Icma.az
close
up
RU
Tək tək siqaret satanlarla bağlı ciddi tədbir görülməlidir Ekspert

Tək tək siqaret satanlarla bağlı ciddi tədbir görülməlidir Ekspert

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“ABŞ-də böyüklər arasında siqaret çəkmə səviyyəsi tarixi minimuma enib. Belə ki, ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) tərəfindən aparılan sorğunun nəticələrinə görə, 2025-ci ildə yetkin amerikalıların yalnız doqquz faizi özünü siqaret çəkən kimi təqdim edib.

Məsələylə bağlı Adalet.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, illər öncə Azərbaycanda tütün və tütün məmulatları haqqında qanun qəbul edilib və sonra siqaretin məhdudlaşdırılması barədə bu qanunda dəyişikliklər aparılıb.

O, deyib ki, lakin buna baxmayaraq o əhəmiyyətli məhdudiyyətlər yerinə yetirilmir:

“Məsələn, qanunda siqaretlərin tək-tək satışı qadağandır. Amma biz görürük ki, siqaret satılır. Təhsil və sağlamlıq müəssisələrinin yaxınlığında siqaret satışı qadağan olsa da, buna qətiyyət riayət edən yoxdur, siqaret satırlar. Reklam haqqında qanunda tütün məmulatlarının reklamı qadağandır, lakin mağazalara girəndə bizi ilk olaraq siqaret stendləri qarşılayır. Sanki reklam haqqında qanunda bir boşluq qoyurlar. Siqaretlər açıq şəkildə satılır. Ən azından Rusiya təcrübəsini həyata keçirmək lazımdır, satılan siqaretlərin üstü örtülməlidir, 18 yaşa qədər satışı qadağan olunmalıdır”.

Ekspert deyib ki, o xarici səfərləri zamanı siqaret satışına xüsusi diqqət edir:

“Məsələn Filippində mağazalarda qətiyyən siqaret satılmır. İspaniyada, Taylandda böyük məhdudiyyət var. Amma Çində siqaret bizdəki kimi açıq şəkildə satılır. Müşahidələrim göstərir ki, Türkiyədə insanların böyük faizi, xüsusən də qadınlar siqaret çəkir. Türkiyə təcrübəsi bütün sahələrdə olduğu kimi, Azərbaycana da daxil olur”. 

Onun sözlərinə görə, bütün bunlar azmış kimi 6 il öncə Şəkidə bir fabrik işə başlayıb və ən təhlükəli filtirsiz siqaretlər istehsal edir:

“Bu siqaretlər isə ölkənin hər bir yerinə yayılıb. Son tütün məhdudlaşdırılmasına dair qadağa elektron siqaretlərin qadağası oldu. Bu isə çox yaxşı haldır. İllər boyu Azad İstehlakçılar Birliyi çalışırdı ki, elektron siqaretlər siqaretlərdən də çox zərərlidir. Elektron siqaret dünyada yeganə məhsuldur ki, birmənalı şəkildə bu zərərli hesab olunur. İş o yerə gəlib çıxıb ki, dünyanın ən böyük siqaret istehsalçısı olan "Philip Morris International" siqaret istehsalını dayandıraraq qızdırılan tütün məmulatları istehsal edir. Azərbaycanda elektron siqaretlər qadağan olunsa da, qızdırılan tütün məmulatlarına qadağa yoxdur. Təcrübə və araşdırmalar göstərir ki, qızdırılan tütün məmulatları az təhlükəlidir. Yəni siqaret çəkmək istəyən və yaxud çəkən adamlar çox rahatlıqla qızdırılan tütün məmulatlarına keçsələr sağlamlıqlarına xeyirli töhfə vermiş olarlar. Azad İstehlakçılar Birliyinə daxil olan şikayətlər göstərir ki, bəzən cərimə tətbiq edən orqanlar qızdırılan tütün məmulatlarını elektron siqaretlər səhv salır və cərimələr tətbiq edirlər. Bunları ayırd etmək lazımdır. Aldığımız məlumata görə, 2030-cu ilə qədər bütün dünyada sürətlə qızdırılan tütün məmulatlarına keçid olacaq. Tütünün bütün növlərinin zərərli olduğunu bildiririk. Təşkilat olaraq 30 il ərzində 3 filtirsiz siqaret istehsal edən müəssisənin bağlanmasına nail olmuşuq. Şəkidə isə “Marxal” və “Karvan” adlı filtirsiz siqaretlərin istehsalı davam edir. Bu isə anormal bir vəziyyətdir”. 

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://adalet.az
archiveBu xəbər 01 İyun 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see448

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see318

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see295

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see267

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see239

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see237

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see237

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see233

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see230

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see217

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see209

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see202

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see202

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see201

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see199

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see192

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see192

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see192

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see190

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri