Icma.az
close
up
RU
Təhsildə həftəlik dərs saatları tətbiq edilə bilər AÇIQLAMA

Təhsildə həftəlik dərs saatları tətbiq edilə bilər AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Elm və təhsil naziri Emin Əmrullayev parlamentdə müzakirələr zamanı qeyd edib ki, tədris planlarında Azərbaycan dili üzrə dərs saatları artırılacaq. Nazirin bu açıqlaması ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Çoxları hesab edir ki, Azərbaycan dili dərslərinin artırılması şagirdlərin dili yaxşı mənimsəməsində, keyfiyyətin artırılmasında mühüm rol oynaya bilər.

Redaktor.az mövzu ilə bağlı "Master of Sciance" Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlu ilə müsahibəni təqdim edir:

- Azərbaycan dili üzrə dərs saatlarının artırılmasını necə qiymətləndirirsiniz?

- Azərbaycan dili dərs saatlarının artırılması müəyyən mənada müsbət addımdır, amma təkcə saat artırmaq öz-özlüyündə keyfiyyət artımı demək deyil. Bu qərarın effektli olması üçün məzmun, metodika və müəllim hazırlığına paralel şəkildə investisiya olunmalıdır.

- Dərs saatlarının artırılması niyə vacibdir?

- Dil bacarığı zaman tələb edir. Ana dili təkcə qrammatika deyil; oxu, yazı, diksiya, nitq mədəniyyəti, analiz bacarıqları var. Bunların inkişafı üçün əlavə saatlar həqiqətən imkan yarada bilər. Şagirdlərin nitq mədəniyyətində geriliyi var. Zəif söz ehtiyatı, fikir ifadəsində çətinlik, yazı mədəniyyətinin aşağı olması reallıqdır. Saat çoxluğu bu boşluğu, düşünürəm ki, qismən doldura bilər.

- Bəs saat artırmaq kifayət edirmi?

- Məncə, xeyr. Əgər dərslər eyni köhnə metodla keçiriləcəksə, əlavə saatlar sadəcə əlavə yük olacaq. Ona görə də dərslər keçirilərkən müasir, maraqlı, şagird yönümlü dərs metodları tətbiq olunsa, yazı və nitq məşğələləri prioritetləşsə, Azərbaycan dili müəllimlərinin peşəkar inkişafı gücləndirilsə, məncə fayda çox ola bilər. Bundan əlavə, dərsliklər yenilənməlidir; mətnlər şagird üçün aktual və cəlbedici olmalıdır. Şagirdlərə dili sevdirmək üçün layihə və debatlara yer ayrılmalıdır.

- Bu istiqamətdə ən effektiv model hansıdır?

- Az, amma keyfiyyətli mövzu olmalıdır. Məsələn, yazı, danışıq, təqdimat, daha sonra dövlət dilində yaradıcı yazı dərsləri artırılmalıdır. Kitab oxuma mədəniyyəti məktəbdə sistemli proqramlarla dəstəklənməlidir. Texnologiya ilə yanaşı inteqrasiya olunmalıdır, yəni interaktiv platforma, dil oyunları keçirilməlidir. Azərbaycan dilində media savadlığı dərsləri də daxil edilməlidir. Dərs saatlarının artırılması potensial olaraq yaxşı addımdır, amma real nəticə yalnız məzmunda və metodikada sistemli islahat olduqda mümkündür. Yoxsa, sadəcə rəqəm artırılacaq, nəticə isə əvvəlki kimi qalacaqsa, bu, effektli olmayacaq. Mənim yanaşmam fərqlidir. Məsələn, Azərbaycan dili fənni üçün ideal həftəlik dərs modeli necə ola bilər, 5-11-ci siniflər üçün bir nümunə deyim. Burada ümumi yanaşma bu ola bilər ki, şagirdlərin danışıq, yazı, oxu, dinləmə, nitq mədəniyyəti bacarıqları sistemli şəkildə inkişaf etdirilməlidir. Azərbaycan dili təkcə qrammatika fənni deyil; ünsiyyət dili və düşünmə aləti kimi tədris olunmalıdır. Fənni çətin və cansıxıcı yox, praktiki və yaradıcı hala gətirmək lazımdır.

- Həftəlik dərs saatları da ayrıla bilər?

- Düşünürəm ki, 5-6-cı siniflər üçün 5 saatlıq dərs ola bilər. Burada iki saat oxu və mətn analizinə yer ayırmaq olar. Bir saat qrammatika yönümlü olmalıdır. Bir saat yaradıcı yazı, bir saat da nitq mədəniyyəti və danışıq dərsi olmalıdır. 7-9-cu siniflərdə 4 saat eləmək olar: bir saat oxu və müzakirə, bir saat qrammatika və orfoqrafiya, bir saat analitik yazı və məktub, esse, bir saat da debat, təqdimat, danışıq bacarığı olmalıdır. 10-11-ci siniflərdə isə 3 saat kifayət edər: bir saat bədii və publisistik mətnlərin analizi, bir saat akademik yazı, esse, rəy, analitik mətn, bir saat da nitq mədəniyyəti, media savadlığı olmalıdır. Dərsin həm də sintez modeli olmalıdır.

- Sintez modeli nədir?

- Məncə, bunu dörd qrupa bölmək olar. Oxu və danışıq inteqrasiya olunmalıdır. Hər həftə bir mətn - bədii, publisistik və yaxud aktual sosial mövzu olmalıdır ki, oxu və danışıq inteqrasiya olunmuş olsun. Həmçinin, şagirdlər qruplara bölünərək müzakirələr aparılmalıdır; dildə sərbəst fikir ifadəsi və məntiq inkişaf eləməlidir. İkinci dərsin sintez modeli qrammatika və tətbiq birlikdə olmalıdır. Qrammatika ayrı-ayrılıqda, əzbər kimi yox; mətn üzərində olmalıdır: “Qaydanı öyrəndim, mətndə təqdim etdim, özüm yazıda işlətdim” prinsipi olmalıdır. Orfoqrafiya və durğu işarələri üçün kiçik tapşırıqlar olmalıdır. Üçüncü dərs sintez modeli yazı dərsləri olmalıdır. Həftədə bir yazı mütləq olmalıdır: qısa esse, təsvir, yazı, məktub, dialoq formasında və s. Hər yazı üçün müəllim struktur geri dönüş almalıdır. Ayda bir dəfə böyük yazı layihəsi olmalıdır.

Ən sonuncu dərsin sintez modeli nitq mədəniyyəti olmalıdır. Yəni diksiya, vurğu, natiqlik texnikası, hərəkətlə bir dəqiqəlik çıxış, kiçik debatlar, real həyat mövzuları, məktəb problemi, ictimai məsələ, sosial mövzu kimi məsələlərdə şagirdlər danışdırıla bilər. Həmçinin, dəstək mexanizmlər də olmalıdır. Texnologiyanın tətbiqi vacibdir; məsələn, interaktiv dil oyunları, qısa video analizi, onlayn test və yazı platformaları ola bilər. Sonra kitab oxuma mədəniyyəti formalaşdırılmalıdır, dəstək mexanizm kimi. Ayda bir kitab sinifdə oxunmalıdır ki, sinif onu müzakirə eləsin. Şagirdin marağına uyğun oxu listi olmalıdır.

Dərsliklərin yenilənməsi önəmlidir. Köhnə mətnlər əvəzlənməlidir; müasir Azərbaycan ədəbiyyatı və publisistikası daha çox yer almalıdır. Qrammatika bölmələri sadələşdirilməli, praktikləşdirilməlidir. Mən düşünürəm ki, bu model tətbiq olunsa, şagirdlər fikrini aydın, səlis və mədəni formada ifadə edəcəklər. Yazı bacarıqları güclənəcək; məsələn, esse, məktub yazma qabiliyyəti formalaşacaq. Ana dilində yaradıcılıq, məntiqi analiz, nitq inamı artacaq. Həmçinin, Azərbaycan dili müasir tələblərə uyğun bir fənnə çevrilə bilər.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Dekabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri