“Təklif edirəm ki, uşaqlar 3 yaşında məktəbə getsinlər VİDEO
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Təklif edirəm ki, uşaqlar 3 yaşında məktəbə getsinlər" fikri ilə çıxış edən Almaz Əsgərova yenidən gündəmə gəlib.
Milli.Az xəbər verir ki, əməkdar müəllimin səsləndirdiyi bu təklif cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Onun fikrincə, uşaqların erkən yaşdan təhsilə cəlb olunması onların inkişafına müsbət təsir göstərə bilər və gələcəkdə daha hazırlıqlı olmalarına şərait yaradar. Təhsil adamı bunu daha çox azyaşlıların məktəbdən öncə mobil telefonla tanış olması ilə əlaqələndirib.
Lakin bu yanaşma birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə bəzi istifadəçilər 3 yaşın məktəb üçün çox erkən olduğunu bildirərək, uşaqların bu dövrdə daha çox oyun və sosiallaşma mərhələsində olmalı olduqlarını vurğulayıblar.
Digər tərəfdən, təklifi dəstəkləyənlər isə hesab edir ki, düzgün proqram və yanaşma ilə erkən təhsil uşaqların intellektual inkişafına müsbət təsir edə bilər.
Mövzu qısa zamanda geniş rezonans doğuraraq valideynlər və təhsil mütəxəssisləri arasında fikir ayrılığı yaradıb.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 02 Aprel 2026 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















