Icma.az
close
up
RU
Təhsil sistemində keyfiyyət: Suallar obyektiv meyarlara əsaslanmalıdır

Təhsil sistemində keyfiyyət: Suallar obyektiv meyarlara əsaslanmalıdır

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

“Biz uşaqlarımıza verdiyimiz sualları şəxsi maraqlara və təsadüfi yanaşmalara görə yox, obyektiv meyarlara əsaslanaraq hazırlamalıyıq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “2025-2026-cı tədris ili: Yeniliklər və hədəflər” adlı tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, bu, həm dərsliklərin keyfiyyətinin, həm də tədrisin məzmununun yüksəlməsi üçün vacibdir. “Məsələn, biologiya fənni üzrə Azərbaycan dilində dərsliklərin daha müasir və beynəlxalq standartlara uyğun hazırlanması üçün səlahiyyətli qurumlar müvafiq şərait yaratmalıdır”.

Nazir əlavə edib ki, mütəxəssislərin fikirlərinə qulaq asmaq, onların təkliflərinə önəm vermək və test tapşırıqlarını beynəlxalq standartlara uyğunlaşdırmaq təhsilin keyfiyyətinin artırılmasına kömək edəcək. “Hər bir sual yalnız bilik yoxlamamalı, həmçinin şagirdin düşünmə, analiz etmə və tətbiq bacarıqlarını da ölçməlidir”.

O bildirib ki, cəmiyyətdə formalaşan anlayış belə olmalıdır: biologiya və digər fənlər təsadüfi yanaşma ilə deyil, sistemli və davamlı inkişafla irəliləməlidir. Bu yanaşma həm müəllimlərin, həm də şagirdlərin motivasiyasını artıracaq.

“Eyni zamanda məktəbəqədər təhsildən başlayaraq bütün pillələrdə keyfiyyətin yüksəldilməsi, tədris saatlarının optimallaşdırılması və müasir standartlara uyğunlaşdırılması uzunmüddətli nəticələr verəcək. Əgər bu sahədə hər il 2–3% irəliləyiş əldə edilərsə, beş ildən sonra məktəbəqədər təhsildə 16%-dən yüksək nəticələrə nail olmaq mümkün olacaq. Ali təhsil müəssisələri, ictimaiyyət və mütəxəssislər birgə əməkdaşlıq edərək bu prosesləri dəstəkləməlidir. “Bu yanaşma həm milli dəyərlərin qorunmasına, həm də beynəlxalq standartlara uyğun keyfiyyətli təhsil sisteminin formalaşmasına zəmin yaradacaq”, – E.Əmrullayev vurğulayıb.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Sentyabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri