Icma.az
close
up
RU
Zirə sensasiyaya imkan vermədi

Zirə sensasiyaya imkan vermədi

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kəpəz (Gəncə) - Zirə 0:2 (0:0)
33. Yusif İmanov - 6,0
17. Ümid Səmədov - 5,5
29. Dioqo Verdaska (k) - 5,5
38. Cefferson Bentu - 5,5
27. Məqsəd İsayev - 5,0
(77. Fərid Nəbiyev, 64) - 5,0
5. Rauf Hüseynli - 5,5
10. Ryonosuke Ohori - 5,5
(20. Elcan Əbilov, 83) - qiymətsiz
24. Olavale Onanuqa - 5,5
(99. Əli Səmədov, 83) - qiymətsiz
88. Şakir Seyidov - 5,5
7. Ehtiram Şahverdiyev - 5,0
(14. Adama Fofana, 64) - 5,0
53. Şahmar Aşurov - 5,0
(55. Kresus Donqo, 68) - 5,0
Ehtiyat oyunçular
81. Elgün Bayramov
23. Fərid Kələntərov
66. Arzu Atakişiyev
6. Pedro Qomeş
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Yusif İmanov
97. Tyaqo Silva - 5,5
25. Enrike Kustodio - 5,5
4. Ruan Renato (k) - 6,0
26. Stefan Aka - 5,5
14. Elçin Əlicanov - 5,5
17. Ayron Qomis - 5,5
8. İsmayıl İbrahimli - 5,5
(20. İssa Cibrila, 58) - 7,5
11. Junior Martins - 6,0
(5. Ange Mutsinzi, 90) - qiymətsiz
29. Ceyhun Nuriyev - 5,0
(93. Brahim Konate, 58) - 6,5
10. Georgi Papunaşvili - 5,5
(30. Rikardo Martins, 71) - 5,0
28. Leroy Mikels - 7,0
(77. Yeqor Boqomolski, 71) - 5,5
Ehtiyat oyunçular
13. Aydın Bayramov
41. Anar Nəzirov
70. Namik Ələskərov
21. Hacıağa Hacılı
7. Rövlan Muradov
16. Fuad Bayramov
6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: İssa Cibrila
Qollar: L.Mikels, 62 (0:1, İ.Cibrila). İ.Cibrila, 84 (0:2, B.Konate).
Vərəqələr: R.Hüseynli, 57 (qeyri-idman hərəkəti). A.Qomis, 90+4 (qeyri-idman hərəkəti). O.Onanuqa, oyundan sonra (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir), Akif Əmirəli, Teymur Teymurov, İslam Məmmədov (hamısı Bakı).
VAR hakimi: Rəvan Həmzəzadə (Şəki).
VAR hakiminin köməkçisi: Cəmil Quliyev (Bakı).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
28 noyabr. Yevlax. Şəhər stadionu. 1000 tamaşaçı (6000 yerlik).
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Bir tərəfdə elitada qalmaq uğrunda mübarizə aparan, ötən həftə "Karvan-Yevlax" üzərində qazandığı qələbə sayəsində sonuncu sıradan 10-cu pilləyə yüksələn "Kəpəz", digər tərəfdə mövsümə ölkəmizi Avropada təmsil etmək məqsədilə start verən, qalib gələcəyi təqdirdə 2-ci pilləyə yüksələcək "Zirə" var idi.

Əvvəlcədən proqnozlaşdırıldığı kimi, “qartallar” qələbə istəyinə çatdı. “Doğma divarlar” arasında "Neftçi" ilə heç-heçə edən "Turan Tovuz" isə qəsəbə təmsilçisinə "yardım etdi". Bununla Rəşad Sadıqovun komandasının 13-cü turu "Qarabağ"dan bir addım geridə tamamlayacağı dəqiqləşdi. Amma necə?
Etiraf edək ki, "Zirə" bu matçda özünə bənzəmədi. Xüsusən 1-ci hissədə. Təsəvvür edin ki, ilk təhlükəli vəziyyəti 31-ci dəqiqədə izlədik. Cərimə meydançasının həndəvərindən bəxtini sınayan Mikels qeyri-dəqiq oynadı. Bir qədər sonra Ceyhun komanda yoldaşının səhvini təkrarladı. Papunaşvilinin 45-ci dəqiqəyə təsadüf edən zərbəsini isə Yusif dəf etdi. "Kəpəz" ilk yarıda rəqib üçün ciddi təhlükə yaratmadı - bütün gücünü müdafiə olunmağa sərf etdi. Xoşbəxtlikdən - Bakıdan Yevlaxacan təxminən 270 km məsafə qət edən reportyor üçün cansıxıcı futbol izləmək həqiqətən bədbəxtlikdi - ikinci yarı bir qədər maraqlı keçdi. Nəhayət, 52-ci dəqiqədə irəli atılan "sarı-göylər" Silvanı narahat etdi. Şahmarın uzaqdan zərbəsini zərərsizləşdirmək portuqaliyalı üçün çətin olmadı. Hesab 62-ci dəqiqədə açıldı. Buna Enrikenin cərimə meydançasına göndərdiyi topu qəbul edən Cibrilanın Mikelsə ötürməsi, sonuncunun möhtəşəm "qayçı" zərbəsiylə fərqlənməsi səbəb oldu. Əslində "Kəpəz" dərhal buraxılan qolun əvəzini çıxa bilərdi. Lakin həlledici məqamda dəqiq oynamayan Ohori gəncəliləri üzdü. Matçda son nöqtəni Cibrila qoydu. Daha doğrusu, topu cərimə meydançasının ətrafında Fəriddən oğurlayan Boqomolski Konateyə, o isə nigeriyalıya çatdırdı. Belədə bəxtini sınayan müdafiəçi 84-cü dəqiqədə komandasını sevindirdi.
Gözdən qaçmadı
// Eldəniz Musayev azarkeşlərin qeyri-etik davranışını qeydə alıbsa, hər iki klub böyük məbləğdə cərimələnəcək. Ona görə ki, həm "Kəpəz"in, həm də "Zirə"nin tərəfdarları rəqib komandanın ünvanına təhqiramiz ifadələr səsləndirdi. Gəncəli azarkeşlər həm də Rəşad Əhmədovu söydü. Onların ədalət təmsilçisiylə bağlı ən yumşaq ifadəsi "Rəşad, gəl sənə dərs keçək!" oldu. O başqa məsələ ki, "fit sahibi"nin qərarları Rəşad Sadıqovu da qane etmədi. Mütəxəssis dəfələrlə hakimə sözlə təzyiq göstərdi.
// Oyunsonrası mətbuat konfransı hər halından konfrans otağı olmadığı bilinən otaqda keçirildi. Media sektorunda PFL-in Əsasnaməsinin ziddinə azı 20 oturacaq da yox idi. Ümumiyyətlə, Yevlax stadionunda görüləcək hələ çox iş var.
// Matçdan sonra Qomislə Onanuqa arasında gərginlik yarandı. Rəşad Sadıqov futbolçusunu, “Kəpəz”in oyunçuları isə komanda yoldaşını sakitləşdirdi.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Noyabr 2025 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri