Icma.az
close
up
RU
Məktəb təkcə dərs yeri deyil

Məktəb təkcə dərs yeri deyil

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Emilya Tağıyeva yazır...

Artıq məktəblərdə dərs ili başa çatmaq üzrədir. Xüsusilə 9-cu sinifdən yuxarı təhsilalanlar üçün bu dövr gərgin və həyəcanlıdır. Valideynlər isə bəzən uşaqlardan daha çox təşvişə düşürlər, övladlarının ali məktəbə qəbul olunması üçün bütün imkanları səfərbər etməyə çalışırlar. Ancaq bu səylərin içində uşaqların sosial və psixoloji inkişafına zərər verə biləcək qərarların da verildiyini düşünürəm.

Məsələn, bəzi valideynlər övladlarını oxuduqları məktəbdən çıxarıb, adlarını başqa - adətən, ucqar bölgələrdə yerləşən təhsil müəssisələrində qeydiyyatdan keçirirlər. Səbəb isə məktəblərdə verilən təhsilin zəif olduğunu düşünmələridir; vəziyyəti bacardıqca nəzarətdə saxlamaq üçün övladlarının bundan sonrakı təhsilini yalnız kurslarda və ya repetitor yanında davam etdirməsini daha effektiv hesab edirlər. Məktəbdə keçirilən beş-altı saat dərsi isə "vaxt itkisi" kimi qiymətləndirirlər.

Amma burada unudulan çox mühüm bir məqam var: məktəb, sadəcə, fənn biliklərinin ötürüldüyü bir yer deyil. Uşaqlar burada yalnız riyaziyyat, xarici dil, ədəbiyyat və s. öyrənmirlər. Burada həm də ibtidai həyat dərsləri keçirilir. Uzun illər bir-birini tanıyan uşaqlar arasında münasibətlər formalaşır, dostluqlar, düşmənçiliklər, küsüşmələr, barışmalar, acı sözlər, fədakarlıqlar, intriqalar yaşanır. Bəzən müəllimlərlə, bəzən sinif yoldaşları, bəzən də məktəb yoldaşları ilə hadisələr olur. Yəni məktəb - uşaqları gözləyən həyatın ilkin modelidir.

Bu mühit uşaqları daha böyük dünyaya hazırlayır. Bəzilərində liderlik xüsusiyyətini formalaşdırır, digərlərinə vəziyyətə uyğunlaşmağı öyrədir. Üzləşməyi bacaranlar da belə bir mühitdə ortaya çıxırlar. Uşaqların bir-biri ilə qurduğu münasibətlər - xüsusilə bu yaş dövründə - onların gələcək həyatına bir növ peyvənd təsiri bağışlayır. Hər qarşıdurma, hər dialoq, hər sevincli və ya acı təcrübə böyük dünya üçün bir immunitet yaradır. Bu isə nə kursda, nə də repetitor yanındakı qısamüddətli birlikdəlikdə mümkündür.

Bir məsələni də düşünək: övladımız ali məktəbə qəbul oldu, bəs sonra? Son iki ili asosial şəkildə, ancaq dərs və ev şəraitində keçirən uşaqlar sosiallaşa biləcəklərmi? Müxtəlif şəhər və rayonlardan gələn insanlarla ünsiyyətə nə dərəcədə açıq olacaqlar? Əlbəttə, mən repetitor yanına getməyin və ya kurslara yazılmağın əleyhinə deyiləm. Sadəcə, düşünürəm ki, bu, məktəbdən tam ayrılmaq bahasına olmamalıdır - hər iki sistem paralel şəkildə davam edə bilər.

Ola bilər ki, bəzi valideynlər yuxarıda sadalananların universitetdə də öyrənməyin mümkün olduğunu desinlər, amma unutmayaq ki, bünövrə məktəbdə qoyulur. Üstəlik, heç də hamıya universitet oxumaq qismət olmur.

Bəzən bir dərsi buraxmaq olar, amma bir məktəb həyatını buraxmaq - gələcəkdə bərpası çətin olan itkilərə səbəb ola bilər. Düşünürəm ki, bir valideyn kimi, biz övladımızın yalnız universitetə deyil, gələcək həyatında da yaxşı "bal toplamaları"na dəstək olmalıyıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 İyun 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see337

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see315

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see297

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see292

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see262

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see258

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see247

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see240

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see220

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see205

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see203

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see200

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see200

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see195

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see194

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see193

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see190

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see181

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see179

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri