Icma.az
close
up
RU
Təhsilin İnkişafı Fondu Dünyagöz Xəstəxanası ilə əməkdaşlıq edəcək

Təhsilin İnkişafı Fondu Dünyagöz Xəstəxanası ilə əməkdaşlıq edəcək

Icma.az, Azertag portalına istinadən məlumat verir.

 Bakı, 5 sentyabr, AZƏRTAC

Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilən “TələbəPlus” kartı partnyor şəbəkəsini genişləndirməyə davam edir. Bu çərçivədə tələbələrə xüsusi endirimlər təqdim edən növbəti tərəfdaş Dünyagöz Xəstəxanası olub. Bununla bağlı Təhsilin İnkişafı Fondu və Dünyagöz Xəstəxanası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə AZƏRTAC-a fonddan məlumat verilib.

Müqaviləyə əsasən, “TələbəPlus” kartı istifadəçiləri lazer müayinəsi və analizlərdə 50 faiz, lazer əməliyyatlarında isə 20 faiz endirim əldə edəcəklər. Bundan əlavə, tələbələrin birinci dərəcəli qohumları üçün də güzəştlər nəzərdə tutulub. Belə ki, müayinə və analizlərdə 30 faiz, əməliyyatlarda isə 20 faiz endirim tətbiq olunacaq.

İmzalanma mərasimində çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bildirib ki, “TələbəPlus” kartının məqsədi tələbələrin gündəlik ehtiyaclarına dəstək olmaq, onların daha sərfəli və əlçatan xidmətlərdən yararlanmasına şərait yaratmaqdır. O, Dünyagöz Xəstəxanası ilə əməkdaşlığın tələbələrin sağlamlıq imkanlarını genişləndirdiyini xüsusi vurğulayıb.

Dünyagöz Xəstəxanasının icraçı direktoru Mahmut Hazıroğlu qeyd edib ki, tələbələrin sağlamlığına dəstək vermək və onların tibbi xidmətlərdən daha əlverişli şərtlərlə yararlanmasına imkan yaratmaq xəstəxana üçün önəmli sosial məsuliyyət addımıdır.

Sonda fondun nümayəndələri üçün xəstəxananın fəaliyyəti ilə bağlı infotur təşkil olunub.

Eyni anda bir neçə funksiyanı yerinə yetirən “TələbəPlus” kartı artıq 24 ali təhsil müəssisəsində təhsil alan 190 mindən çox tələbəyə təqdim edilib. Kart universitetə giriş-çıxış, təqaüd və debet bank kartı kimi istifadə ilə yanaşı, tələbələrə endirim və keşbek imkanları da təklif edir. Layihəyə 400-dən çox yerli və xarici partnyor qoşulub. “TələbəPlus” kartı sahiblərinə tədris müəssisələri, restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazaları, tibb müəssisələri, əyləncə və s. məkanlarda müəyyən güzəştlər təqdim edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri