Icma.az
close
up
RU
Təhsilin əlçatanlığının təmin olunması vacibdir ŞƏRH EDİLDİ

Təhsilin əlçatanlığının təmin olunması vacibdir ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

“Artıq təhsil haqqında qanunda qeyd olunan istiqamətdə dəyişikliklər nəzərdə tutulub və hesab edirəm ki, təhsil haqqında qanunda təklif olunan bu dəyişiklik sosial ədalət və təhsilin inkulizivliyini artırmaq istiqamətində atılan strateşik addımdır. Bu islahatların həm təsirlərini, həm də hüquqi əhəmiyyətli bir neçə aspektlər vurğulamaq istəyirəm. İlk öncə təhsilin əlçatanlığının təmin olunması və təhsil imkanlarının genişləndirilməsi vacibdir". Bu sözləri SİA -ya açıqlamasında Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib.

Onun sözlərinə görə, burada maliyyələ maneələrinin aradan qaldırılmasına xüsusilə toxunmalıyıq: "Hesab edirəm sosial müdafiəyə ehtiyacı olan şəxslər, burada əlilliyi olan şəxslərdir, şəhid ailəsi üzvləridir, valideyn məhrum olan şəxsləri aid etmək olar. Burada təhsil haqqının çox olması, ali təhsilə keçən yolda əsas maneə hesab olunurdu. Bu dəyişiklik təhsilin ödənişsiz və yaxud ödənişli olmasından asılı olmayaraq yalnız bilik və bacarıqlarına görə rəqabət aparmasına şərait yaradacaq. Çünki əsas hədəfdə xüsusi ehtiyacı olan şəxslərin əmək bazarına inteqrasiyası məsələsi dayanıb. Bu da təbii ki, həmin şəxslərin keyfiyyətli təhsil almasından keçir. Və dövlət bu dəstəyi məhz sosial müdafiəyə xüsusi ehtiyacı olan qrupdan olan gənclərin ixtisaslı kadr kimi formalaşmasını şərtləndirəcək. Təhsil sistemində də bunun, sosial təsirləri vardır. Lakin təhsil haqqının dövlət tərəfindən ödənilməsi əslində, bu, heç də ödənişsiz təhsil almaq anlamına gəlmir. Çünki, bu ödənişi sadəcə olaraq universitetə dövlət ödəyəcəkdir. Dövləti bu ödənişləri qarşılaması ali təhsil müəssisələrinin büdcəsinə birbaşa vəsait daxil olmağını təmin edəcək. Bu, universitetlərin infrastrukturunun yenilənməsi, inkuliziv mühiti, təkmilləşməsi və başqa məsələləri özündə əks etdirəcəkdir. Xüsusi qrupda olan fiziki məhdudiyyətli şəxslərin binaya daxil olması, eyni zamanda onlar üçün auditoriyalarda əlavə şəraitlərin yaradılması və s. bunları təbii ki, stimullaşdıra bilər. Burada ən vacib məqamlardan biri ondan ibarətidir ki, sosial qrupların sayı artması, universitet daxilində akademik rəqabətin güclənməsi deməkdir. Bunun çox vacib təsirlərindən biri normativ hüquqi aktların zidiyyətini aradan qaldırılmasından irəli gəlir. Bu dəyişiklik qanunvericilikdə ki, bir neçə boşluğu, həm də o ziddiyyətli məqamları ortadan götürmüş olur. Vahid yanaşma artıq qanunvericilik səviyyəsində həlli tapmış olur. Bu qanuna dəyişiklikəyə qədər olan vəziyyət belədir. Fərqli kateqoriyalardan olan şəxslərin, burada məcburi köçkünlərdir, müharibə veteranlarıdır, əlilliyi olan şəxslərdir bura daxil etmək olar. Təhsil haqqı güzəştləri fərqli fərman və sərəncamlarla tənzimlənirdi. Amma indi bu təhsil haqqında qanuna dəyişiklik edilməsindən sonra bu fundamental dəyişiklik bütün kateqoriyaların vahid qanun çətiri altında toplayaraq hüquqi dayanıqlılığı təmin etmiş olacaq. Və qanun layihəsinə əlavə təhsil, burada ixtisas artırmadır, yenidən hazırlanma istisna edilməsi dövlət vəsaitlərinin daha səmərəli və hədəfli ilk növbədə baza, peşə və ali təhsilə yönəldilməsi təmin edilmiş olacaq.

Bu hüquqi baxımdan bir sualı cavablandırır. Hansı təhsil səviyyəsi dövlət öhdəliyidir. Artıq bu qanunla birmənalı olaraq məsələyə aydınlıq gətirilmiş oluruq. Eyni zamanda bilirik ki, hər kəsin çox vacib məqamdan biri də, Azərbaycan Respublikasının konstitusiyasında dövlət maddi və sosial vəziyyətdə asılı olmayaraq istedadlı şəxslərin təhsilinə zəmanət verir kimi bir maddə var. Məhz qanun çərçivəsində qeyd olunan sosial baxımdan həssas təbəqənin əhatə edən bu dəyişiklik bu konstitusiyanın normalarının icra mexanizmini artıq konkretləşdirmiş olur. Bu dəyişiklik sosial dövlət prinsipini gücləndirir. Çünki Dövlət Başçımız cənab İlham Əliyevin hər zaman gətirdiyi kimi Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır və Azərbaycan dövləti sosial dövlətdir. Yəni qayğıya ehtiyacı olan bütün insanların qayğılarını, dövlət qarşılayır və hesab edirəm ki, bu həm də təhsil sistemindəki bu maliyyə diskriminasiyasını minimallaşdırır və hər dəfə ayrı-ayrı sərəncamlarla, qərarlarla həll olunan məsələ artıq qanunvericilik səviyyəsində bu işlək mexanizmə çevrilir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Yanvar 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri