Icma.az
close
up
RU
Təhsillə bağlı maliyyə məsələləri gələcəkdə elə tənzimlənməlidir ki, çətinliklər yaranmasın RƏY

Təhsillə bağlı maliyyə məsələləri gələcəkdə elə tənzimlənməlidir ki, çətinliklər yaranmasın RƏY

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması və təkmilləşdirilməsi ölkəmizin təhsil siyasətinin əsas predmetidir. Son illər Azərbaycanda təhsil proqramlarının hazırlanması istiqamətində mühüm işlərin icrası prosesi intensivləşdirilib. Məhz bunun bariz nümunəsi Təhsil Tələbə Kredit Fondunun (TTKF) indiyədək kredit götürən və təhsilini uğurla başa vuran məzunlara bağışladığı vəsaitin həcminin 433 min manatı ötməsidir. 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Kamran Əsədov deyib ki, Təhsil Tələbə Krediti Fondunun (TTKF) indiyədək kredit götürən və təhsillərini uğurla başa vuran məzunların 433.000 AZN məbləğində ödənişini bağışlamasının əsas səbəbi akademik göstəricilərini yüksək səviyyədə qoruyan və təhsil həyatında müvəffəqiyyət qazanan tələbələri təşviq etməkdir. 

Ekspert bildirib ki, bu həm təhsil sisteminin keyfiyyətinin yüksəldilməsinə, həm də sosial ədalətin təmin edilməsinə yönəlmiş bir təşəbbüsdür: “Fond ona görə bağışlayıb ki, qaydalarda da göstərilib, oxuduğu müddətdə qiymətləri 91 baldan yüksək olanlara götürdükləri təhsil haqqı krediti bağışlanır. Yəni o adamlara bağışlanıb ki, onlar çox yaxşı oxuyublar, əlaçı olublar. TTKF-nin bağışlama siyasəti təhsildə mükəmməllik prinsipinə əsaslanır. Yəni kreditlə təhsil almaq imkanı əldə edən tələbələrdən yüksək akademik nailiyyətlər əldə edənlər xüsusi təşviq olunurlar. Təhsil prosesində göstərilən səy və fədakarlıq maliyyə yükünün bir hissəsinin üzərindən götürülməsi ilə mükafatlandırılır. Bu yanaşma tələbələri motivasiya etməklə yanaşı, onların təhsil müddətində daha məsuliyyətli və məqsədyönlü olmalarına səbəb olur. Fondun əsas məqsədi, ölkədə təhsil imkanlarını genişləndirmək və maliyyə çətinlikləri səbəbindən təhsil almaqda çətinlik çəkən tələbələr üçün dəstək yaratmaqdır. Kreditlərin bağışlanması isə yalnız maliyyə yardımı deyil, həm də tələbələrin gələcək həyatlarına olan inamını artırmaq üçün simvolik bir jestdir. Bu addım yüksək nəticələr göstərən tələbələrin gələcəkdə daha rahat şəkildə karyera qurmasına imkan yaradır. Sosial ədalət və bərabər imkan prinsiplərini rəhbər tutaraq həyata keçirilən bu təşəbbüs təhsilin əlçatanlığını artırmaq məqsədini güdür. Kredit borcunun bağışlanması ilə tələbələr təhsil sonrası maliyyə yükündən azad edilir və bu, onların iş həyatına daha güclü şəkildə başlamasına şərait yaradır. Bu da cəmiyyətə uzunmüddətli müsbət təsir göstərir, çünki yüksək təhsilli və motivasiyalı məzunlar əmək bazarının inkişafında mühüm rol oynayırlar. Nəticə etibarilə, Təhsil Tələbə Kredit Fondu tərəfindən kreditlərin bağışlanması yalnız tələbələrə deyil, ümumilikdə, cəmiyyətə də faydalıdır. Bu yanaşma təhsildə müvəffəqiyyətin təşviq edilməsinə, sosial məsuliyyətin gücləndirilməsinə və iqtisadi inkişafın dəstəklənməsinə xidmət edir. TTKF-nin bu siyasəti, təhsilin yalnız fərdlərin deyil, həm də bütöv cəmiyyətin inkişafı üçün əsas rol oynadığı anlayışına əsaslanır”. 

Təhsil eksperti Səbuhi Abdullayev də deyib ki, TTKF-nin addımı böyük təşəbbüsdür: 

“Təhsil Tələbə Kredit Fondu yaradılan zaman aydın məsələ idi ki, məqsəd bu kimi kreditlərin uzun müddətli, eyni zamanda güzəştli şərtlərlə verilməsi, tələbələrimizin təhsil almasının əlçatan olmasıdır. Əlaçı oxuyan tələbələrə güzəştlər olunması və digər məsələlər təşviqə yönəlib ki, onlar maliyyə məsələlərinə görə təhsillərini yarımçıq saxlamasınlar və ya sonlandırmasınlar. Bu, təhsilimizə verilən böyük dəyərdir və bağışlanan məbləğ təhsilli gənclərimiz sayəsində dövlətimizə yaxşı mənada qat-qat geri qayıdacaq. Dövlət hesabına təhsil alanların sayının artırılması dövlətin təhsil sisteminin əsas predmetlərindən biri olmalıdır. Təhsillə bağlı maliyyə məsələləri gələcəkdə elə tənzimlənməlidir ki, çətinliklər yaranmasın. Azərbaycan COP29-a ev sahibliyi etməklə ekologiyanın təmiz saxlanılması, dünyaya inteqrasiya baxımından nümunə ölkə olduğunu göstərdi. Təhsillə bağlı nümunə göstərmək, bir neçə lahiyə həyata keçirmək lazımdır. Birincisi, yaşıl kitabxana layihəsi ən yaxşı mənada yaşıllığın qorunmasını təşviq edən sahədir. Yaşıl kitabxanalar xüsusi ləvazimatlar, ekoloji standartlara cavab verən təbii məhsullardan hazırlanır. Həm orta, həm də ali təhsil müəssisələrində pilot layihə ilə yoxlamaq şərtilə bütün dərs vəsaitlərinin elektronlaşdırılması kağız, qələm itkilərinin aradan qaldırılmasına kömək ola bilər. Bununla COP29 ərəfəsində Azərbaycan dünyaya nümunə sərgiləyə bilər. Sıfır kağızla, yaşıllığın məhv edilməsinin qarşısını almaqla təhsil almaq mümkündür”. 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusu üzrə dərc olunub. 

Aytəkin Qardaşova 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://pravda.az
archiveBu xəbər 30 Noyabr 2024 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see172

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see133

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see130

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see130

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see126

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see124

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see124

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see122

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see117

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see116

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see116

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see115

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see113

Niyə şorba ikinci gün daha dadlı olur? CAVAB

01 İyun 2025 13:21see113

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see113

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see113

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see113

Azərbaycan özündən 4 dəfə balaca Antalyadan geridə qalır: Niyə? İqtisadçı

01 İyun 2025 08:02see112

Rusiya və Ukraynanı bir araya gətirmək üçün... Ərdoğan

31 May 2025 22:59see112

Ağ Ev: ABŞ İrana nüvə proqramı ilə bağlı “məqbul təklif” təqdim edib

01 İyun 2025 07:07see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri