Icma.az
close
up
RU
“Sovet hökumətini arzulayanlar, getsinlər Rusiyada yaşasınlar” Deputatdan təklif

“Sovet hökumətini arzulayanlar, getsinlər Rusiyada yaşasınlar” Deputatdan təklif

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

“Əgər kimlərsə SSRİ-ni arzulayırsa, getsinlər Rusiyada yaşasınlar, onsuz da orada sovet hökumətidir”. 

Bunu “Yeni Sabah”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aqil Abbas deyib.

O bildirib ki, Azərbaycanda yürüş və ya “bayram” xarakterli tədbirlərdə sovet simvollarından istifadə qəbuledilməzdir.

“İncəsənəti, mədəniyyəti qadağan etmək olmaz, məsələn sovet filmlərinə mən özüm də baxıram. Düzdür, SSRİ dövründə çəkilən ekran əsərlərində göstərilən bəzi nüanslardan narazılığım var, amma tamamilə qadağan etmək olmaz.

Amma SSRİ bayrağı qaldırmaq, sovet simvolları ilə yürüş qeyd etmək, “bayramlar” keçirmək düzgün deyil. Sovet hökumətinin bayrağını qaldırırlar, belə şey olar?! Olmaz.

Nə olsun ki, sovet rəmzlərindən istifadə qanunla qadağan deyil, insanın mənəviyyatı, əxlaqı, dünyagörüşü var. Bu heç yaxşı hal deyildi, gərək olmayaydı”.

Aqil Abbas sovet simvollarının qanunla qadağan edilməsinin Milli Məclisdə müzakirə olunacağına inanmadığını da söyləyib:

“O ki, qaldı qanunla sovet simvollarının qadağan edilməsinə, bunu real saymıram. Belə bir şeyin Milli Məclisdə müzakirə olunacağını da gözləmirəm”.

Qeyd edək ki, Bakıda kommunist ideologiyasının təbliği məqsədilə SSRİ bayraqları ilə aksiya keçirən şəxslər saxlanılıb. Aksiya təşkilatçıları Abdulla İbrahimli və İbrahim Əsədli barəsində Nizami Rayon Məhkəməsi 3 aylıq həbs qətimkan tədbiri seçib. Onlar Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə - ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etməkdə ittiham olunurlar.

Əsmətxanım Rzazadə 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:26
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 Noyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see203

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see177

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see142

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see139

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see138

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri