Icma.az
close
up
RU
Təkcə elanı prioritet olan turizm sektoru

Təkcə elanı prioritet olan turizm sektoru

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Quru sərhədləri bağlı olan ölkə turizmi inkişaf etdirə bilməz
Bu ilin ilk rübündə (yanvar-mart) Azərbaycana gələn turist sayı 2024-cü ilin eyni dövrü ilə müqaisədə 1,1% azalaraq cəmi 508 min nəfər olub. Qonşu və müttəfiq Gürcüstana daxili gərginliyin, mitinqlərin, etirazların olmasına baxmayaraq 2025-ci ilin 1-ci rübündə, 2024-cü ilin eyni dövrünə nisbətən 1,2% daha çox, yəni, 1 mln. 300 min turist səyahət edib. 2025-ci ilin eyni dövrlərini müqaisə edəndə Gürcüstana Azərbaycandan 2,5 dəfə çox turist gəlib. 

Quru sərhədləri bağlı olan ölkə turizmi inkişaf etdirə bilməz, bu aksiomdur, amma Azərbaycanın problemi tək bu da deyil – qiymət və keyfiyyət tarazlığı, hekayə quruculuğu yoxdur. 

Məsələn, istənilən ölkədə Qobustan kimi bir tarixi məkan olsaydı, elə bir hekayə quruculuğu təşkil olunardı ki, bütün dünya Qobustanı tanıyardı. Qobustan turizm üçün hekayə quruculuğunda idial yerdir – nə desən var, hətta nə istəsən artıraraq göstərə, danışa da bilərsən. 

Haşiyə: 2014-cü ildə Gürcüstan dünyaya elan etdi ki, 8 min il öncə Şulaveri və Qadaçreli bölgəsində şərab istehsal olunub, indi həmin kəndlərə, bölgəyə ildə 400 min turist gəlir.  Biz isə Qobustanı belə normal təbliğ edə bilmirik. Bu bir kənara, 8 may 2025-ci ildə Qobustana giriş biletlərini kəskin bahalaşdırıblar. Əvvəlki qiymətlər belə idi: yerli ziyarətçilər üçün 4, əcnəbi ziyarətçilər 10, tələbələr 1, məktəblilər üçün isə 0.40 AZN təşkil edirdi.

Bir neçə gün öncə yeni qiymətlər elan ediblər: indi yerli ziyarətçilər 7, əcnəbi ziyarətçilər 20, tələbələr 3, məktəblilər 2 manat ödəməli olacaqlar. 

Qiymətləri turistlər üçün 2, tələbələr üşün, məktəblilər üşün isə 5 dəfə artırıblar. Ümumiyyətlə, turistlər üçün muzeylərə, qoruqlara baha bilet yanaşması dünyanın bir çox ölkələrində var, bunu anlayıram, amma, bu addımı məkanın PR-ı ciddi qurulandan sonra mümkündür, məsələn, qardaş Türkiyədə “Aya Sofyanı” dünyada tanımıyan yoxdur, orada yerli-əcnəbi qiymət fərqi anlaşılandır. Amma biz hələ Qobustanı tanıda bilmişikmi ki, indidən 2 qat qiymət fərqi qoyuruq? Bundan başqa, yaxşı, öz şagirdlərimizə, tələbələrimizə qiyməti nədən artırırıq ki?! Elə yenə Türkiyədən misal çəksək, orada məktəblilər üçün əksər muzeylər tam pulsuzdur – bilirsiniz niyə? Çünki bu həm də hekayə quruculuğunun bir hissəsidir, məktəblilər, tələbələr dünyaya daha açıq olurlar, müxtəlif ölkələrdə yaşayan həmyaşıdlıları ilə danışır və hər biri “turizm agentinə” çevrilirlər. 

Nə isə, turizmi iqtisadiyyatın prioritet sahəsi elan edən, amma bu vacib, ciddi multiplikativ effekti olan (turizm inkişaf edəndə öz ardınca iqtisadiyyatın 8-10 sahəsini də dartıb-aparır) sahənin inkişafı üçün real addımlar atmayan ölkəyə Azərbaycan deyilir...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://ayna.az
archiveBu xəbər 11 May 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri