Icma.az
close
up
RU
Təhsilin İnkişafı Fondu ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Təhsilin İnkişafı Fondu ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 3 sentyabr, AZƏRTAC

Sentyabrın 3-də Təhsilin İnkişafı Fondu ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı ilə tədbir keçirilib. Görüşdə dövlət-özəl əməkdaşlığının genişləndirilməsi, eləcə də təhsil və gənclərin inkişafı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Fonddan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Texniki Universitetinin nəzdində yerləşən Davamlı İnkişaf Mərkəzində keçirilən tədbirdə İCMA-ya üzv şirkətlər və “Marsol Group”a daxil olan şirkətlərin nümayəndələri də iştirak ediblər.

Tədbirdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov sahibkarlıq subyektləri ilə əməkdaşlığın təhsil sektoruna gətirəcəyi faydalardan, dövlət-özəl tərəfdaşlığının əhəmiyyətindən söz açıb. O vurğulayıb ki, belə tərəfdaşlıq yeni imkanların yaradılmasına və təhsilin əmək bazarının tələblərinə uyğun inkişafına xidmət edəcək.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev çıxışında universitetlər və özəl sektor arasında qurulan əlaqələrin təhsil prosesinin keyfiyyətinin artırılmasındakı rolundan danışıb. Rektor bildirib ki, müasir dövrdə əməkdaşlıq platformaları tələbələrin daha hazırlıqlı kadr kimi formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır.

Ardınca İCMA-nın İdarə Heyətinin sədri və “Marsol Group”un təsisçisi Tural Mustafayev çıxış edərək özəl sektorun təhsilə dəstəyinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, iş dünyasının təhsil müəssisələri ilə qurduğu əlaqələr həm tələbələr, həm də sahibkarlar üçün olduqca vacibdir.

Görüş çərçivəsində Fondun ümumi fəaliyyət istiqamətləri, xüsusilə TələbəPlus kartı və Qarabağ Təqaüd Proqramı barədə təqdimatlar keçirilib. Keçirilən təşəbbüslərin tələbələrin sosial rifahına və təhsil imkanlarının genişlənməsinə töhfə verəcəyi bildirilib.

Tədbirdə Təhsilin İnkişafı Fondu ilə İCMA arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd tərəflər arasında birgə layihələrin icrasını, tələbələrin dəstəklənməsi və təhsildə innovativ yanaşmaların təşviqini nəzərdə tutur.

İmzalanma mərasimindən sonra tədbir iştirakçıları qarşılıqlı fikir mübadiləsi aparıblar.

Sonda iştirakçılar üçün IT təhsil layihəsi olan “Peerstack Academy”, eləcə də Kitabxana İnformasiya Mərkəzinə infotur təşkil olunub. Qonaqlar akademiya və kitabxananın fəaliyyəti, tətbiq olunan müasir metodlar və tələbələr üçün təqdim edilən imkanlar barədə məlumatlandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri