Icma.az
close
up
RU
Təhsildə etimad böhranı: Builki imtahan sualları əvvəlki illərlə müqayisədə daha çətin idi RƏY

Təhsildə etimad böhranı: Builki imtahan sualları əvvəlki illərlə müqayisədə daha çətin idi RƏY

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

İradlar on minlərlə abituriyenti əhatə edir ki, bu da problemin sistemli xarakter daşıdığını göstərir


2025-ci ildə keçirilmiş qəbul imtahanları ilə bağlı abituriyentlər və onların valideynləri tərəfindən geniş narazılıq müşahidə olunur. Əsas narazılıq test tapşırıqlarının əvvəlki illərlə müqayisədə daha mürəkkəb və çətin olması ilə əlaqədardır. Bir çox abituriyent imtahan suallarının yalnız bilik deyil, eyni zamanda fərqli məntiqi yanaşma və yüksək səviyyəli analiz qabiliyyəti tələb etdiyini bildirir. Bu isə xüsusilə orta səviyyəli hazırlığa malik şagirdlər üçün ciddi çətinliklər yaradıb. Valideynlər və müəllimlər də sualların çətinlik dərəcəsinin həddindən artıq olduğunu qeyd edərək, nəticələrin abituriyentlərin real bilik və bacarıqlarını tam əks etdirmədiyini vurğulayırlar. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu məsələ ilə bağlı çoxsaylı iradlar səsləndirilib. Bəzi ekspertlər testlərin məzmun və təqdimat formasının yenidən qiymətləndirilməsinin vacibliyini qeyd edirlər. Ümumilikdə, builki imtahanların abituriyentlər üçün əvvəlki illərlə müqayisədə daha stresli və qeyri-müəyyən şəraitdə keçdiyi bildirilir.


Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Sherg.az-a bildirib ki,  bu il keçirilmiş blok imtahanlarının birinci cəhdinə dair abituriyentlərin iradlarını tam əsaslı və haqlı hesab edir:


“Belə ki, təqdim olunan test tapşırıqları həddindən artıq mürəkkəb və qeyri-adi məntiqi yanaşmalar tələb edən suallardan ibarət idi. Testologiya üzrə mövcud prinsiplərə əsasən, testlərdə sualların çətinlik dərəcəsinə görə balans (sadə, orta və çətin) qorunmalıdır. Lakin bəzi hallarda sualların təqdimat forması bu balansı pozur və nəticədə abituriyentlərdə anlaşılmazlıqlar yaranır. Tək-tük fərdi narazılıqlardan fərqli olaraq, bu dəfə iradlar on minlərlə abituriyenti əhatə edir ki, bu da problemin sistemli xarakter daşıdığını göstərir. Mən Dövlət İmtahan Mərkəzinin indiyə qədər fəaliyyətini hər zaman şəffaf və peşəkar hesab etmişəm. Lakin builki imtahan suallarının çətinliyi əvvəlki illərlə müqayisədə daha yüksək olub ki, bu da obyektiv narahatlıqlara səbəb yaradıb. Bəzi ekspertlər bu vəziyyəti müəyyən məqsədli yanaşmalarla əlaqələndirməyə çalışsalar da, mən bu cür iddialardan uzağam. Bununla belə, sualların çətinlik dərəcəsi ilə bağlı əsas sual açıq qalır. Necə ola bilər ki, buraxılış imtahanlarında yüksək nəticə göstərmiş (məsələn, 200–250 bal toplamış) eyni abituriyentlər cəmi iki ay sonra keçirilən blok imtahanında 150 balı belə çətinliklə keçə bilirlər? Bütün bunların fonunda, valideynlərə çağırış etmək istəyirəm ki, zəif nəticələr göstərən abituriyentləri təzyiq altında saxlamaq, psixoloji təzyiq göstərmək yolverilməzdir. Bu nəticələr təkcə abituriyentin hazırlıq səviyyəsi ilə deyil, həm də sualların qeyri-adi çətinliyi ilə izah olunur. Valideynlərin bu vəziyyəti anlayışla qarşılaması və övladlarına dəstək göstərməsi mühüm əhəmiyyət kəsb edir. Böyük ehtimalla deyirəm ki, ikinci cəhd imtahanlarında təqdim olunacaq test tapşırıqları birinci mərhələyə nisbətən daha balanslaşdırılmış və nisbətən daha əlçatan olacaq. Əks halda, təhsil sistemində daha geniş miqyaslı narazılıq və etimad böhranı yaranması ehtimalı realdır. Bu isə imtahan nəticələri əsasında aparılacaq ixtisas seçiminə, keçid ballarına və plan yerlərinin bölgüsünə birbaşa təsir göstərə bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 İyun 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri