Icma.az
close
up
RU
Dövlət hüquqi prinsiplər əsasında fəaliyyət göstərməlidir KONKRET

Dövlət hüquqi prinsiplər əsasında fəaliyyət göstərməlidir KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Vətəndaş cəmiyyəti hüquqi dövlət quruculuğunda əvəzolunmaz rola malikdir. Demokratik və müstəqil inkşaf edən ölkələrdə vətəndaş cəmiyyəti əsas etibarilə vətəndaş – şəxsiyyət amilinə əsaslanır. Vətəndaş cəmiyyəti insanların siyasi yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti sferasıdır. burada qanunlara, əxlaq və humanizim prinsiplərinə hörmət edilir, avtoritar hakimiyyətə, totalitarizmə, sinfi düşmənçiliyə, insanlara qarşı zorakılığa isə yer yoxdur. Bu cəmiyyət demokratik rejimdə dövlətlə sıx qarşılıqlı əlaqədə olur, totalitar və avtoritar rejimlərdə isə dövlətə qarşı ya aktiv, ya da passiv müxalifətdə olur. Vətəndaş cəmiyyəti dövlətlə sıx qarşılıqlı əlaqədə olur, hətta bütün sahələrdə onun dəstəyinə arxalanır.

Vətəndaş cəmiyyətinin formalaşması onun həyatının və fəaliyyətinin bir çox tərəflərini dövlətsizləşdirməyi nəzərdə tutur. Lakin bu, onun dövlətə ehtiyacı olmadığı mənasını vermir. Sadəcə dövlət iştirakının qaçılmaz olduğu istiqamətə yönəlməlidir. Xüsusən müdafiə, qanunvericilik, xarici siyasət, büdcə, ekologiya, nəqliyyat və vətəndaşların hüquqlarının müdafiəsi sahələrini buraya aid edə bilərik. Yəni burada dövlət cəmiyyətin xidmətçisi, onun inamlı nümayəndəsi kimi çıxış edir. Qısaca, cəmiyyət dövlət üçün yox, dövlət cəmiyyət üçündür.

Dövlət cəmiyyətin, cəmiyyət isə dövlətin köməyi olmadan köklü məsələləri həll edə bilməz və deməli, hüquqi dövlət, vətəndaş cəmiyyətinin inkişaf etmiş strukturu olmadan ölkə demokratik ola bilməz. Məhz bu baxımdan da qanunların aliliyini təmin edən dünyəvi, hüquqi dövlət qurmaq, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq hər bir cəmiyyət üçün arzuolunandır. Azərbaycanda qanunun aliliyini təmin edən hüquqi dövlətin qurulması və vətəndaş cəmiyyətinin bərqərar olması bizim üçün həm sevindirici, həm də qürurverici haldır. Bilirik ki, Azərbaycan Respublikası öz müstəqilliyini yenidən bərpa etdikdən sonra demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib. Bu inkişaf yoluna, bugünkü inkişaf yoluna ölkəmizdə böyük çətinliklər bahasına nail olunub. Müstəqilliyimizin yenidən bərpa edilməsindən sonra aparılan mütərəqqi islahatlar nəticəsində ölkəmizdə vətəndaş cəmiyyəti, eləcə də demokratik və hüquqi dövlət quruculuğu istiqamətində yüksək səviyyədə nailiyyətlər qazanılıb ki, bunun nəticəsini çoxdandır ki, görməkdəyik. Bu nailiyyət də, əlbəttə ki, xalqımızın, cəmiyyətimizin firavan, xoşbəxt gələcəyi üçün təminat deməkdir.

“Müasir dövrün əsas tələbi ondan ibarətdir ki, istənilən dövlət hüquqi və demokratik prinsiplər əsasında fəaliyyət göstərsin”.

Bu fikri KONKRET.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə səsləndirib.

Deputat bildirib ki, demokratik dövlətin qurulması həm qanunvericilikdə müasir sivilizasiya standartlarının təsbit olunmasını, həm də onların real həyatda icra edilməsini tələb edir:

“Hüquqi demokratik dövlət bir dəfə əldə olunan nəticə deyil. Zaman keçdikcə daha da mükəmməlləşir, yeni elementlər əlavə olunur. Belə bir dövlət vətəndaşların hüquq və azadlıqlarının qorunmasına, onların sosial rifahının yaxşılaşdırılmasına ciddi dəstək olmalıdır.”

Aydın Mirzəzadənin sözlərinə görə, hüquqi dövlətin vacib tərkib hissələrindən biri də vətəndaş cəmiyyətidir.

O, vurğulayıb ki, vətəndaş cəmiyyəti bütün ölkələrdə mövcud olsa da, məhz hüquqi-demokratik dövlətlərdə yüksək inkişaf səviyyəsinə çatır:

“Vətəndaş cəmiyyəti – insanların dövlətdən asılı olmadan öz problemlərini həll etmək imkanları deməkdir. Bu, xaotik şəkildə deyil, dövlət tərəfindən qəbul edilən hüquqi normalar çərçivəsində həyata keçirilir. Hər bir hüquqi norma ilk növbədə vətəndaş cəmiyyətinin inkişafını nəzərdə tutur.”
Deputat əlavə edib ki, dövlət müdafiə, təhlükəsizlik, pul və xarici siyasət kimi strateji sahələri öz üzərinə götürürsə, sosial məsələlərin bir qismi vətəndaş cəmiyyəti tərəfindən həyata keçirilir.
Aydın Mirzəzadə bildirib ki, dünyada bir-birinə tam bənzəyən vətəndaş cəmiyyəti modeli yoxdur. Lakin əsas məqam ondan ibarətdir ki, vətəndaş sərbəst şəkildə hüquqlarından istifadə edə bilir, sosial problemlərin bir qismini özü həll etmək imkanına sahib olur:
“Azərbaycan da vətəndaş cəmiyyətinin mövcud olduğu və onun inkişaf etdiyi ölkələrdən biridir.”

Aynurə İsmayıl
KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusuna uyğun olaraq dərc edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Dekabr 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri