımıza sürətlə nüfuz edir və biz onun qarşısını ala bilmərik:

“Süni intellektin meydana gələsi bir tərəfdən insanları sevindirir, ikinci tərəfdən bir çox ixtisasların yox olması, yeni ixtisasların yaranacağı, süni intellektin bir sıra fəaliyyət sahələrində insanı əvəz edəcəyi və s. bu kimi fikirlər bir sıra insanları narahat edir. Dünyanın bütün dövrlərində qlobal əhəmiyyətli dəyişikliklər hər bir zaman həm sevindirici, həm də narahatçılıq hisslərinin formalaşmasınına səbəb olub. Məsələn, keçən əsrin 60 – çı illərində kompyutet texnologiyası kəşf olunanda onun fəaliyyət sahələrinin bir çoxunda insanı əvəz edəcəyi fikri insanlarda narahatçılıq yaratmışdı. Hətta həmin dövrdə kompyuterin müəllimi əvəz edəcəyi haqqında fərziyyələr də var idi. Amma zaman keçdi, kompyuter texnologiyaları hətta inkişaf etdi, amma insanı əvəz edə bilmədi, sadəcə olaraq onun fəaliyyətinin səmərəliliyini artırdı. Bütün dövrlərdə belə olub, insan yenilikləri dərk edə-edə, onu fəaliyyətlərin müxtəlif sahələrinə tətbiq edə-edə öz fəaliyyətinin səmərəsini də artırmışdı. Bu bir mənalı olaraq, belə olmuşdur. Amma süni intellekti əvvəlki dövrün kəşfləri nilə bərabərləşdirmək hesab edirəm ki, düzgün olmazdı. Əlbəttə, mən yenə o qənaətdəyəm ki, insan süni intellektə qalib gələ bilər və onun imkanlarından öz fəaliyyətinin səmərəsini artırmaq baxımından istifadə edə bilər. Amma əvvəlki dövrlərdə insanlar yeniliyi öyrənib  onu tətbiq edirdisə, süni intellekti öyrənmək üçün öz intellektini inkişaf etdirməlidir”. 

Hikmət Əlizadənin fikrincə, yeni kəşf süni intellekt ilə insan intellektinin mübarizəsi müstəvisində öz təsbitini tapacaqdır: “Mən insan intellektinin daha güclü olduğu qənaətindəyəm. Belə ki, birincisi, süni intellekt insan intellektinin məhsuludur. Bu o deməkdir ki, insan süni intellekti idarə etmək imkanına malikdir. İkincisi, süni intellektdən fərqli olaraq, insan ona qürur duymaq imkanı verən sosial intellektə malikdir. Əlbəttə, süni intellekt ilə insan intellektini fərqləndirən başqa səbəblər də vardır. Onları təsnif etmək məqsədinə malik deyilik, amma onu vurğulamaq istərdik ki, insanın süni intellektə qalib gəlməsinin yolu təhsildən keçir. Bunun üçün insan intellektini inkişaf etdirən təhsil sistemi yaratmaq zəruridir. Belə təhsil sistemi artıq bir çox ölkələrdə aprobasiyadan çıxarılıb. Əgər geri qalmaq istəmiriksə, qabaqcıl təcrübələrdən istifadə edərək yeni innovativ təhsil sistemi qurmaq zəruridir.  Maraqlıdfır ki, bu sistemdə süni intellektin yaratdığı imkanlardan yararlanmaq tələb olunur. Daha dəqiq ifadə etsək, süni intellektin yaratdığı imkanlarından istifadə edərək, ona qalib gəlmək olar. Bu gerçəklikdir. Artıq bu gerçəkliyin kiçik detalları həyatımıza daxil olub. Məsələn, biz hər hansı məlumatı yoxlamaq və ya hər hansı bir məsələ ilə bağlı yeni məlumat əldə etmək və bu kimi fəaliyyətlərlə bağlı süni intellektin kiçik imkanlarından istifadə edirik. Amma bunlar hələ süni intellekt demək deyil, onun ilkin təzahürləridir. Bu təzahürlər fərdi qaydada həyatımıza daxil olub, lakin onu vurğulamaq lazımdır ki, süni intellektin həyatımıza tətbiqi istiqamətində ləngiyirik”.

Sevinc Qarayeva
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Sentyabr 2025 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri